Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-354/2026 17.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mövlayev Azər Aydın oğlu, xx xxxx 1968-cu il tarixdə Şəki rayonunun Orconikidze qəsəbəsində doğulmuş, evli, Şəki rayonu, Turan qəsəbəsində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Şəki rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayon Polis Şöbəsindən daxil olmuş 10 fevral 2026-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 328.-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 21 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31431598 nömrəli qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Asan pay portaldan iş materiallarına əlavə edilmiş məllumatın surətindən görünür ki, EQ seriyalı, 31441598 protokolu ödənilib. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs EQ seriyalı, 31441598 nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cəriməni tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Mövlayev İş № 3(5-158)-354/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 17 mart 2026-cı ildə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mövlayev Azər Aydın oğlu, Tərəflərin iştirakı olmadan, Hakim, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Şəki rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət 14:45-də başladı. Hakim, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Şəki rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etdi. Prosessual hərəkət 14:55-də qurtardı. Protokol 17 mart 2026-cı il tarixdə tərtib edilmişdir. Hakim: Azər Mövlayev
Məhkəmə qərarları › İş №3(5-158)-354/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-354/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver