Məhkəmə qərarları › İş №3(5-158)-4/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-4/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-4/2026 30.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi X1 barəsində Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş 28 dekabr 2025-ci il tarixli, EQ seriyalı /32957783 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 onun barəsində Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 dekabr 2025-ci il tarixli, EQ seriyalı, /32957783 saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi avtomobillə X5 Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuma görə barəsində cərimələr yazılmış və o, həmin cərimələri vaxtında ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ayrı-ayrılıqda üç inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin protokollar baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 3(075) 500/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-515/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququm 6 ay müddətinə məhdudlaşdırılmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (075)-499/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququm 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, bundan sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan inzibati xəta haqqında protokollar üzrə inzibati cərimələri və müvafiq olaraq hesablanmış dəbbə pulunu tam şəkildə ödəmiş və buna görə də barəsində qəbul edilmiş qərarlar üzrə məsuliyyətdən azad edilməyi və həmin inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 3(075)-500/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 3(075)-500/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 3(075)-499/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (075)- 499/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 3(075)-515/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-515/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Göründüyü kimi sürücülük hüququnun məhdudlaşdırılmasına əsas olmuş hər üç məhkəmə qərarına həmin məhkəmənin özünün qəbul etdiyi qərarlarla xitam verilmişdir. Hər üç məhkəmə qərarı 2025-ci ilin 04, 12 və 18 noyabr tarixlərində qəbul edilmişdir. İnzibati xəta haqqında məhkəmə qərarları 10 gün müddətində qanuni qüvvəsini aldığına görə həmin məhkəmə qərarları da noyabr ayı ərzinda qanuni qüvvəsini almışdır. Yəni, 2025-ci ilin dekabr ayının əvvəlindən həmin qərarlar qanuni qüvvəsini almış və bununla da onun sürücülük hüququnun məhdudlaşdırılması üçün əsaslar qalmamışdır. 28 dekabr 2025-ci il tarixdə onun barəsində sürücülük hüququnun olmaması əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 28 dekabr 2025-ci il tarixli, EQ seriyalı-32957783 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci və 332.3cü maddələri tələblərini pozmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-499/2025 saylı qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (075)-499/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-500/2025 saylı qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (075)-500/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-515/2025 saylı qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (075)-515/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. 28 dekabr 2025-ci il tarixli, EQ seriyalı, /32957783 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci və 332.3cü maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X3 Bakı şəhərində yaşadığını, havaların da kəskin olması diqqətə alınmaqla məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, göstərdikləri və təqdim etdiyi sübutları nəzərə almaqla, şikayətə iştirakı olmadan baxılaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYP-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 346.1. Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə-yirmi manat məbləğində cərimə edilir. 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-499/2025 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 inzibati məsuliyyətdən azad edilməlidir. Lakin bununla bağlı məhkəmə qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməmiş, bu səbəbdən də həmin orqan tərəfindən qərarla X3 barəsində 28 dekabr 2025-ci il tarixdə EQ seriyalı /32957783 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci və 332.3-cü maddələri çərçivəsində 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, X3 barəsində 28 dekabr 2025-ci il tarixdə EQ seriyalı /32957783 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsində onun təqsiri olmamışdır, bu səbəbdən də şəxs təqsiri olmadan inzibati xətaya dair məsuliyyətə cəlb edilə bilməz, mübahisəndirilən qərar ləğv edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul olunmuş 28 dekabr 2025-ci il tarixli, EQ seriyalı, /32957783 nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul olunmuş 28 dekabr 2025-ci il tarixli, EQ seriyalı /32957783 nömrəli qərar ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar