Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-57/2026 13.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlunun və onun müdafiəçisi Şəki Regional vəkil bürosunun vəkili X1, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Şəki RPŞ-nin İTBnin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1990-ci il tarixdə Şəki rayonunun Cəfərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Şəki rayonunun Cəfərabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Elbrus oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Şəki rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs Elbrus oğlu 12 yanvar 2026-cı il tarixdə, saat 20:30 radələrində Şəki Rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Şəki rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş vəzifəli şəxs, Şəki Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs Elbrus oğlu 12 yanvar 2026-cı il tarixdə, saat 20:30 radələrində Şəki Rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zaman ona yaxınlaşmış polis əməkdaşları onu nizam intizama dəvət etməyə çalışsa da, sonuncu bu tələblərə məhəl qoymayaraq, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs Elbrus oğlu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə axşam saatlarında Şəki rayon Polis şöbəsinin əməkdaşları ona zəng vuraraq onu Cəfərabad kəndində baş vermiş oğurluq hadissəsi ilə bağlı Şəki rayon Polis şöbəsinə dəvət etdilər. O, Polis Şöbəsində olarkən əməliyyat müvəkkili Nəsib Nəsiblinin xidməti iş otağında olan zaman ona kənd ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqəsinin olub olmaması soruşduğu zaman əsəbiləşdiyi üçün ucadan nalayiq söyüşlər söyərkən, ona yaxınlaşmış polis əməkdaşları uca səslə ünvansız nalayiq ifadələr işlətdiyi üçün iradlarını bildirməklə yanaşı, onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının bu qanuni tələblərinə məhəl qoymamışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 izahat verərək Şəxs Elbrus oğlunun əməlində inzibati xəta tərkibi olmadığından, inzibati iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında şahid Şəki RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X7 izahatında göstərdi ki, o, 12 yanvar 2026-cı il tarixdə, saat 20:30 radələrində, Şəki Rayon Polis Şöbəsinə dəvət edilmiş Şəxs Elbrus oğlundan xidməti iş otağında olan zaman ona kənd ərazisində baş vermiş oğurluq hadissəsi ilə əlaqəsinin olub-olmaması soruşduğu zaman, Şəxs bu suala aqresiv yanaşaraq ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o və Şəxs yaxınlaşmış polis əməkdaşları uca səslə ünvansız nalayiq ifadələr işlətdiyi üçün iradlarını bildirməklə yanaşı, onu nizam-intizama dəvət etsələr də, o, onun və polis əməkdaşlarının bu qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra, PPXB-nün əməkdaşlarının iştirakı ilə Babaşov X9 rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında iştirak edən şahid Şəki RPŞ-nin polis nəfəri X6 izahatında göstərdi ki, o, 12 yanvar 2026-cı il tarixdə, təxminən saat 20:30 radələrində, Şəki Rayon Polis Şöbəsinin inzibati binasında olduğu zaman əməliyyat müvəkilli Nəsib Nəsiblinin xidməti iş otağında ucadan səs-küy və uca səslə ünvansız nalayiq ifadələr işlədərək “məni bura niyə dəvət etmisiniz, məni niyə narahat etmisiniz” ifadələri ucadan işlətdiyi üçün o və digər polis əməkdaşları Şəxs iradlarını bildirməklə yanaşı, onu nizam-intizama dəvət etsələr də, o, onun və polis əməkdaşlarının bu qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən şahid Şəki RPŞ-nin polis nəfəri X8 digər şahid X6 izahatına uyğun, eyni məzmunlu izahat verməklə, baş vermiş inzibati xəta hadisəsini bir daha təsdiqləmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Elbrus oğlunun İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki hesab edirəm ki, Şəxs Elbrus oğlu İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini və əməlindən səməmi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs Elbrus oğlunun əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda öz əməli ilə iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birinə yaxın həddə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarına əlavə edilmiş 12 yanvar 2026-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəki rayonunun Cəfərabad kəndində yaşayan Şəxs Elbrus oğlu 12 yanvar 2026-cı il tarixdə, saat 21:10-da inzibati qaydada tutulmuşdur. Qeyd edirəm ki, Şəxs Elbrus oğlunun 12 yanvar 2026-cı il tarixdə, saat 21:10-da faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Elbrus oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla 10 gün müddətində inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli tutulduğu 12 yanvar 2026-cı il tarixdən saat 21:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Elbrus oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 12 yanvar 2026-cı il tarixdən saat 21:10-dan hesablansın. Şəxs Elbrus oğlu qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Mövlayev
Məhkəmə qərarları › İş №3(5-158)-57/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-57/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver