Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-109/2026 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2026-cı il tarixli MN ******* saylı protokola və əlavə edilmiş sənədlərə əsasən, aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə X1 məxsus fərdi yaşayış evinin köməkçi otağına qapıdan daxil olan üsulu ilə daxil olaraq 30 metr 36 manat dəyərində aliminum tərkibli elektrik naqilini gizli olaraq talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs Nürəddin qızına məxsus "əl damı” olan köməkçi tikilidə təxmini 30 metr uzunluğununda olan aliminium tərkibli elelktrik naqilini götürüb oradan çıxmışdır. O, həmin naqili boş ərazidə yandırmış və rezin hissəsini təmizləyib əlvan metal alışı ilə məşğul olan tanımadığı şəxsə 5 manat qarşılığında satmışdır. Daha sonra xx.xx.2026-cı il tarixdə axşam saatlarında polis əməkdaşları həmin ünvana gələrək onun iştirakı ilə elektrik naqilini götürdüyü əraziyə baxış keçirmişlər. Odur ki yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx.xx.2026-cı il tarixdə Əli spirtli içki qəbul etmiş və onunla mübahisə etmişdir. Bu səbəbdən o, Əlini evdən çıxarmış, və Şəmkir RPŞ-nə gəlməyə hazırlaşmışdır. Daha sonra o, işlərinin arxasınca getmişdir. İşlərini bitirib evə qayıtdıqda əlini yaşadığı evdə görmüşdür. Həmin vaxt "əl damı” olan köməkçi tikilidə təxmini 30 metr uzunluğununda olan aliminium tərkibli elelktrik naqilinin yerində olmamasını görüb DİN -nin 102 xidmətinə məlumat vermişdir. Odur ki məhkəmədən inzibati qaydada həbs edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 03 fevral 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2026-cı il tarixdə günorta saatlarında Şəmkir rayon Çinarlı qəsəbə sakini Şəxs ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin köməkçi otağında qapıdan daxil olma üsulü ilə daxil olmuş və oradakı karton qutunun içərisində olan 30 metr uzunluqlu aliminium tərkibli elektrik naqılını oğurlamaqla AR İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmiş, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinin qeyd hissəsinə əsasən bu məcəllənin 227ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, onun yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(5-159)-109/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-109/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver