Məhkəmə qərarları › İş №3(5-159)-110/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-110/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Şəmkir rayon İş № 3(5-159)-110/2026 26.02.2026 ŞƏMKIR RAYON MƏHKƏMƏSI Hakim Quliyev İlqar Məsil oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbklarar: X1, X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə ##.##.1983-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Şəmkir Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2022-ci il tarixli və *(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədlərinə əsasən tələb tam təmin olunmamışdır İcra sənədləri üzrə qalıq borc 28230.34 manat təşkil edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin İcra Məmuru X2 tərəfindən ##.##.2026-cı il tarixli ******* nömrəli protokol tərtib olunmuşdur. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədinə əsasən X5 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə nikahlarından doğulmuş ##.##.2012-ci il təvəllüdlü X7, ##.##.2015-ci il təvəllüdlü X8, ##.##.2018-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub anaları X5 ödənilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu ödəməkdən qəsdən yayınır. Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli işi üzrə tələbkar X4 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona olan, 34310 manat borcundan 1310 manat güzəşt etmiş, qalıq borc 33000 manat təşkil edən borcu ##.##.2022-ci il tarixdən başlayaraq hər ay ən azı 150 manat olmaqla, ##.##.2023-cü il tarixdə isə 1000 manat ödəməsi ilə bağlı razılığa gəlmişlər. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yenidən borcu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu tam şəkildə ödəməmişdir. Hesab edir ki, borclu banka olan borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərdi ki, icra məmurunun qeyd etdiyi icra sənədlərini qərəzli şəkildə icra etməkdən boyun qaçırmayıb . Bu günə kimi olan müddətdə heç yerdə işləməyib və maddi imkanı olmayıb lakin artıq işə düzəlib, yüksək əmək haqqı alır və hazırda tələbkara olan borcundan hər ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin icra sənədlərində n görünür ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədinə əsasən X5 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə nikahlarından doğulmuş ##.##.2012-ci il təvəllüdlü X7, ##.##.2015-ci il təvəllüdlü X8, ##.##.2018-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub anaları X5 ödənilsin. Həmçinin Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 8464.34(səkkiz min dörd yüz altmış dörd manat, otuz dörd qəpik) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 122(bir yüz iyirmi iki) manat tutularaq X1 ödənilsin. İşdə olan ##.##.2022-ci il tarixli yeni icra müddəti ilə bağlı bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2022-ci il tarixli qərarla icraata başlanılan ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədində göstərilən tələbin könüllü icra etməyi xahiş olnumuş, tələbin üzürsüz səbəbdən icra etmədiyi halda icra sənədinin məcburi qaydada təmin olunacağı barədə məlumat verilmişdir. İşdə olan ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli qərarla icraata başlanılan Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuş, bu müddətdə tələbin üzürsüz səbəbdən icra etmədiyi halda icra sənədinin məcburi qaydada tutulacağı barədə məlumat verilmişdir. İşdə olan icraata başlamaq haqqında qərarlardan görünür ki, ##.##.2022-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədinə həmiçinin, ##.##.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədin əsasən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Bunun əksinə olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmaması, qalan borcu isə ödəyəcəyi barədə öhdəlik götürməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Kommersiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar