Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-117/2026 25.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X3 iştirakı ilə DİN BDYPİ X1 fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2026–cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ X1 xx.xx.2026–cı il tarixli EQ 33700945 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2026–cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 DİN BDYPİ X1 xx.xx.2026–cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək barəsində İXM-nın 346.4-cü maddəsi ilə tətbiq edilmiş 80 manatlıq inzibati cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2026-cı il tarixində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 80 (səksən) manat, 2 (iki) bal məbləğində inzibati cərimə tərtib edilmişdir. Qeyd olunan maddə “Yolun hərəkət hissəsində ikinci və sonraki cərgədə dayanma - durma“ kimi rəsmiləşdirmişdir. Lakin nəqliyyat vasitəsini saxladığı ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanı olmamışdır. O, nəqliyyat vasitəsini yolun kənarında saxlamış və bu hal yol hərəkəti qaydalarının pozulması hesab edilə bilməz. Bu faktı təsdiq edən video subut mövcuddur. Təqdim etdiyi videoda açıq şəkildə həmin ərazidə qadağan edici yol nişanının olmadığı görünür. Buna baxmayaraq, barəsində əsasız olaraq inzibati cərimə tətbiq edilmişdir. Odur ki, məhkəmədən barəsində İXM-nın 346.4-cü maddəsi ilə tətbiq edilmiş 80 manatlıq inzibati cərimənin ləğv edilməsini xahiş edir. Şəmkir rayon Polis Şöbəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, DİN BDYPİ X1 xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2026–cı il tarixli EQ 33700945 nömrəli inzibati xəta haqqında elektron qaydada şikayətçinin mobil telefonuna göndərilən protokoldan görünür ki, xx.xx.2026–cı il tarixdə, saat 23:21–də TOYOTA PRİUS (HİBRİD) minik markalı 10–CU–097 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan DİN BDYPİ X1 xx.xx.2026–cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan CD-R diskdə olan video görüntüdən və foto şəkildən görünür ki, X4 məxsus TOYOTA PRİUS (HİBRİD) minik markalı 10–CU–097 dövlət qeydiyyat nişanlı avtomobilini yolun kənarında saxlamış və həmin ərazidə qadağan edici yol nişanının olmadığı görünmüşdür. Azərbaycan Respublikası X2 52-ci maddəsinin İ-ci hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Məhkəmə qeyd edir ki,hazırki inzibati xəta hadisəsiylə bağlı sözügedən nəqliyyat vasitəsinin yolun hansı hərəkət hissəsində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə və ya birinci cərgədə dayanması və ya durmasına münasibətdə işin halları kifatət qədər araşdırılmamış iş materiallarına əlavə edilmiş sənədlər əsasında nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgəsində və ya ümumiyyətlə birinci cərgədə dayanması və durması hallarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilməsi haqqında DİN BDYPİ X1 xx.xx.2026– cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilməsi haqqında DİN BDYPİ X1 xx.xx.2026–cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026–cı il tarixli EQ 33700945 nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin Şəmkir rayon X6 Bölməsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(5-159)-117/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-117/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver