Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-121/2026 10.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: X1 Katib: Rzazadə Leyla Elçin qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X4 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Şəmkir şəhəri, Ə.Cavad küçəsi, bina 16-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2026-cı il tarixində qonşusu ünvan 3 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs, döyərək, dərəcəsi təyin edilməyən boynunun sağ yan səthinin sıyrığı xəsarəti yetirməklə, İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X6 izahatında göstərdi ki, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə, DİN-in 102 xidmətinə zəng edərək qonşusu Arif adlı şəxsin onu evində döyməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə xx.xx.2026-cı il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, barəsində şikayət edən X2 tanıyır, o, ünvan 5 ünvanında onun yaşadığı evin alt mərtəbəsində yaşayır. Əvvəllər onlar yaşayan evdən Türkanın evinə su axmışdır. O, da buna göre Türkana dəymiş ziyanın bir hissəsini ödəmişdir. xx.xx.2026-cı il tarixdə o, Şəmkir rayonu, Yeni Həyat kəndində olan zaman anası Lalə ona zəng edərək qonşuları Türkanın gələrək onu döyməsini bildirmişdir. O, buna görə dərhal idarə etdiyi avtomobillə yaşadığı evə gəlmişdir. Bu zaman evdə olan şəxslərdən nə baş verdiyini soruşduqda Türkanın gələrək pulunu istediyini bildirərək anasını itələdiyini bildirmişlər. Bundan sonra o, aşağı mərtəbəyə düşərək Türkanın yaşadığı evin qapısını döymüşdür. Türkan qapını açdıqdan sonra onun sol qolundan tutaraq anasından üzr istəməli olduğunu bildirmişdir. Türkan əlləri ilə onun boğazından tutmuşdur. O, da əli ilə Türkanın boğazından tiutaraq onu kənara itələmişdir. Həmin vaxt qohumu Türkan adlı şəxs gəlmişdir o, da həmin yerdən uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxsdən üzr istəmək istəmir, belə ki, Türkana dəymiş ziyanın 350 manatını ödəmiş, yerdə qalan məbləği ödəməkdən imtina edir. Zərərçəkmiş şəxs anas məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, ünvan 6 ünvanında Şəxs yaşadığı evin alt mərtəbəsində yaşayır. Həmin evdən mütəmadi olaraq onun yaşadığı evə su axmışdır. Buna görə də əvvəllər aralarında narazılıq olmuşdur. xx.xx.2026-cı il tarixdə yenidən Arif yaşayan evdən onun evimə su axmışdır. O, da buna görə həmin evə gedərək Arifin anası Laləyə irad bildirmiş və buna görə aralarında mübahisə yaranmışdır. Onların mübahisəsi adi sözlə olmuş və o, Laləni vurmamışdır. Mübahisədən sonra isə o, öz yaşadığı evə qayıtmışdır. Bundan sonra Lalənin oğlu Arif yaşadığı evə gələrək anası Lalə ilə mübahisə etdiyinə görə onu nəlayiq sözlərlə təhqir edib təpiklə qarın və belindən vuraraq onu yerə yıxmışdır. Daha sonra isə əlləri ilə boğazından tutaraq onu boğmuşdur. Mübahisə zamanı o, heç kəsi vurmamışdir. Laləyə əli ilə kənara durmasını bildirmişdir. Özü tək qadın laraq, himayəsində iki azyaşlı evladı var, ingilis dili müəlliməsidi və bir neçə ildirki qeyid etdiyi ünvanda yaşayır. Hazırda Şəxs şikayətçidir məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X5 izahatında Zərərçəkmiş şəxs verdiyi izahatı təsdiq etdi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2026-cı il tarixli 59 saylı rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - boynunun sağ yan səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2026-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlığ dərəcəsi təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan, 29 yanvar 2026-cı il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Şəmkir RPŞ-də ilkin aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs evində Şəxs tərəfindən vurularaq, boynunun sağ yan səthinin sıyrığı xəsarəti yetirmişdir və bununla bağlı Şəxs əməllərindən İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin və şahidin izahatlarını və tədqiq edilmiş digər sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən, həmcinin İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxs qadın və müəllimə olamqa, onun evinə gələrək törədilməsini və şikayətçi olmasını, bununla yanaşı Şəxs gənc olmaqla ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, Şəxs aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2026-ci il tarixdən saat 17:30-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(5-159)-121/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-121/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver