Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-133/2026 20.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-5859/2017 saylı icra sənədi üzrə yaranmış cəmi 11455 manat aliment borcunu üzrsüz səbəbdən ödəməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-cu il tarixli, 2(076)-5859/2017 saylı İcra vərəqəsi ilə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cü il təvəllüdlü Murad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb X3 verilməsi qət edilmişdir. Bundan sonra Şəxs törətdiyi digər əməllərə əməllərə görə həbs edilmiş, həbsdə olduğu müddətdə icra vərəqəsi cəza çəkmə mərkəzinə göndərilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs cəmi 11455 manat aliment borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, Şəxs ilə 2017-ci il tarixdə ayrıldıqlarına səbəb cavabdehin narkotik istifadə etməsi və evdən tez-tez pul istəməsi olduğunu vurğulamışdır. Cavabdehin onun qızıllarını belə götürdüyünü, buna görə də pulu Emindən gizlətdiklərini və bütün bunlara görə sonuncunun onu günahlandırdığını qeyd etmişdir. Şəxs alimenti təxminən 3-4 dəfə verilmiş və daha sonra verməmişdir. Tələbkar Eminin maddi vəziyyətinin yaxşı olduğunu, şəxsi biznesi və nəqliyyat vasitəsi olduğunu bildirmişdir. Məsələ ilə bağlı Şəmkir Rayon Polis şöbəsinə şikayət etsədə heç bir nəticə ala bilməmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, CM-nin 234-cü maddəsiə görə həbs olunub, 1il 3 ay həbsdə qalıb və 2020-ci il tarixində azadlığa çıxıb. Alimenti davamlı olaraq 3 il ödədiyini, qəbzlərin hər birinin mövcud olduğunu, son zamanlar səhhətində yaranmış nasazlıqlara görə ödənişləri gecikdirdiyini və əlavə olaraq alimentin 10%-ni 5 gün ərzində ödəyəcəyini bildirmişdir. Belə ki, X3 olan borcu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. İşləməyə başlayıbdır və qısa müddət ərzində aliment borcunu ödəyərk, 2026-cı ilin axırınadək borcunu tam ödəməyi öhdəsinə götürür. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-cu il tarixli, 2(076)-5859/2017 saylı icra vərəqəsindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 13 sentyabr 2010-cu il təvəllüdlü Murad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Şəxs alınıb X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2026-cu il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-5859/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Şəxsu məhkəməyə təqdim etdiyi alimentin ödənilməsini təsdiq edən 2020-2024-cü illəri əhatə edən pul ödəmələrinin qəbzlərində cəza çəkmə müəssisəsindən azad olduğdan sonra aliment öhdəlikərini mütamadi ödədiyini təsdiq edilir. İş materialında olan xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, tələbkar Zərərçəkmiş şəxs, borclu Şəxs xx.xx.2026-cı il tarixində 1100 (min yüz) manat pul almışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə X3 olan borcunu qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür və məhkəmə baxış zamanı tələbkara 1100 manat pul ödəmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(5-159)-133/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-133/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver