Məhkəmə qərarları › İş №3(5-159)-144/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-144/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-144/2026 20.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Katib: Quliyeva Zərnişan Firdovsi qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Polis Şöbəsindən Şəmkir Rayon Məhkəməsinənə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında materiallar daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən “Tam Store” mağazasından ümumi dəyəri 272.46 manatlıq şampun, krem, balzam və digər əşyaları oğurlamışdır. Buna görə də şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək 20 fevral 2026-cı il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinənə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək, göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən “Tam store” mağazasından ümumi dəyəri 272.46 manatlıq şampun, krem, balzam və digər əşyaları oğurlamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, xx.xx.2026-cı il tarixdə Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən “Tam store” mağazasına daxil olmuş və mağazadan müxtəlif ərzaq məhsullarını oğurlamaq qərarına gəlmişdir. Mağazanın içərsindən bir ədəd boş sellofan torba götürərək içərsinə şampun, krem, balzam, müxtəlif yağ məhsulları və s. əşyaları qoyub oğurlayaraq mağazanı tərk etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs vurduğu ziyanın tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 18 fevral 2026cı il tarixdə saat 19:45-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən müdiri olduğu “Tamstore” mağazasında olan zaman mağazadan şampun, krem, balzam, müxtəlif yağa məhsulları, və s. əşyaların oğurlanmış olduğunu aşkar etmişdir. Daha sonra həmin mağazadan oğurluq edən şəxsin Şəxs olduğunu öyrənmişdir. Hazırda Şəxs tam olaraq ödənimişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2026-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan, xx.xx.2026-cı il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan, qaimə fakturasından görünür ki, Şəxs tərəfindən dəymiş zərər 272.46 manat təşkil edir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026 -cı il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPİnin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində xx.xx.2026-ci il tarixli, MN ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, İXM-nin 39.2-ci maddəsinə əsasən həmin məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tam şəkildə ödəməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı təqdim edilmiş ərizədə təsdiq olunduğundan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 227, 39.2, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar