Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-158/2026 25.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məsil oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyatda olan və yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2018-ci il tarixli 8İ-3294 nömrəli icra sənədinin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə tələbi tam təmin etməmiş və 32000 manat qalıq borcu qalmışdır, qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin İcra Məmuru X3 tərəfindən xx.xx.2026-cı il tarixli ******* nömrəli protokol tərtib olunmuşdur. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-946/2022 nömrəli işi üzrə tələbkar Zərərçəkmiş şəxs Şəxs ona olan, 34310 manat borcundan 1310 manat güzəşt etmiş, qalıq borc 33000 manat təşkil edən borcu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ən azı 150 manat olmaqla, xx.xx.2023-cü il tarixdə isə 1000 manat ödəməsi ilə bağlı razılığa gəlmişlər. Lakin Şəxs yenidən borcu ödəməkdən boyun qaçırmış və ona dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs 32000 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən yayınır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-946/2022 nömrəli işi üzrə tələbkar Zərərçəkmiş şəxs Şəxs ona olan, 34310 manat borcundan 1310 manat güzəşt etmiş, qalıq borc 33000 manat təşkil edən borcu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ən azı 150 manat olmaqla, xx.xx.2023-cü il tarixdə isə 1000 manat ödəməsi ilə bağlı razılığa gəlmişlər. Lakin Şəxs yenidən borcu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu tam şəkildə ödəməmişdir. Hesab edir ki, borclu banka olan borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, tələbkar Zərərçəkmiş şəxs ilə borcun xx.xx.2022-ci il tarixdən ayda 150 manat olmaqla razılığa gəlsələr də, iddiaçı bu məbləğin artırılmasını tələb etmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs təsdiqləyir, lakin maddi imkanı olmadığı üçün bu borcu bir dəfəyə ödəyə bilmir. Hazırda isə tələbkara olan borcundan hər ay 200 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir rayonu 1 saylı notariat ofisini tərəfindən verilmiş İcra Qeydindən görünür ki, Zərərçəkmiş şəxs xeyrinə Şəxs və X2 vaxtında ödənilməmiş 44300 manat pul tutulması qərara alınmışdır. İşdə olan və tələbkar Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixli yazılmış ərizədən görünür ki, o, Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2018-ci il tarixli 8İ-3294 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1310 manat məbləğində pulu güzəşt etmiş və qalıq borc 33000 manat olmuşdur. İşdə olan Şəmkir rayon məhkəməsinin xx.xx.2023-ü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə işə xitam verilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. belə ki, tərəflər arasında borcun hissə-hissə olaraq ödənilməsi barədə razılıq əldə olunmuşdur və bu hal tərəflər arasında icra məımuruna ərizə ilə meraciyət edilərək rəsmiləşdirilmişdir. İşdə olan Şəmkir rayon məhkəməsinin xx.xx.2023-ü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə işə xitam verilmiş işdə və məhkəməyə təqdim edilmiş tərəflərin ərizələrində öz təsdiqi tapmışdır. Lakin sonradan tələbkar bu razılaşmadan bir müddət sonra icra şöbəsinə şikayət etmişdir. Halhazıra məhkəmə prosesi gedişində borclu hər ay 200 manat ödəyə imkanı olduğunu etiraf edərək, borclu bu təklif ilə razılaşmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Bunun əksinə olaraq Şəxs borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmaması, qalan borcu isə ödəyəcəyi barədə öhdəlik götürməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Kommersiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(5-159)-158/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-158/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver