Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-17/2026 16.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir rayon məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi Şəmkir Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün qərarın icraatına xitam verilməlidir. Belə ki, işdə olan DİN-in DYP WEB Portalından Çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1.-ci maddəsi ilə EQ 27957911 saylı inzibati xəta haqqında qərar tərtib edilmiş və o, 50 manat məbləğində inzibati cərimə edilmiş, 30 manat dəbbə pulu hesablanmışdır. “Asanpay” vasitəsilə əldə olunmuş çıxarışa əsasən, Şəxs EQ 27957911 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cəriməni və hesablanmış dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulu hazırkı işlə bağlı məhkəmə tərəfindən qərar qəbul edilənədək ödənildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmamasını həll edir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalara dair icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən Q Ə R A R A A L Dİ M : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(5-159)-17/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-17/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver