Məhkəmə qərarları › İş №3(5-159)-173/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-173/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-173/2026 27.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədirliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi BDYPİ-nin İX tağım YPX inspektoru: X2 oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz olan, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs, 26 fevral 2026-cı il tarixdə saat 15:00 radələrində Bakı-Qazax yolunun 401-ci kilometrliyində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” markalı ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun ehtiyyat hissəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq “ mercedes-benz” Ateqa yük markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə sonuncu avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs qızının həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə, özünün izahatı ilə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı BDYPİ-nin İX tağım YPX inspektoru X1 izahatında göstərdi ki, Şəxs, 26 fevral 2026-cı il tarixdə saat 15:00 radələrində Bakı-Qazax yolunun 401-ci kilometrliyində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” markalı ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun ehtiyyat hissəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq “ mercedes-benz” Ateqa yük markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə sonuncu avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla bağlı araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmamış və o inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış material aidiyyəti üzrə göndərilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Şəxs ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında özünü təqsirli bilərək izahatında göstərdi ki, Bravo marketdən VAZ “2106” markalı nəqliyyat vasitəsi yola çımaq istəyərkən həmin avtomobildən qaçmaq istəmiş, baş yolda olan “ mercedes-benz” Ateqa yük markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. qarşı tərəfə dəymiş maddi ziyanı onun sığortası ödəyəcəkdir, həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Ona görə də qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli ziyan aktından görünür ki, “mercedes-benz” Ateqa yük markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 530 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan izahatlardan görünür ki, tərəflər hadisə zamanı heç bir bədən xəsarəti almamışlar. İşdə olan video görüntü və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin Elekton Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs adına sürücülük haqqında vəsiqəsi yoxdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1955-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası İXM-nin 30.2.-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seymur Yusfli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar