Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-220/2026 17.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Şikayətçi: X1 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: BDYPİ–nə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın yol patrul xidməti inspektoru X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2026–cı il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın vəzifəli şəxsinin xx.xx.2026–cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın vəzifəli şəxsinin xx.xx.2026–cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, işi ilə bağlı ünvan 1 ünvanda yaşayır. xx.xx.2026–cı il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsindən yaşadığı evə gələn zaman ona məlum olmayan səbəbdən sonradan adının X4 olmasını bildiyi polis əməkdaşı Şəmkir şəhərinin içərisində Səməd Vurğun küçəsində ona saxla işarəsi vermişdir. O, mülkiyyətində və istifadəsində olan 99–VV–180 dövlət nömrə qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobili yolun ehtiyat hissəsinə çəkmiş və avtomobildən aşağı düşmüşdür. Polis əməkdaşı ona sanki küçədə tanıdığı hər hansı bir şəxs kimi yaxınlaşmışdır. Belə ki, polis əməkdaşı olaraq özünü təqdim etmədən, hansı ərazi üzrə xidmət keçməsini bildirmədən kobudcasına “piyadaya niyə yol vermədin?”– deyərək onu ittiham etmişdir. O da, öz növbəsində nə olmasını ümumiyyətlə anlamamış və bildirmişdir ki, o, hər hansı inzibati xəta törətməmiş, törətdiyi təqdirdə həmin ərazidə müşahidə kameraları vardır və həmin kamera əsasında cəriməni tərtib etsinlər. Onun “hansı hüquqi əsasa və marağa görə arxamca gəlirsiniz?”–sualına cavab verə bilməmişdir. Polis əməkdaşı isə “elə hamınız öyrənmisiniz ki, kamera tələb edəsiniz, heç deyən olmur ki, qaydanı pozmuşam”–demişdir. O, hüququ olaraq hansı ərazi üzrə xidmət aparmasını dəqiqləşdirdikdə ona bildirmişdir ki, Azərbaycan Beynəlxalq yolunun xidməti əməkdaşıdır. Bəs nə səbəbə şəhərə daxil olması və xidməti ərazini tərk etməsi sualına isə cavab verməmişdir. Bədən dilini dəyişərək, xidməti avtomobilinə əyləşərək “mən kameranı sənə göndərərəm və lazımi cəriməni ödəyərsən”–sözlərini dəfələrlə təkrarlayaraq uzaqlaşmışdır. Daha sonra o, sistemə daxil olub görmüşdür ki, həqiqətən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələri əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2026–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar tərtib edilmişdir. Lakin hər hansı kamera yerləşdirilməmiş və aidiyyatı olmayan sərnişin daşıma qaydalarını pozma haqqında inzibati xəta haqqında cərimə tərtib edilmişdir. Tərtib edilmiş qərar isə qanunla müəyyən edilmiş 2 gün müddətində verilməli olduğu halda, xx.xx.2026– cı il tarixdə güc–bəla ilə götürə bilmişdir. Göründüyü kimi barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanunsuz və əsassızdır. Belə ki, polis əməkdaşının izah etdiyi pozuntu ilə razılaşmadığı təqdirdə yerində qərar qəbul edilməmiş və protokola nə vaxt baxılacağı qeyd edilməmişdir. Bu da onun barəsində tərtib edilmiş protokola baxılarkən iştirakına süni maneçilik olmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin, İXM–in 61–ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri polis əməkdaşı tərəfindən izah olunmamış, əksinə protokola izah vermək hüququ məhdudlaşdırılaraq onlar tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin fiziki şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələri əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2026–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X3 şikayətin dəlillərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, həmin vaxt polis avtomobili onun arxasınca gəldiyi üçün polis avtomobilinə baxmış və piyadanı görməmişdir. Hazırda şikayətində qeyd etdiyi halları müdafiə edir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın vəzifəli şəxsinin xx.xx.2026–cı il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş BDYPİ–nə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın yol patrul xidməti inspektoru X4 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2026–cı il tarixdə X3 idarə etdiyi “Chevrolet Cruze” markalı, 99–VV–180 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı–Qazax yolunun 400–cü km–də hərəkətdə olarkən ön oturacaqda azyaşlı uşaq otuzdurmuş, həmçinin piyada keçidində piyadaya yol verməmişdir. Həmin vaxt xidməti ərazidə olduğu üçün sürücüyə saxla işarəsi vermiş, avtomobildən düşərək inzibati xəta və protokol barədə məlumat vermişdir. Həmçinin, qeyd edir ki, həmin vaxt o, X3 ilə kobud rəftar etməmiş, ona qarşı hər hansı kobud hərəkət etməmişdir. Bununla bağlı kamera görüntüləri də vardır. Seymur Sadıqov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati qərarla cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla qərar tərtib edilmişdir. Bu səbəbdən xx.xx.2026–cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Həmçinin, Vüsal Bayramov məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, o, ilk öncə azyaşlı uşağın ön oturacaqda oturmasını görmüş, bu vaxt sürücünün avtomobili yolun sağında saxlaması üçün ona yol vermiş, həmin vaxt sürücü piyada keçidində piyadaya yol verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan xx.xx.2026–cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2026–cı il tarixdə saat 10:38 radələrində Bakı– Qazax yolunun 400–cü km–də idarə etdiyi “Chevrolet Cruze” markalı, 99–VV– 180 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2026–cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan və polis əməkdaşı tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2026–cı il tarixdə X3 Bakı–Qazax yolunun 400–cü km–də idarə etdiyi “Chevrolet Cruze” markalı, 99–VV–180 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ön oturacaqda azyaşlı uşaq otuzdurmuş və piyada keçidində piyadaya yol verməmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 xx.xx.2026–cı il tarixdə saat 10:38 radələrində Bakı–Qazax yolunun 400–cü km–də idarə etdiyi “Chevrolet Cruze” markalı, 99–VV–180 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol– hərəkət qaydalarını pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iştirakı ilə inzibati xəta hadisəsini əks etdirən CD diskə baxış keçirilmiş və həqiqətən X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, BDYPİ–nə bilavasitə tabe olan Yol– Patrul Xidməti Alayının İX tağımın vəzifəli şəxsi tərəfindən inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında qərar tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın X1 barəsində Azərbaycan Respublikası İXM–nin 327.2 və 330.0.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2026–cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın vəzifəli şəxsinin xx.xx.2026–cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının İX tağımın vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 330.0.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2026–cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(5-159)-220/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-220/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver