Məhkəmə qərarları › İş №3(5-159)-28/2026

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(5-159)-28/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(5-159)-28/2026 12.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızı, X1 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29632290 saylı X3 haqqında qərardan verdiyi şikayəti və bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətin məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29632290 saylı X3 haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət etmişdir. Vəsatətdə göstərilmişdir ki, barəsində M-2 451.2 km, Ağstafa rayon, Köçəsgər kəndi, Qazax istiqamətində hərəkətdə olan zaman xx.xx.2025-ci il tarixdə, saat 09.40-da xüsusi texniki vasitə ilə iriqabaritli va ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi səbəbi ilə İnzibati Xatalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində tətbiq edilmiş inzibati xəta haqqında iş üzrə qərar yaşadığı və qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmədiyindən həmin qərardan şikayət verə bilməmişdir. O, Ağstafa rayonu ərazisində inzibati cərimə edildiyindən həmin qərardan şikayəti Ağstafa Rayon Məhkəməsinə vermişdi. Lakin, verdiyi şikayət geri qaytarıldı. Ona görə də sonradan həmin qərardan Şəmkir Rayon Məhkəməsinə şikayət verdi. Yuxarıda qeyd olunan səbəblərə görə qərardan şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Odur ki, Azərbaycan Respublikası DİN-nin BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən barəsində qəbul edilmiş "Yol Hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar çıxarılan EQ29632290 nömrəli, xx.xx.2025-ci il tarixli "X3 haqqında" qərardan şikayət verə bilməyi üçün şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 eyni məsələ ilə bağlı daha əvvəl də məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)- 1266/2022 saylı qərardadı ilə mübahisələndirilən qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət rədd edilmişdir. X2 tərəfindən həmin qərardaddan şikayət verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəsatətlə bağlı məhkəmənin artıq qəbul etdiyi qərarı mövcud olduğundan, bu məsələyə yenidən baxılması yolverilməzdir. Bu səbəbdən də şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: X1 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29632290 saylı X3 haqqında qərardan verdiyi şikayəti və bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar