Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-30/2026 16.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Eminbəyli Firuzə Ramiz qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün xx.xx.2026-cı il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. 09 yanvar 2026-cı tarixdə iştirak etdiyi məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3006/2021 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1418/2025 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Protokol üzrə qalıq borcu 25.529.94 manat təşkil edir. Belə ki, borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildirişlər ona təqdim edilmişdir. Rəsmi iş yeri yoxdur, hazırda maddi cəhətdən çətinlik çəkir, borcunu birdəfəlik ödəyə bilməsə də, hazırda aliment borcu üzrə 500 manat ödəniş etmişdir qalan borcunu da ödəyəcəyinə söz verir. Odur ki maddi və ailə vəziyyətini nəzərə alaraq hazırki bocundan 500 manat ödəniş etməsi əsası ilə barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. X1 09 yanvar 2026-cı tarixdə iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1418/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 12485.45 manat kredit ödənişi, 3914.49 manat faiz ödənişi və 200 manat məhkəmə xərci olmaqla cəmi 16599.94 (on altı min beş yüz doxsan doqquz manat doxsan dörd qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq ona verilməsi qət edilmişdir. Boruclu ona olan borcunda hazırkı vaxtadək çox az bir məbləğdə ödəniş etmişdir. Ona görə də, şikayətçidir, məhkəmədən borclu barəsində borcunu ödəmədiyi tədqirdə daha ciddi inzibati tənbehin tətbiq edilməsini xahiş etdi Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə tələbkarlar və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3006/2021 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1418/2025 saylı icra sənədləri üzrə borcun ödənilməsi ilə bağlı hərəkətlər edilir, onun tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3006/2021 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1418/2025 saylı icra sənədləri üzrə icraat birləşdirilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, hazırda qalıq borc 25.529.94 manat təşkil edir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, borclu Şəmkir rayon icra və probasiya idarəsinin depozit hesabına 500 manat məbləğində pul köçürmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu söz verərək borcunu müəyyən müddət ərzində ödəməyi öhdəsinə götürmüş, həmçinin protokol tərtib ediləndən sonra 500 manat ödəniş etməsi müəyyən edilmişdir. Şəxs hərəkətlərinin təhlili ilə müəyyən olunur ki, borclunun üzərinə qoyulmuş vəzifələrin mahiyyətini dərk etməsi, icra sənədi üzrə ödənişlər etməsi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir.Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu tam şəkildə ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə n əzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olm adıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova İş № 3(076)-391/2025 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 11 aprel 2025-ci il Şəmkir rayonu Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 14:30-də açılır. Sədrlik edən məhkəmə iclasını açaraq hansı işə baxılacağını elan edir. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audio- video yazı ilə qeydə alınmasını elan etdi. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclas katibi bildirir ki, məhkəmə iclasına Şəmkir rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs gəlmişlər. Zərərçəkmiş şəxsə (tələbkar) məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən bu barədə inzibati iş üzrə icraatda iştirak edən şəxslərin fikirlərini soruşur. İnzibati iş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılqda hazırki vəziyyətdə məhkəmə iclasının keçirilməsinə etirazları olmadığını bildirirlər. Məhkəmə yerində qısa müşavirə edərək, QƏRARA ALİR: Məhkəmə iclası tələbkar şəxslərin nümayəndlərinin iştirakları olmadan keçirilsin. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: X7- Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs - xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay,işsiz, Şəmkir rayonu, M.Əhmədov küçəsi ev 114 qeydiyyatda olan və yaşayan Sədrlik edən məhkəmə iclasına hakim Heydərova Nazlı Azər qızının sədrlik etdiyini, Eminbəyli Firuzə Ramiz qızının məhkямянин iclas katibi olduğunu elan edir və Azərbaycan Respublikasынын İnzibati Xətalar Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulan əsasları elan edərək həmin Məcəllənin 108-ci maddəsində nəzərdə tutulan qaydada iş üzrə icraatda iştirak edən şəxslərdən sədrlik edənə və məhkəmə iclas katibinə etirazlаrı olub-olmadığını soruşur. İş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda məhkəmənin tərkibinə etirazları olmadığını bildirirlər. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini elan edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçiyə malik olmaq, əgər maddi vəziyyəti buna imkan vermirsə, dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnu izah edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüququnu özünün müdafiə edəcəyini, müdafiəçiyə ehtiyac duymadığını və müdafiəçidən imtinasının maddi imkanı ilə bağlı olmadığını bildirib, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə yerində qısa müşavirə edərək, Qəraraalır: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçidən imtinası qəbul edilsin. Sədrlik edən inzibati iş üzrə icraatda iştirak edən şəxslərdən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və ya vəsatət daxil olmur. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir. Sədrlik edən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 iş üzrə izahat verməsini təklif edir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahatı: - Şəmkir Rayon Məhkəməsinin 2(076)-1813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Hazırda qalıq borcu 3680 manat təşkil edir. Belə ki, borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Sədrlik edənin sualına cavab: - Borcu 3680 manat təşkil edir. Əlavə suallar daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsna izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - Şəmkir Rayon Məhkəməsinin 2(076)-1813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən məndən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildirişlər mənə təqdim edilmişdir. Rəsmi iş yerim yoxdur, hazırda maddi cəhətdən çətinlik çəkirəm, borcumu birdəfəlik ödəyə bilməsəm də, hazırda ümumi borcumdan 380 və xx.xx.2025ci il tarixində 500 manat ödəmişdir,protokol tərtib ediləndən sonra 500 manat ödəniş etmişdir. Qalan borcumu da müəyyən müddətə ödəyəcəyimə söz verirəm. Odur ki, borcu ödəməkdən qərəzli yayınmadığımdan barəmdə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edənin sualına cavab: -Xeyr, əlilliyim yoxdur. - Bəli, protokol tərtib ediləndən sonra 500 manat ödəniş etmişəm Əlavə sual daxil olmadı Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən proses iştirakçılarından əlavə və vəsatətlərin olub-olmamasını soruşur. Əlavə və vəsatətlər daxil olmadı. Sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını və məhkəmə çıxışlarının başlandığını elan edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirəm. Barəsində inzibati icraat aparılan şəxs: Məhkəmədən mənə daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 14:45-də bağlı elan olunur. İclas protokolu 11 aprel 2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Nazlı Heydərova Katib: Cəmil Heydarov İş № 3(076)-99/2025 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 07 fevral 2025-ci il Şəmkir rayonu Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan X4 iştirakları ilə, X8 barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 17:00-da açılır. Sədrlik edən məhkəmə iclasını açaraq hansı işə baxılacağını elan edir. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audio- video yazı ilə qeydə alınmasını elan etdi. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclas katibi bildirir ki, məhkəmə iclasına Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 və barəsində inzibati xəta haqqında icraat aparılan X8 gəlmişlər. iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən bu barədə inzibati iş üzrə icraatda iştirak edən şəxslərin fikirlərini soruşur. İnzibati iş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılqda hazırki vəziyyətdə məhkəmə iclasının keçirilməsinə etirazları olmadığını bildirirlər. Məhkəmə yerində qısa müşavirə edərək, QƏRARA ALİR: Məhkəmə iclası Tələbkar “FİNCA Azerbaijan” MM Qbkt-nin nümayəndəsinin iştiraı olmadan keçirilsin. Sədrlik edən inzibati iş üzrə icraatda iştirak edən şəxslərdən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və ya vəsatət daxil olmur. Sədrlik edən barəsində inzibti xəta haqqında protokol tərtib edilmiş şəxsə borcunun ödənilməsi üçün məhkəmə tərəfində ona vaxt verildiyini və həmin borcundan ödəniş edib-etməməsini soruşur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu birdəfəlik ödəyə bilməsə də, hazırda ümumi borcunndan 500 manat ödədiyini bildirir və qalan borcunu da müəyyən müddətə ödəyəcəyinə söz verir. Borcu ödəməkdən qərəzli yayınmadığından barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Sədrlik edən bu barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Zaur Aslanovun fikrini soruşur.: Şəmkir Rayon iCra və Probasiya Şöbəsinin böyük icra məmuru barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin borcundan 500 manat məbləğində ödəniş etdiyini bildirir və qəbzin surətini məhkəməyə təqdim edir. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərdən əlavə vəsatətlərinin olubolmamasını soruşur. İş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda vəsatətlərinin olmadığını bildirdilər. Sədrlik edən iş materiallarını elan edir və prosess iştirakçılarına hər hansı vəsatətin olub-olmamasını soruşur. Elan olunmuş sənədlərlə bağlı vəsatət və etirazlar olmur. Sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını və məhkəmə çıxışlarının başlandığını elan edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12: -Borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edirəm. Barəsində inzibati icraat aparılan şəxs X8: - Barəmdə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqda qərarı elan edir, məzmununu, şikayət vermək qaydasını, müddətini, məhkəmə iclasının audio-video yazısı və məhkəmə iclas protokolu ilə tanış olma, iclas protokoluna qeydlər vermək hüququnu izah edir. Məhkəmə iclası saat 17:10-da bağlı elan olunur. İclas protokolu 07 fevral 2025-ci il tarixdə tərtib olundu. SƏDRKİL EDƏN: KATİB: İş № 3(076)-1291/2024 QƏRARDAD (inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında) ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 19 dekabr 2024-cü il Şəmkir şəhəri Мən, Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova X9 Rayon Məhkəməsinin icraatında olan X4 Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında işin materiallarından görünür ki, X4 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası 19 dekabr 2024-cü il tarixə saat 15:00-a təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı, 109-cu və 111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM X4 barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərində, Şəmkir Rayon Məhkəməsinin binasına 19 dekabr 2024-cü il tarixə saat 15:00-a təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X4 və inzibati protokol tərtib etmiş şəxsin iştirakları təmin edilsin. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(5-159)-30/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-30/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver