Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-37/2026 21.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz оğlunun sədrliyi, Əmiraslanova Esmira Sarif qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs Şəmkir rayon PŞ-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İİİ qrup əlil, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsi ilə Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir rayon PŞ-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 14 yanvar 2026-cı il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Samirə adlı xanımı söyüb təhqir etmişdir. Bununla da onun tərəfindən İXM-in 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir rayon PŞ-nin sahə rəisi X4 məhkəmə iclasında bildirdi ki, Şəxs barəsində inzibati xıta haqqında protokolu zərərçəkmiş şəxsin ərizəsi əsasında tərtib etmiş, hadisə vaxtı orada olmamış və hadisəni görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak etmiş Zərərçəkmiş şəxs Qəzəfər qızı məhkəmə iclasında bildirdi ki, xx.xx.2026-cı il tarixdə işlədiyi Şəmkir RMXda tanımadığı bir şəxs icazəsiz olaraq növbədən kənar olaraq TTY məntəqəsinə daxil olan zaman ona icazə vermədiyi üçün kütləvi insan olan yerdə ona nalayiq ifadələr işlədərək ünvanına təhqirlər etmişdir. Buna görə də Şəmkir rayon Polis Şöbəsinə müraciət etmişdir. Hal hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışıq əldə etmiş və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə özünün və nəvələrinin səhhəti pisləşdiyi üçün yaşadığı Çinarlı qəsəbəsindən Şəmkir RMX-nın təcili yardım şöbəsinə gəlmişlər. Elə bu vaxt ona köməklik olunmasını bildirmiş uşaqlar içəri daxil olmuş, o keçmək istəyən zaman adını bilmədiyi bir nəfər qadın onun üstünə gələr onu və uşaqları çölə çıxartmış buna görə də onunla mübahisə aparmış, həmin qadın onu söyüb təhqir etdiyi üçün video çəkilişdən istifadə etmişdir. Hal- hazırda aralarında barışıq əldə olunmuşdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X1 ifadəsində bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun atasıdır. xx.xx.2026-cı il tarixdə atası və uşaqlarının səhhəti pisləşdiyi üçün onlarla birlikdə yaşadığı Çinarlı qəsəbəsindən Şəmkir RMX-nın acil şöbəsinə gəlmişlər. O, uşaqları ilə birlikdə içəri daxil olan zaman adını bilmədiyi bir nəfər qadın atasına icazə verməmiş nalayiq ifadələr işlətmişdir. Sonra polis əməkdaşı ora gəlmişdir. Məhkəmə iclasında dindirilən Baş Mühafizə İdarəsinin Şəmkir rayonlararası mühafizə şöbəsinin polis nəfəri şahid X3 məhkəmə iclasında bildirdi ki, xidmət saatında vətəndaşa keçmək olmaz deyib, vətəndaş isə təhdidlə və təhqirlə ona cavab vermiş, həm özü həm də qızı Samirə xanımın şərəf və ləyaqətini alçaldan sözlər işlətmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510 -cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında anlaşılmazlıq olmuşdur, tərəflər arasında barışıq əldə edilmiş və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki tərəflər bir birlərinə qarşı kobudcasına cavab verirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin izahatından və şahidlərin izahatlarından məlum olur ki, Şəxs hadisə vaxtı o, heç bir nalayiq ifadələr işlətməmiş, iş materiallarında Şəxs ictimai qaydanı pozması barədə hər hansı mötəbər sübut müəyyən edilmir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallarla Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin mövcud olması sübuta yetirilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(5-159)-37/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-37/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver