Məhkəmə qərarları › İş №3(5-159)-38/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-38/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-38/2026 19.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məsail oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, X1 iştırakları ilə, Şəmkir rayon Polis şöbəsinin X8 bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ- 32937010 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 328.3–cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ- 32937010 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 İXM-nin 328.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 həmin qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır və “VAZ21723” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2025-ci il tarixində həmin avtomobillə Bakı-Qazax magistral yolunda hərəkətdə olarkən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin inspektoru **-YP-*** nömrəli polis maşını ilə magistral yoldan kənarda gizlənərək ona məxsus avtomobiliin arxasından polis maşınının kamerası ilə çəkiliş aparmışdır. Bununla da şikayətçiyə İXM-nin 328.3-cü maddəsinə əsasən sürət həddini aşdığına görə 200 manat inzibati cərimə olunmuşdur. Şəxs qərarı xx.xx.2025-ci il tarixində aldığını həmin ərazidə yol nişanın 110 km olduğunu qeyd etmişdir. Həmin vaxt polis əməkdaşının ağacına arxasında gizləndiyini və qərarın əsassız olduğunu bildirmişdir. Odur ki Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EQ-32937010 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X5 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır və “VAZ21723” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2025-ci il tarixində həmin avtomobillə Bakı-Qazax magistral yolunda hərəkətdə olarkən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin inspektoru **-YP-*** nömrəli polis maşını ilə magistral yoldan kənarda gizlənərək ona məxsus avtomobiliin arxasından polis maşınının kamerası ilə çəkiliş aparmışdır. Bununla da şikayətçiyə İXM-nin 328.3-cü maddəsinə əsasən sürət həddini aşdığına görə 200 manat inzibati cərimə olunmuşdur. Şəxs qərarı xx.xx.2025-ci il tarixində aldığını həmin ərazidə yol nişanın 110 km olduğunu qeyd etmişdir. Lakin həmin ərazisə sürət həddi 60 km.olduğunu bildirir. Həmin vaxt polis əməkdaşının ağacın arxasında gizləndiyini və qərarın əsassız olduğunu bildirmişdir. Odur ki Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EQ-32937010 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsini xahiş edir. İXM-nin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ-32937010 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə “VAZ21723” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunda hərəkətdə olarkən İXMnin 328.3–cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 200 manat məbləğində cərimə edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli EQ 32937010 nömrəli qərara əlavə olunmuş, P122200373 nömrəli kamera tərəfindən qeydə alınan fotoşəkillərdən görünür ki, “VAZ21723” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 279 km-də hərəkətdə olarkən ərazidəki sürət limiti 60 km olmasına baxmayarq 101 km faktiki sürət həddinə çatmaqla İXM-nin 328.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 İXM-nin 328.3–cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ– nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. İXM-nin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin X3 barəsində İXM-nin 328.3 maddəsi ilə xx.xx.2025–ci il tarixli EQ- 32937010 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı deyil. Odur ki, X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli EQ-32937010 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.3 maddəsinə əsasən tərtib xx.xx.2025–ci il tarixli EQ-32937010 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar