Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-4/2026 06.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/23490964 saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə icraat başlanılmışdır. Həmçinin həmin qərarla inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallar aşkar olunduğundan vətəndaş Şəxs barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla başlanılmış icraata xitam verilmişdir. Lakin Şəxs barəsində “təyin edilmiş cərimə” qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olubolmamasını həll edir. Qeyd olunan Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə bağlı tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ/23490964 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(5-159)-4/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-4/2026
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver