Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-47/2026 19.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Eminbəyli Firuzə Ramiz qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə polis nəfəri: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə, Qəbələ rayonu, Corlu kəndində anadan olmuş, Azərbayca Respublikasının vətəndaşı, ali təhsilli, evil, 29 saylı tam orta məktəbdə müəllim işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev-15, mənzil-24 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 19 yanvar 2026-cı il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 19 yanvar 2026-cı il tarixli MN ******* nömrəli və ******* inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs nizamintizama qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə Bakı-Qazax magistiralının 382-ci km-də yerləşən DYP stasionar postunun əməkdaşları saxla əmri vermiş, o, avtomobili saxlayaraq, posta gəlmişdir. O avtomobili saxlamış, lakin polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. Polis əməkdaşları ona kobud davranmışlar, o isə polis əməkdaşlarına nə üçün belə davrandıqları barədə bildirdikdə aralarında mübahisə yaranmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 13:25 radələrində Şəmkir stasionar postunda inspektor Xəyal Məmmədovla xidmət apararkən **-EK-*** dövlət qeydiyyat nişanlı Kia Sorento markalı avtomobilin Gəncədən gələrək Şəmkir rayon istiqamətinə gedən zaman onlar stasionar postda saxla işarəsi vermişlər. Sürücü bilərəkdən qəsdən polisin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Onlarda bunu görüb idarə etdikləri avtomobillə bir xeyli getdikdən sonra saxla işarəsi ilə həmin avtomobili saxlatmışlar və orada düşüb özlərini təqdim edib avtomobilə dair sənədləri istədikdə həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ olmadığını aşkar etmişlər və onlar onları DYP postuna dəvət edib onlarla bağlı qanuni tədbir görən zaman adı onlara sonradan məlum olan Şəxs və avtomobilin sahibi (sürücünün övladı) X9 orada onlara tabesizlik göstərərək işlərinə maneçilik göstərmişlər. Həmin şəxsləri məcburi qaydada polis şöbəsinə gətirməyə cəhd göstərsələr də onlar müqavimət göstərdikləri üçün Şəmkir RPŞ-in NH-nə məlumat verərək, PPX-i əməkdaşları tərəfindən onları Şəmkir RPŞ-ə gətirib, NH-ə təhvil vermişlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkiblərinin əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, Şəxs etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, 19 yanvar 2026-cı il tarixdə saat təxminən Bakı-Qazax yolunun 380 km yerləşən DYP postunda səsküy salaraq ictimai qaydanı pozmaqla və polisin qanuni tələblərinə əməl etməməklə, xırda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Həmin əmələ görə əlli manatdan yüz manatadək məbləğdə cərimə və işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinin, 1 və 2-cı bəndlərinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələridir. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi iləmüşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Şəxs əməllərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmiş və bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində daha ağır, yəni İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova № 3(076)-329/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 01 aprel 2025-cü il Şəmkir rayonu ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclasının katibi Həşimov Ağaxan Habil oğlunun, Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxır. Məhkəmə iclası saat 18:35-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audio- video yazı ilə qeydə alınmasını elan etdi. Məhkəmə iclasının katibi sədrlik edənin göstərişi əsasında məruzə edərək bildirdi ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid X7 iştirak edirlər. Şahid şahidlər üçün ayrılmış otağa keçirlər Sədrlik edən bildirir ki, işə hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunın katibliyi ilə baxılır. Hakimə, məhkəmə iclas katibinə etiraz etmək hüququnu və etirazın əsaslarını proses iştirakçılarına izah edir. Hakimə və məhkəmə iclasının katibinə etiraz olmadı. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: X6– Şəmkir RPŞ-nin İTB-nin sahə polis nəfəri Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs – xx.xx.1958-ci il tarixdə, Şəmkir rayonu, Yeni Həyat kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, rəsmi olaraq heçbir yerdə işləməyən, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdi. S/C. sədrlik edən - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - İzah olunmuş hüquqlarım mənə aydındır; - inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə tanış olmuşam; - hər hansı bir əlilliyim yoxdur; -Azərbaycan dilində sərbəst yazıb oxuya bilirəm, tərcüməçiyə ehtiyacım yoxdur. Hakim inzibati iş üzrə icraatda iştirak edən şəxslərdən etiraz və vəsatətlərinin olubolmamasını soruşur. İnzibati iş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda heç bir etiraz və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir. Sədrlik edən izahat vermək üçün sözü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı: - 01 aprel 2025-ci il tarixdə saat 13:30 radələrində xidmətdə olan zaman, Şəmkir rayonu, Yeni-Həyat kəndində Şəxs ucadan nalayiq ifadələr işlətdiyinə və bizim qanuni tələblərimizə qəsdən tabe olmadığına görə gətirilərək Şəmkir Rayon Polis Şöbəsinə təhvil verildiyini bildirmiş və məhkəmədən Şəxs barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab: -Bəli, Biz ona yaxınlaşıb özümüzü təqdim etdik və onun söyüşlər söyməməyini bildirdik. Əlavə sual olmur. Sədrlik edən izahat vermək üçün sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatı: - xx.xx.2025-ci il tarixdə təxminən günorta radələrində Şəmkir rayonu Kür qəsəbəsində küçə ilə gedərkən əsəbiləşib ucadan söyüşlər söyməyə başladım.Söyüş söyə-söyə hərəkət edən zaman 2 nəfər şəxsin mənə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdilər və mənim söyüş söyməməyimi bildirdilər.Mən onlara məhəl qoymayaraq yenidən söyüş söyməyə başladım. Polis əməkdaşları isə məni Şəmkir Rayon Polis şöbəsinə dəvət etdilər,lakin mən polisin qanuni tələbinə əməl etməyib polislərlə birgə getmədim. Daha sonra bu hərəkətlərimə görə polis əməkdaşları məni məcburi qaydada Şəmkir RPŞ-yə gətirib növbətçi hissəyə təhvil verdilər. Hazırda baş vermiş hadisəyə görə peşmanam,odur ifadəmdə göstərilənlərin nəzərə alınmasını xahiş edirəm. Sədrlik edənin sualına cavab: - Xeyr, əlilliyim yoxdur. - Bəli, əməlimdən peşmanam. Əlavə sual olmur. Sədrlik edən izahat vermək üçün sözü İnzibati iş üzrə şahid X5 verir. Sədrlik edən şahidə İXM-nin 67-ci maddəsində nəzərdə tutulmuş özünə və yaxın qohumlarına qarşı izahat verməmək hüququnun olmasını, məhkəmədə baxılan inzibati xətaya dair iş üzrə doğru izahat vermək və ona məlum olan məlumatları bildirmək şahidin vəzifəsi olduğunu, bilə-bilə yalan izahat verməyə görə İXM-nin 530-cu və 532-ci maddələrində nəzərdə tutulmuş məsuliyyəti izah etdi. Şahid İXM-nin 530-cu və 532-ci maddələrində nəzərdə tutulan məsuliyyətin ona tamamilə aydın olduğunu bildirdi və bu barədə iltizama imza etdi. X1 izahatı: - xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Yeni Həyat kəndində xidmətdə olan zaman Şəmkir rayonu Yeni Həyat kəndində yaşayan Şəxs Şəmkir rayonu Yeni Həyat kəndində nalayiq söyüşlər etməsini gördük. Ona yaxınlaşaraq, özümüzü təqdim edib , onu nizamintizama dəvət etmişlər, lakin, Şəxs söyüşlərini davam etmişdir, o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır onu xidməti avtomobilə əyləşdirib Şəmkir Rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verdik. Sədrlik edənin sualına cavab: - Bəli, Ona yaxınlaşaraq, özümüzü təqdim edib ,onu nizam-intizama dəvət etsəkdə, Şəxs söyüşlərini davam etdirmişdir. Əlavə sual olmur. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən proses iştirakçılarından əlavə və vəsatətlərin olub-olmamasını soruşur. Əlavə və vəsatətlər daxil olmadı. Sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını və məhkəmə çıxışlarının başlandığını elan edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirəm. Barəsində inzibati icraat aparılan şəxs: Məhkəmədən mənə daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 18:55-də bağlı elan olunur. İclas protokolu 01 aprel 2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Nazlı Heydərova Katib: Cəmil Heydarov Иш № 3(076)–1034/2024 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ VƏ İNZİBATİ XƏTAYA DAİR İŞLƏRƏ EYNİ VAXTDA BAXİLMASİ HAQQİNDA QƏRARDAD ŞƏMKİR RAYON MƏHKƏMƏSİ xx.xx.2024-cü il Şəmkir şəhəri Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi X2 Rayon Məhkəməsinin icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib MÜƏYYƏNETDİM: Şəxs 08 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Şəmkir şəhəri, 20 yanvar küçəsində ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 11:15-ə təyin edilməsi məqsədə müvafiqdir. Həmçinin, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106-cı, 109-cu, 111-ci və 34.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərinə, Şəmkir Rayon Məhkəməsinin binasına xx.xx.2024-cü il tarixə saat 11:15-ə təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs və inzibati protokol tərtib etmiş şəxsin iştirakları təmin edilsin. X19
Məhkəmə qərarları › İş №3(5-159)-47/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-47/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver