Məhkəmə qərarları › İş №3(5-159)-52/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-52/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-52/2026 21.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs X3, X1 və onun qanuni nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi – X10 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəmkir rayonu, Yeni- Həyat kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 189-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 16 yaşına çatmayan, xx.xx.2012-ci il təvəllüdlü X5 ilə evliliyə dair şövdəşəmələri daxil olmuş və xx.xx.2025-ci il tarixdə onun nişanlaması olmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən sahə rəisi X8 izhatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində xidmətdə olarkən adı sonradan ona məlum olan Əliyaqublu kəndində yaşayan X4 qızı xx.xx.2012-ci il təvəllüdlü, X5 ilə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs evliliklərinə dair sövdələşmələr aparması və xx.xx.2025-ci il tarixdə saat 16-dan 20dək olan müddət ərzində Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən "Qala" restoranında sonuncu ilə on altı yaşına çatmayan Fərqanə Məmmədova arasında nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar azyaşlı Fərqanə Məmmədova anası Ülviyyə Məmmədova ilə birgə, həmçinin Şəxs Şəmkir RPŞ-nə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib gətirilmişdir. Tərəflərin izahatı alınmış, Şəxs inzibati qaydada tutulmuş və indi məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 4 ildir ki, diş həkimi işləyir. Əvvəllər Gəncə şəhərində işləyirdi, 6 ay olar ki, Şəmkir rayonu Seyfəli kəndində işləyir. X9 təxminən 1 il əvvəl Şəmkir rayonundan yanına qızının dişini düzəltmək üçün gəlmişdi. Yanında da öz digər balaca qızını da gətirmişdi. Sonradan öyrəndi ki, onun adı Fərqanədir. Fərqanədən ilk gördüyü andan xoşu gəldi, lakin bunu büruzə verməkdən çəkindi. Sonra bir neçə dəfə də yanına gəldilər. Axırıncı gəlişlərindən bir müddət sonra onlara WhatSappla yazdı. Mesaja Fərqanə cavab verdi və anasının evdə olmadığını bildirdi. O, isə ondan hal əhval tutdu və bir müddət danışdılar. Elə oldu ki, onu sevdiyini dedi. O da təəccübləndi və azyaşlı olduğunu, 13 yaşının olduğunu dedi. Ondan nə olur- olsun onu istədiyini dedi. Bu zaman oda onu sevdiyini dedi. Bir müddət anasının telefonu ilə danışdılar, lakin anası bilməsin deyə öz telefonu ilə danışmağa başladılar. Bir müddətdə belə gizli danışdılar. Tez-tez ona elçi gələcəyini bildirirdi. Sentyabr ayı idi. Fərqanəyə elçi göndərmək istədiyini dedi, o da razı oldu. Bu barədə anasına və atasına da məlumat verdi və qızın yaşını biraz böyüdüb 16 yaş dedi. Onlarda razı qaldılar. Bir neçə dəfə elçi getdilər, lakin qızın anası hər dəfəsində narazılıq edirdi. Axırıncı dəfə qızın anası razılaşdı və hə dedilər. O, bunun səbəbini qızdan soruşanda qolunu kəsdiyini və özünü öldürəcəyi ilə evdəkilərini hədələdiyini bildirdi. Elçilikdən 1 həftə sonra qız ilə nişanın vaxtını və yerini dəqiqləşdirdi. Nişanı oktyabrın 12-si Şəmkir rayonunda yerləşən Qala restoranında keçirəcəklərini dəqiqləşdirdilər. Nişanda təxminən 20 nəfər iştirak etdi. Nişan saat 16:00-dan 20:00-dək davam etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X16 izahatında bildirmişdir ki, hazırda tərəflər arasında hər hansı mübahisə və ya şikayət mövcud deyildir. Nişan mərasimi tərəflərin qarşılıqlı razılığı əsasında baş tutmuş və keçirilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanuni nümayəndəsi X4 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı X5 ifadəsində göstərdi ki, o, Şəxs təxminən 1 ildir ki, tanıyır. Keçən il o, anası və bacısı Gəncə şəhərinə bacımın dişini düzəltdirmək üçün getmişlər. Məhz o zaman Sarifi orda gördü və xoşuna gəldi. Elə oldu ki, təkrar ora gedəsi oldular. Bu zaman aralında yaxınlaşma hiss etdi. Evə gəldikdən sonra Şəxs anasına mesaj yazdığını gördü. Anası evdə olmadığı üçün mesaja o cavab verdi. Ona anasının evdə olmadığını dedi. Sonra o ondan hal-əhval tutdu, ondan necə olduğunu soruşdu. Sonra xoşu gəldiyini bildirdi. Bunu eşidəndə biraz təəccübləndi. Ona 13 yaşının olduğunu dedi. O isə onu nə olur-olsun istədiyini bildirdi. Bu zaman onun də ondan xoşuna gəldiyini bildirdi. Əvvəl anasının telefonu ilə danışırdı, sonra anasının öyrənməsin deyə öz telefonunla danışdı. Təxminən 5-6 ay belə gizli danışdılar. Gizli danışdığı müddət boyunca tez-tez ona elçi gələcəyini bildiririrdi. Sentyabr ayı idi. O, elçi gələcəyini dedi. O vaxta kimi evdəkilər bu barədə heçnə bilmirdilər. Elçiliyə anası, atası, bir də digər 1-2 yaxın qohumları gəlmişdilər. Anası onlara yox dedi. Bundan sonra 2-3 dəfə də təkrar elçiliyə gəldilər. Anası hər dəfə yox deyirdi, onu ona vermək İstəmirdi. Ondan ananın onu ona verməyəcəyini başa düşüb, anasını qorxutmaq üçün biləklərini kəsdi, verməsə, özünü öldürəcəyini bildirdi. Anası da qorxuya düşdü, məcbur qalıb, elçilərə hə dedi. Elçilikdən təxminən 1-2 həftə sonra nişanı ayın 12-si Şəmkir rayonunda yerləşən Qala restoranında etməyi qərarlaşdırdılar. Nişan xx.xx.2025-ci il tarixdə saat 16:00-da Qala restoranında baş tutdu. Nişanda onun və yaxın qohumları iştirak etdi. Təxminən 20 nəfər adam iştirak etdi. Nişan saat 20:00-dək davam etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 2012-ci il təvəllüdlü X5 ilə 2025-ci ilin oktyabr ayında birgə nişan mərasimlərini keçirmişdir. Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinin 01 iyul 2025-ci il tarixdən qüvvəyə minmiş müddəalarının tətbiq dairəsinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Materiala əlavə edilmiş Məhkəmə Elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs xx.xx.1994-cü il tarixdə anadan olmaqla hazırda 32 yaşında, X6 xx.xx.2012-ci il tarixdə anadan olmaqla hazırda 13 yaşındadır. Aralarında 18 yaş fərq var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi, habelə X2 şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 189-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin aşağı həddində cəza tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili X13 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili X13 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Hazırkı qərar Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik orqanına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar