Məhkəmə qərarları › İş №3(5-159)-53/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-53/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-53/2026 21.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1986-ci il tarixdə, Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, orta təhsilli, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 189-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 16 yaşına çatmayan, xx.xx.2012-ci il təvəllüdlü X4 ilə xx.xx.1994-cü il təvəllüdlü X8 evliliyina dair şövdəşəmələri olmuş və xx.xx.2025-ci il tarixdə nişanlanmışlar. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən sahə rəisi X6 izhatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində xidmətdə olarkən adı sonradan ona məlum olan Əliyaqublu kəndində yaşayan Şəxs qızı xx.xx.2012-ci il təvəllüdlü, X4 ilə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü X8 evliliklərinə dair sövdələşmələr aparması və xx.xx.2025-ci il tarixdə saat 16-dan 20-dək olan müddət ərzində Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən "Qala" restoranında sonuncu ilə on altı yaşına çatmayan Fərqanə Məmmədova arasında nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar azyaşlı Fərqanə Məmmədova anası Şəxs ilə birgə, həmçinin X16 RPŞ-nə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, X5 ilə 19 ildir ki evlidir, Tünzalə və Fərqanə adlı iki uşağı var. Tünzalə evlidir, Fərqanəninsə 13 yaşı var. Təxminən 1 il əvvəl Tünzalə ona zəng edib dişinin ağrıdığını bildirmişdir. X7 diş həkiminə aparıblar, lakin həkim qızlarının hamilə olduğu üçün baxa bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar məcbur qalıb Gəncəyə Şans klinikası yaxınlığında yerləşən diş həkiminə gedibilər, Sarifi bu vaxt tanıdığını bundan əvvəl onu tanımadığını ora Tünzalə və Fərqanə ilə birlikdə getdiyini, daha sonra 1-2 dəfə də eyni həkimin yanına getməli olduqlarını, bundan sonra Sariflə əlaqəsinin kəsildiyini qeyd etmişdir. Hadisədən 5-6 ay keçdikdən sonra Fərqanə Sarifi istədiyini onların yaxın vaxtda elçi gələcəklərini bildirmişdir. Ülviyyə bu elçiliyə razı olmadığını bildirsədə, onlar bir neçə dəfə elçi gəliblər. Sonuncu elçilikdən sonra Ülviyyə evə gəldikdə Fərqanənin qolunu ülgüclə kəsdiyini görmüş, sonuncu ülgücü boğazına sıxıb onu Sarifə verməsələr özünü öldürəcəyini bildirmişdir. Bundan sonra Ülviyyə elçiliyə razı olmuşdur. Elçilik təxminən sentyabr ayında baş tutmuş, ikisi arasında elçilikdən 1 ay sonra nişan olmuşdur. Nişan 12 oktyabr 2025-ci il tarixində Şəmkir rayon “Qala “ ailəvi istirahət mərkəzində baş tutmuş, saat 16:00-dan 20:00-dək davam etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı X4 ifadəsində göstərdi ki, o, X9 təxminən 1 ildir ki, tanıyır. Keçən il o, anası və bacısı Gəncə şəhərinə bacısının dişini düzəltdirmək üçün getmişlər. Məhz o zaman Sarifi orda görmüş və xoşuna gəlmişdir. Sonradan təkrar ora gedəsi olmuşlar. Bu zaman aralında yaxınlaşma hiss etmişdir. Evə gəldikdən sonra Əliyev Sarifin anasına mesaj yazdığını görmüşdür. Anası evdə olmadığı üçün mesaja o cavab vermişdir. O, Sarifə anasının evdə olmadığını demişdir. Sonra o ondan hal-əhval tutmuş, ondan necə olduğunu soruşmuş, sonra xoşu gəldiyini bildirmişdir. Bunu eşidəndə biraz təəccüblənmişdir. Ona 13 yaşının olduğunu demiş, o, isə onu nə olur-olsun istədiyini bildirmişdir. Bu zaman onun da ondan xoşu gəldiyini bildirmiş, əvvəl anasının telefonu ilə danışırdı, sonra anasının öyrənməsin deyə öz telefonu ilə danışmışdır. Təxminən 5-6 ay belə gizli danışmışlar. Gizli danışdığı müddət boyunca teztez ona elçi gələcəyini bildirmişdir. Sentyabr ayında Sarif ona elçi gələcəyini demşdir. O vaxta kimi evdəkilər bu barədə heçnə bilməmişlər. Elçiliyə anası, atası, bir də digər 1-2 yaxın qohumları gəlmişdilər. Anası onlara yox demiş, bundan sonra 2-3 dəfə də təkrar elçiliyə gəlmişlər. Anası hər dəfə yox demiş, onu ona vermək istəməmişlər. O, anasının onu Sarifə verməyəcəyini başa düşüb, anasını qorxutmaq üçün biləklərini kəsmiş, verməsə, özünü öldürəcəyini bildirmişdir. Anası da qorxuya düşmüş, məcbur qalıb, elçilərə hə demişdir. Elçilikdən təxminən 1-2 həftə sonra nişanı ayın 12-si Şəmkir rayonunda yerləşən Qala restoranında etməyi qərarlaşdırmışlar. Nişan xx.xx.2025-ci il tarixdə saat 16:00-da Qala restoranında baş tutmuşdur. Nişanda yaxın qohumlar iştirak etmiş, təxminən 20 nəfər adam olmuş, nişan saat 20:00-dək davam etmişdir. Məhkəmə prosesində şahid qismində dindirilən X13 izahatında bildirmişdir ki, o, 4 ildir ki, diş həkimi işləyir. Əvvəllər Gəncə şəhərində işləmiş, 6 ay olar ki, Şəmkir rayonu Seyfəli kəndində işləyir. Şəxs təxminən 1 il əvvəl Şəmkir rayonundan yanına qızının dişini düzəltdirmək üçün gəlmişdi. Yanında da öz digər balaca qızını da gətirmişdi. Sonradan öyrənmişdir ki, onun adı Fərqanədir. Fərqanədən ilk gördüyü andan xoşu gəlmiş, lakin bunu büruzə verməkdən çəkinmişdir. Sonra bir neçə dəfə də yanına gəlmişlər. Axırıncı gəlişlərindən bir müddət sonra onlara WhatSappla yazmış, mesaja Fərqanə cavab vermiş və anasının evdə olmadığını bildirmişdir. O, isə ondan hal əhval tutmuş və bir müddət danışmışlar. Elə olmuşdur ki, onu sevdiyini demişdir. O da təəccüblənmiş və azyaşlı olduğunu, 13 yaşının olduğunu demişdir. Ondan nə olur- olsun onu istədiyini demiş, bu zaman oda onu sevdiyini demişdir. Bir müddət anasının telefonu ilə danışmışlar, lakin anası bilməsin deyə öz telefonu ilə danışmağa başlamışlar. Bir müddət belə gizli danışmışlar. Tez-tez ona elçi gələcəyini bildirmişdir. Sentyabr ayında Fərqanəyə elçi göndərmək istədiyini demiş, o da razı olmuşdur. Bu barədə anasına və atasına da məlumat vermiş və qızın yaşını biraz böyüdüb 16 yaş demişdir. Onlarda razı qalmışlar. Bir neçə dəfə elçi getmişlər, lakin qızın anası hər dəfəsində narazılıq etmişdir. Axırıncı dəfə qızın anası razılaşmış və hə demişlər. O, bunun səbəbini qızdan soruşanda qolunu kəsdiyini və özünü öldürəcəyi ilə evdəkilərini hədələdiyini bildirmişdir. Elçilikdən 1 həftə sonra qız ilə nişanın vaxtını və yerini dəqiqləşdirmişdir. Nişanı oktyabrın 12-si Şəmkir rayonunda yerləşən Qala restoranında keçirəcəklərini dəqiqləşdirmişlər, nişanda təxminən 20 nəfər iştirak etmiş, nişan saat 16:00-dan 20:00-dək davam etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 2012-ci il təvəllüdlü X4 ilə 2025-ci ilin oktyabr ayında birgə nişan mərasimlərini keçirmişdir. Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinin 01 iyul 2025-ci il tarixdən qüvvəyə minmiş müddəalarının tətbiq dairəsinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qıznın törətdiyi əməli etiraf etməsi, habelə X1 şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X8 Azərbaycan Respublikasının İXM-nin 189-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin aşağı həddində cəza tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı inzibati iş üzrə müəyyən edilmiş faktlar barədə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməsi məqsədilə bu qərarın surəti göndərilməlidir. X4 və onun ailəsi həmin orqan tərəfindən nəzarətə götürülməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, X3 qarşı bu cür halların baş verməsi onun gələcək psixoloji və fiziki inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən qeyd olunan hal ciddi nəzarətə götürülməli, hərtərəfli araşdırılmalı və qanunvericiliklə nəzərdə tutulmuş profilaktik tədbirlər həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanununu 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Qeyd ediləm qanunda 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hazırkı qərar Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik orqanına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar