Məhkəmə qərarları › İş №3(5-159)-56/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-56/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-56/2026 10.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X24 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi ilə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidmətinin 9 saylı Qazax- Tovuz regional bölməsinin böyük məsləhətçi-müfəttişi X10 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Valləddin qızının Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 264.0.2-ci maddəsi ilə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidmətinin 9 saylı Qazax-Tovuz regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs Valləddin qızının barəsində İXM-nin 264.0.2-ci maddəsi ilə inzibati xəta haqqında daxil olmuşdur protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu Kür qəsəbəsində mövcud olan “Reduco” tədris mərkəzi tərəfindən X22 Sistemlərinin İstismar İdarəsinin balansında olan Kür qəsəbəsinin mərkəzi kanalizasiya şəbəkəsi (su təsərüffatı qurğusu) zədələnərək d=100 boru ilə qanunsuz qoşulmaqla istismar qaydalarına riayət edilməməsi aşkar edilmişdir. İş materialına əlavə edilən 001854 nömrəli xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Suların İstifadəsinə və X8 Xidmətinin 9 saylı Qzax-Tovuz regional bölməsinin xx.xx.2025-ci il tarixli 0027 nömrəli sərəncamına əsasən xidməti ərazi üzrə Azərbaycan Respublikasının Su Məcəlləsinin ”Su təhcizatı və su tullantıları haqqında” qanunvə bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu Kür qəsəbəsində mövcud olan “Reduco” tədris mərkəzi tərəfindən Kür qəsəbəsinin mərkəzi kanalizasiya şəbəkəsi zədələnərək D=100 mm boru ilə qanunsuz qoşulmaqla, istismar qaydalarına riayət edilməməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı Şəmkir rayonu Kür qəsəbəsində fəaliyyət göstərən “Reduco” təhsil mərkəzinin Şəxs aid olduğu məlum olmuşdur. Araşdırma zamanı Şəmkir rayonu Kür qəsəbəsində fəaliyyət göstərən “Reduco” təhsil mərkəzinin Şəxs aid olduğu məlum olmuşdur. Belə ki işdə ki, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X29 X23 Sistemləri İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayon Kür qəsəbəsində yerləşən “Reduco” Təhsil Mərkəzi fəaliyyət göstərdiyi binada, X23 Sistemləlinin İstismarı İdarəsinin İstismarında olan küçədə yerləşən Kür qəsəbəsinin mərkəzi kanalizasiya şəbəkəsinə (su təsərrüfatı qurğusu) D=100 mm boru ilə zədələyərək qanunsuz qoşulmaqla qeyri-qanuni istifadəyə görə az miqdarda ziyan vurulmasına Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarına əsasən qeyri-əhali üçün istifadə olunan 1m³ həcmində suyun tarifi 1 (bir) manat olduğu üçün vurulmuş ziyana görə hesablanmış (2052x 1 AZN=2052 AZN) məbləği 2052 manat təşkil edir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidmətinin 9 saylı Qazax-Tovuz regional bölməsinin böyük məsləhətçimüfəttişi X16 məhkəmə iclasında inzibati xəta haqqında dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu Kür qəsəbəsində mövcud olan “Reduco” tədris mərkəzi tərəfindən X22 Sistemlərinin İstismar İdarəsinin balansında olan Kür qəsəbəsinin mərkəzi kanalizasiya şəbəkəsi (su təsərüffatı qurğusu) zədələnərək d=100 boru ilə qanunsuz qoşulmaqla istismar qaydalarına riayət edilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilən Şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ilk yazılı etirazında bildirir ki, mübahisə predmenti olan fərdi yaşayış evi 2011-2013-cü il tarixlərində inşa edilib, ümumi sahəsi 448,8 kv.m, və 2 mərtəbəli tikilidir. Sonuncu bu fərdi yaşayış evinin mülkiyyətçisi olmadığını, tikinti prosesində, mühəndis-kommunikasiya xətlərinin layihələndirilməsində və icrasında iştirak etmədiyini, fərdi yaşayış evində 2023-cü ildən həmin evin mülkiyyətcisinin razılığı ilə şəhid və qazi ailələrinə əlavə təhsil kurslarının ödənişsiz təşkil edilməsi üçün Milli Qəhraman Mübariz Qurbanovun adını daşıyan “Reduco” tədris mərkəzinin yerləşdirilməsinə təmənnasız icazə vermişdir və həmin vaxtdan etibarən hal-hazıradək həmin tədris mərkəzində idarəçi qismində fəaliyyət göstərdiyini qeyd etmiş, evin mülkiyyətcisinin verdiyi məlumata əsasən 1975-ci ildən etibarən həmin ərazidə yaşayış təyinatlı tikili mövcud olmuş və həmin dövrdən evin kanalizasiya xəttinin eyni ümumi kanalizasiya xəttinə qoşulduğunu, kanalizasiya sistemində sızma, daşma, çirklənmə və ya zərər faktı aşkar edilmədiyini və onlar tərəfindən həmin evdə fəaliyyət gösrədikləri 2023- 2025-ci illər ərzində evin kanalizasiya sistemi ilə bağlı hər hansı əlavə qoşulma, dəyişmə və ya təmir işlərinin aparılması olmamışdır. Fəaliyyət güstərdiyi təhsil mərkəzinin Azərbaycan Respublikasının Milli X6 adını daşıdığını, təhsil mərkəzinin açılış mərasimində Milli X2rdaşının iştirak etdiyini, eyni zamanda şəhid ailələrinə, qazi ailələrinə və valideyinlərini itirmiş uşaqlara ödənişsiz təhsil verildiyini qeyd etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilən Şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli əlavə yazılı etirazında bildirir ki, barəsində tərtib edilmiş MN №2366905 saylı inzibati xəta haqqında protokol və ona əsaslanan materiallar inzibati məsuliyyətin tətbiqi üçün tələb olunan maddi və prosessual şərtləri təmin etmədiyini, inzibati xəta tərkibinin əsas elementləri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməli və onun barəsində məsuliyyət tədbiri tətbiq edilməməli olduğunu qeyd etmişdir. Şəxs Vələdin qızı inzibati protokol və onun əsasında göndərilmiş bildirişdə göstərilən “qanunsuz qoşulma” iddiası üzrə irəli sürülmüş ittihamlar qanunvericiliyin məzmunu, məqsədi və tətbiq hüdudları baxımından əsaslı olmadığını, mübahisə predmeti olan fərdi yaşayış evin 2011-ci ildə inşa edilmiş, ümumi sahəsi 448,8 kv.m olan 2 mərtəbəli tikili olduğunu qeyd etmişdir. O, həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmadığını, tikinti prosesində, mühəndis-kommunikasiya xətlərinin layihələndirilməsində və icrasında iştirak etmədiyini bildirir. Sonuncu əlavə edir ki, həmin fərdi yaşayış evində yalnız 2023-cü ildən etibarən idarəçi qismində fəaliyyət göstərir. 1975-ci ildən etibarən həmin ərazidə yaşayış təyinatlı tikili mövcud olmuş və eyni ümumi kanalizasiya xəttinə qoşulmuş, kanalizasiya sistemində sızma, daşma, çirklənmə və ya hər hansı zərər faktı aşkar edilməmişdir. Şəxs Vələdin qızı göstərir ki, protokol üzrə ittiham İXM-in 264.0.2-ci maddəsinə əsaslandırılmış, əsas kimi isə mərkəzi kanalizasiya şəbəkəsinə “qanunsuz qoşulma” və şəbəkənin “zədələnməsi” halları qeyd edilmişdir. Sübut kimi foto/video materiallara və xx.xx.2025 tarixli akta istinad olunmuşdur. Sonuncu onu da vurğulayır ki, inzibati məsuliyyətin tətbiqi üçün dövlət orqanı tərəfindən pozuntunun mövcudluğu ehtimal səviyyəsində deyil, inzibati xəta tərkibinin bütün elementləri üzrə konkret və inandırıcı sübutlarla təsdiq edilməlidir. Bu baxımdan, aşağıdakı əsas sualların cavablandırılması tələb olunur: hansı konkret hərəkətin törədildiyi (müdaxilənin mahiyyəti); həmin hərəkətin nə vaxt törədildiyi; hərəkəti kimin törətdiyi (tərkibin subyekti); hərəkətin hansı nəticəyə səbəb olduğu (zədələnmə iddia edilirsə, zərərin faktı, həcmi və səbəbiyyət əlaqəsi). Aynurə Qarayev qeyd edir ki, göstərilən dörd elementdən hər hansı biri aydın və mötəbər sübutlarla təsdiq olunmadıqda inzibati xəta tərkibi tam hesab edilə bilməz və inzibati məsuliyyətin tətbiqi hüquqi əsasdan məhrum olur. Bundan əlavə fəaliyyətin kommersiya məqsədli olmadığını cəmiyyətə və gələcək nəsillərə xidmət məqsədi ilə keçirilən sosial yönümlü bir missiya kimi qəbul olunduğunu və bu kontekstdə iş üzrə hallar qiymətləndirilərkən nəzərə alınmalı olduğunu bildirmişdir. İnzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 7E-14204 nömrəli notorial qaydada təsdiq edilmiş etibarnamə əsasında atası X13 nümayəndəsi qismində çıxış edən X11 izahatında bildirib ki, atası X3 rayonu, Kür qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini X5 2023-cü ildən etibarən qarşılıqlı razılaşma əsasında əvəzsiz istifadə qaydasında vermişdir. Hazırda mövcud olan fərdi yaşayış evinin 2011-ci ildə inşa edildiyini, həmin evin 1975-ci ildən etibarən mövcud olduğunu əvvəlki tikililin yerində yenidən tikildiyini və qeyd olunan daha əvvəlki tikilinin 2010-cu ildə mülkiyyətçi X21 tərəfindən alındığını, yeni bina inşa edilərkən mühəndis-kommunikasiya xətləri, o cümlədən su və kanalizasiya şəbəkəsinə qoşulmanın əvvəlki qaydada saxlandığını qeyd etmişdir. Əlavə olara X13 müvcud qoşulmanın qanunsuz olduğunu bilmədiyini, məsələ ilə bağlı heç bir dövlət qurumundan və ya xidməti təşkilatdan xəbərdarlıq olunmadığını, mövcud vəziyyət barədə məlumat əldə etdikdə dərhal aidiyyəti qurumlara müraciət etdiklərini bildirmişdir. Həmiçinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmə məqsədilə ilə X27 Cəmiyyətinə texniki şərt alınması üçün rəsmi müraciət etdiyini, X27 Cəmiyyəti tərəfindən texniki şərt verilməsi üçün binanın X və Y kordinatlarının təqdim edilməsi tələb olunduğunu, lakin vaxtı ilə daşınmaz əmlaka dair çıxarış və texniki pasport sənədləri tərtib edilərkən kordinatlar sənədlərdə göstərilmədiyini qeyd etmişdir. Bundan əlavə binanın mühəndis-kommunikasiya xətləri, o cümlədən su və kanalizasiya sistemləri mülkiyətçinin sərancamında olduğunu istifadəçi Şəxs həmin sistemlər üzərində hər hansı dəyişiklik etmək hüququnun olmadığını və etmədiyini bildirmişdir. Materiala əlavə olunan ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanınada yerləşən fərdi yaşayış evi X15 məxsusdur. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilən, **********01-10301 reyster nömrəli texniki pasportdan görünür ki, X15 məxsus tikilinin sahəsi 0.03 ha-dır. Materiala əlavə olunan Razılaşdırıma Layihəsində Kür bələdiyyəsinin 28 fevral 2011-ci il tarixli ümumi iclas protokolunun qərarına əsasən 0.03 ha həyətyanı torpaq sahəsində şəxsi yaşayış evinin tikintisinə etiraz olunmadığı qeyd edilmişdir. İXM-nin 264.0.2-cı maddəsinə görə su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 106.0-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmamasını həll edir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Vələdin qızının əməlində heç bir inzibati məsuliyyət yoxdur. Aşkar olunmuş pozuntunun “Reduco” təhsil mərkəzinin yaranmasından əvvəl olduğu və bu pozuntu barədə Şəxs Vələdin qızına Mülkiyyət sahibi yəni X21 tərəfindən məlumat verilmədiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115 VƏ 145-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X9 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə barəsində başlanılmış inzibati xətalar haqqında işə İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ AZ-5700 Şəmkir şəhəri, H.Əliyev prospekti, 2 Tel: (02230) 5-74-07, Faks: (02230) 5-35-24 www.shamkircourt.gov.az Elektron ünvan İş № 3(076)-738/2025 xx.xx.2025-ci il Şəmkir rayon Polis şöbəsinin rəisi, polis polkovnik cənab Nəvai Qasımova surəti: X14 Şəmkir r., Keçili kəndi. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(076)–738/2025 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar “ ” vərəqə Hakim: İlqar Quliyev İş № 3(076)–7382025 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Şəmkir Rayon Məhkəməsi X24 Məsail oğlunun sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi ilə 20 avqust 2025-ci il tarixdə, Şəmkir Rayon Məhkəməsinin binasında X12 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:00-da açılır. Hakim məhkəmə iclasını açaraq hansı işə baxılacağını elan edir. Hakim işə baxılmasında iştirak etmək üçün məlumat verilmiş şəxslərdən kimin məhkəmə iclasında iştirak etmək üçün gəlməsi barədə məlumat vermək məqsədilə məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X17 və Şəmkir Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X18 və Şəmkir Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir Məhkəmə yerində qısa müşavirə edərək, QƏRARA ALİR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 və Şəmkir Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması davam etdirilsin. Hakim iş materiallarını nəzərdən keçirib müşavirəyə gedir. Hakim müşavirədən qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir, ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək qaydasını və müddətini izah edir. Hakim məhkəmə iclasını bağlı elan edir. HAKİM: KATİB:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar