Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-69/2026 26.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: X1 Katib: Rzazadə Leyla Elçin qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayonu, Günəşli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Şəmkir rayonu Yeni-Həyat kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs, xx.xx.2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs ilə sərxoş halda olan atası Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Şəxs arasında yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs qəsdən oğlu Zərərçəkmiş şəxs döyərək sağ gözaltı nahiyənin qançırı ilə nəticələnən, dərəcəsinə görə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs, atası Şəxs tərəfindən döyülməsi ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun kiçik oğludur. xx.xx.2025-ci il tarixdə arvadı X6 qardaşı oğlu X7 ilə arasında olan danışıqları özünə məxsus telefon vasitəsi ilə qeydə aldığı üçün Duman onunla mübahisə edərək ədavət aparmağa başlamışdır. Duman onunla ədavət apardığı üçün bir neçə dəfə barəsində polisə şikayət etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 13:30 radələrində yaşadıqları Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşıyış evinə gələn zaman Cumayənin ona məxsus paltarları yuyaraq özlərinə məxsus paltarlar ilə birlikdə həyətdə olan asqıda asdığını görmüşdür. O,həmin vaxt Cumayəyə əsəbləşib, ona məxsus paltarları yuduğu üçün Cumayəyə öz iradını bildirmişdir və yatdığı otağa daxil olub, mağazadan almış olduğu 1 litr spirtli içki olan arağı yemək yeyərək içməyə başlamışdır. Həmin gün saat təxminən 16:00 radələrində yaşadıqları evdə olan zaman Duman işdən evə gəlmişdir. Duman evdə olan zaman onun ünvanına nalayiq söyüşlər söydüyü üçün o otaqdan çıxıb, Dumana öz iradını bildirib, Dumanın arxasıyca getməyə başlamışdır. Həmin gün saat təxminən 17:00 radələrində evdə olan zaman Duman yenidən evə gəldi. Duman evin həyətində ocağın kənarında dayanan zaman Dumanın yanına gedib, nalayiq söyüşlər söydüyü üçün Dumana öz iradını bildirmişdir. Duman həmin vaxt yenidən ünvanına nalayiq söyüşlər söymək istədiyi üçün sağ əlinin arxa nahiyəsi ilə bir dəfə Dumanın sifət nahiyəsinə zərbə vurdu. O, Dumanı vurduqdan sonra yaşadıqları evə daxil oldu və yatdığı otağın qapısını arxadan kilidləmişdir. Həmin vaxt spirtli içki qəbul edib sərxoş vəziyyətdə olduğundan Dumana xəsarət yetirdiyini xatırlamır. Odur ki məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, atası onunla mütəmadi mübahisə edərək münaqişə yaradır. xx.xx.2025-ci il tarixdə saat təxminən 17:45 radələrində evə daxil olan zaman atası sərxoş halda olduğu üçün heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüş söymüşdür. O isə atasına irad bildirdiyi üçün atası əlinə ağac parçası alaraq arxasınca düşdü. Həmin gün saat təxminən 20:00 radalərində yenidən yaşadıqları evə daxil olan zaman atası onu görüb, qəflətən bir dəfə yumruq ilə sağ gözünün alt nahiyəsinə zərbə vurdu. Atası həmin vaxt spirtli içki qəbul etmişdir, buna görə yenidən mübahisə böyüməməsi üçün evdən getmişdir. Hazırda şikayətçidir məhkəmədən atasının barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan, 06 yanvar 2026-cı il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, daxil olmuş müraciət əsasında Şəmkir RPŞ-də ilkin yoxlama aparılmış və Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin xx.xx.2026-cı il tarixli, 08 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, ekspert rəyini və tədqiq edilmiş digər sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə iclasında şəxslərin izahatından görünür ki, Şəxs hadisə törədən zaman spirtli içki qəbul etmişdir, lakin, onun məhz həmin vaxt sərxoş vəziyyətdə olmasını əks etdirən sərxoşluq vəziyyətinin müayinəsinə dair heçbir material əlavə edilməmişdir. Buna görə də, İXMnin 33.1.7-ci maddəsindəki ağırlaşdırıcı hal nəzərə alınmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 26 yanvar 2026-cı il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(5-159)-69/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-69/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver