Məhkəmə qərarları › İş №3(5-159)-7/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-7/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-7/2026 15.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X6 Şikayətçi: X7 iştirakları ilə Şəmkir rayon X28 Yol Polisi bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir rayon X28 Yol Polisi bölməsinin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X12 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Polis X2 tərəfindən protokolda deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1968-ci ildə anadan olmuş ünvan 1i ünvanında qeydiyyatda olan və inzibatı xəta haqqında iş üzrə icraat aparılan mənim yəni onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TXP ******* nömrəli protokola və inzibatı xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edildi ki, onun xx.xx.2025-cı il tarixində saat 11:15-də Şəmkir rayonu Qədimqala yolunda QAZ 3110 MİNİK markalı, 10KD212 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə və Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə AR-nın İXM-nin 329.1-333.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir və o, AR-nın İXM-nin 329.1-333.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Onu da qeyd edir ki, o, sərxoşluq barəsində müayinədən keçmişdir və aydın olub ki, o, sərxoş olmamışdır. Odur ki, bütün bunlara əsasən məhkəmədən Şəmkir rayon X28 Yol Polisi bölməsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqqında qərarı qanunsuz olduğundan ləğv edilməsini və barəsində İXM-nin 329.1 və 333.1–ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X12 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə idarə etdiyi QAZ 3110 minik markalı **- KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə idarə etdiyi QAZ 3110 minik markalı **- KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protkolundan görünür ki, X7 qanında alkoqol vasitə aşkar edilməmiş və o, 16.12. 2025-ci il tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş və baxış keçirilən zaman məlum olmuşdur ki, 01 dəqiqə 36 saniyə ərzində olan görüntüdə polis əməkdaşı alkotester vasitəsilə X1 vəziyyətini müayinə edir, müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının 0.3 promilldən artıq olması deyilir, bundan başqa, Rövşən Niyazov özü həqiqətən alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olduğunu etiraf edir və bir daha belə hallara yol verməyəcəyini və tibbi müayinəyə getmək istəmədiyini bildirir. Məhkəmə tərəfindən videogörüntüyə baxış həyata keçirilməsindən sonra, Zirəddin Mövlayev özü də həqiqətən həmin zaman sərxoş olduğunu və polis əməkdaşlarına sərxoş olması barədə deməsini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin: 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333.1-ci maddəsinin “Qeyd” hissəsi: Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. 3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. 3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək və s. hüquqları vardır: Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normalardan göründüyü kimi, sərxoşluq vəziyyəti yoxlanıla sürücü sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır.Həmçinin aparılmış tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Lakin iş materiallarından görünür ki, sürücü müayinə olunan şəxs X12 ilkin olaraq polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrlə aparılmış yoxlamanın nəticəsi ilə razılaşmış və içkili olduğunu özüdə təsdiq etmişdir. Bundan əlavə iş materiallarından aydın olur ki, şəxs 16 dekabr 2025-ci il tarixdə müayinədən keçərkən inzibati orqanın nəzarəti altında olmamışdır. Odur ki, məhkəmə sübutlara qiymət verərək belə qərara gəlir ki, şikayətçi X7 məhkəməyə təqdim etdiyi 16 dekabr 2025-ci il tarixli, 5269/2025 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair protokolu İnzibati Xətalar Məcəlləsinin müddəlarına uyğun şəkildə əldə edilmədiyindən subut növü kimi qəbul edilə bilməz. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X7 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəmkir rayon X28 Yol Polisi bölməsinin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Şəmkir rayon X28 Yol Polisi bölməsinin vəzifəli şəxsinin X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri ilə xx.xx.2025–cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X7 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Şəmkir rayon X28 Yol Polisi bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hakim: Nazlı Heydərova İş № 3(076)-17/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 17 yanvar 2025-ci il Şəmkir rayonu Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Barəsində qərar çıxarılmış: X14 Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin nümayəndəsi, X8 iştirakları ilə Şəmkir rayon X28 Yol Polisi bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:20–də açılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılası işi elan edir. Sədrlik edən məruzə etmək üçün məhkəmə iclasının katibinə söz verdi. Məhkəmə iclası katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində qərar çıxarılmış şəxs X22 və qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin nümayəndəsi X16 gəlmişlər, məhkəmə iclas zalındadırlar. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən inzibati xəta haqqında işə hakim Heydərova Nazlı Azər qızı tərəfindən baxıldığını elan edir və hakimə etiraz etmək hüquqlarını və etiraz etmək üçün bu Məcəllənin 107-cı maddəsində nəzərdə tutulmuş əsasları izah edir və proses tərəflərindən Sədrlik edənə, eləcə də məhkəmə iclas katibinə etirazlarının olub olmamasını soruşur. Proses tərəfləri hakimə və iclas katibinə qarşı etirazlarının olmadığını bildirdilər. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini yoxlayır: Barəsində qərar çıxarılmış şəxs: X22 xx.xx.1997-ci ildə Ağsu rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağsu rayonu, İlxıçı kəndində qeydiyyatda olmaqla yaşayır. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin nümayəndəsi: X16 Şəmkir rayon X28 yol polis bölməsi yol-patrul xidməti baş inspektoru vəzifəsində çalışır. Sədrlik edən barəsində qərar çıxarılmış şəxs X17 onun Azərbaycan Respublikası İXM-nin 112.1.5-ci maddəsinə əsasən İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Barəsində qərar çıxarılmış şəxs X22 hüquq və vəzifələrinin ona tamamilə aydın olduğunu bildirir. Sədrlik edən proses iştirakçılarından hər hansı vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən şikayəti elan edir. Sədrlik edən öz şikayətini əsaslandırması üçün şikayətçi X5 verir. Barəsində qərar çıxarılmış şəxs X14 izahatı: - Mənə məxsus HUNDAİ Sonata markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2024-cü il tarixdə idarə edərkən yol polisi əməkdaşları mənim xarici işıq cihazlarından düzgün istifadə etmədiyim üçün saxlamışlar, daha sonra isə polislər mənə alkotester vasitəsilə sərxoşluq vəziyyətinin yoxlanılacağını bildirmişlər və yoxlama zamanı sərxoş olmağımı aşkar etmişlər, lakin, alkotester in nəticəsini əks etdirən qəbzi və aktı mənə təqdim etməmişlər, daha sonra avtomobili yol polisinə məxsus duracağa gətirmişlər, lakin mənim barəmdə iştirakım ilə protokol tərtib edilməmişdir, bir müddətdən sonra mobil nömrəmə cərimə olunmağım ilə bağlı mesaj gəlmişdir. 400 manat məbləğində cərimə olunmuşam. Barəmdə tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edirəm. Sədrlik edənin sualına cavab: -Barəmdə tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edirəm. -Məhkəmədən Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Əlavə sual olmadı. Sədrlik edən izahat vermək üçün sözü qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsinə verir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin nümayəndəsi X8 izahatı: - X14 xx.xx.2024-cü il tarixdə, saat 00:40 radələrində Şəmkir şəhəri H.Aslanov küçəsində HUNDAİ Sonata markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin sürücüsünün xarici işıq siqnallarından düzgün istifadə etmədiyini aşkar edilmişdir. Daha sonra sürücü saxlanılmış, ona özümü təqdim etmişəm və daha sonra sürücünün sərxoş vəziyyətdə olmasına dair şübhə yarandığından, sürücü X18 alkotester vasitəsilə müayinəyə dəvət etmişəm, o da etiraz etməmiş, alkotesteri üfürmüş, müayinə nəticəsində onun qanında alkoqolun konsentrasiyasının 0,3 promildən artıq olması müəyyən edilərək, onun sərxoş olması təsdiq edilmişdir. Bundan sonra sürücünün idarə etdiyi nəqliyyat vasitəsi duracağa gətirilmiş, özü isə yol hərkətindən kənarlaşdırılmışdır. Onun barəsində protokol tərtib edilərək qanuni qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə 400 manat məbləğində cərimə edilmişdir. X14 Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsini xahiş edirəm. Sədrlik edənin sualına cavab: - X22 alkotestr yoxlamasından keçirilikdən sonra onun sərxoşluq dərəcəsinin 0.358 promil olduğu müəyyən olundu. - X22 alkotestr yoxlamasının nəticəsinə etiraz etmədi, bu səbəbdən də X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edildi. Əlavə sual olmadı. Sədrlik edən materialda olan sənədlərə tərəflərin iştirakı ilə baxış keçirir. Sədrlik edən işdə iştirak edən şəxsdən məhkəmə araşdırmasını daha nə ilə tamamlamağı arzu etdiyini və bununla bağlı hər hansı vəsatətlərinin olub-olmadığını soruşur. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin nümayəndəsi X16 işlə bağlı sübutu olduğunu bildirir, inzibati xəta haqqında protokolu, avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə akt sənədlərini və CD-R diskini məhkəməyə təqdim edir. Sədrlik edənin göstərişi ilə CD-R diskində olan video görüntüyə məhkəmə iclasında baxılır və müzakirə olunur. Sədrlik edənin təklifinə cavab olaraq barəsində qərar çıxarılmış Mərdan Məmmədli tərəfindən hər hansı vəsatət daxil olmadı. Bundan sonra Sədrlik edən məhkəmə çıxışlarına başlandığını elan edir və çıxış üçün barəsində qərar çıxarılmış şəxs X5 verir. Barəsində qərar çıxarılmış şəxs X22: - Barəmdə tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edirəm. Sədrlik edən çıxış üçün qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin nümayəndəsi: X4 verir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin nümayəndəsi: X16: X14 Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Protokol 17 yanvar 2025-ci il tarixdə tərtib edilmişdir. HAKİM: KATİB: İş №3(006)-3265/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 11 noyabr 2021-ci il Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi X33 Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X19 iştirakı ilə Bakı şəhər X36 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 11:05-də açır və baxılacaq şikayəti elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına şikayət verən şəxs gəlmiş, rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi isə gəlməmişdir. Sədrlik edən proses iştirakçısına əvvəlki iclasın qərarı qəbul etmiş qurumun nümayəndəsi tərəfindən sübut təqdim olunması üçün təxirə salındığını xatırladır və ondan nümayəndənin iştirakı olmadan şikayətə baxılmasının mümkün olub-olmaması barədə soruşur. Şikayət verən şəxs: Xahiş edirəm işə baxılsın. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Şikayətə qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən şikayət verən şəxsdən hər hansı vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən şikayət verən şəxsdən əlavə və vəsatətlərin olub-olmaması haqqında soruşur. Əlavə və vəsatətlər daxil olmadı. Sədrlik edən məhkəmə araşdırmalarının başa çatdığını elan edir. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını elan edir. Şikayət verən şəxs: Barəmdə əsassız qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 11:15-də bağlı elan olunur. Protokol 11 noyabr 2021-ci il tarixdə tərtib edilmişdir. Hakim Babək Pənahov Katib Emin İsmayılov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ __________________ AZ 1102, Bakı şəhəri Tel.: (+99412) 431-26-53 A.Məhərrəmov küçəsi, 15 Faks: (+99412) 431-26-53 https://courts.gov.az/az/nasimi Elektron ünvan 11 noyabr 2021-ci il № 3(006)-3265/2021 Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs: X10 (Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 54, mənzil 75) Qərarından şikayət verilən səlahiyyətli orqan: Bakı şəhər X36 İdarəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 3(006)- 3265/2021 saylı qərarı məlumat üçün göndərilir. Qoşma: 02 vərəq, 01 nüsxə Hakim Babək Pənahov İş №3(006)-3265/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 03 noyabr 2021-ci il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi X33 Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X19 iştirakı ilə Bakı şəhər X36 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 15:00-da açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına şikayət verən şəxs və qərarı qəbul etmiş qurumun nümayəndəsi gəlmişlər. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyən edir və səlahiyyətini yoxlayır. Qərarı qəbul etmiş qurumun nümayəndəsi: X21 – xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsində Yol nəqliyyat hadisələri üzrə inspektor işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m, ev 272G-da qeydiyyatda olan Şikayət verən şəxs: X20 – xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 5JG7LCU), subay, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 54, mənzil 75-də qeydiyyatda olan Sədrlik edən hakimi elan edir və kimin məhkəmə iclasının katibi qismində iştirak etdiyini bildirir. Hakim: Pənahov Babək Əkbər oğlu Məhkəmə iclasının katibi: X25 Proses iştirakçılarına hakimə və katibə etiraz etmək hüququ və etiraz etmək üçün qanunla nəzərdə tutulmuş əsaslar izah olunur. Etiraz daxil olmadı. Sədrlik edən proses istirakçılarına hüquq və vəzifələrini izah edir. Qərarı qəbul etmiş qurumun nümayəndəsi: Hüquq və vəzifələrim mənə aydındır. Şikayət verən şəxs: Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən proses iştirakçılarından vəsatətinin olub-olmaması haqqında soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən şikayəti elan edir. Sədrlik edən izahat vermək üçün sözü şikayət verən şəxsə verir. Şikayət verən şəxsin izahatı: Bakı şəhər X36 İdarəsinin yol patrul xidməti inspektoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarla mən İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişəm. Həmin qərar qanunsuz və əssasızdır. Ona görə ki, bu qərarın qəbul edilməsinə əsas olmuş İXP ******* saylı inzibati xəta haqqında protokola görə guya mən xx.xx.2021-ci il tarixdə, saat 11:10da “Chevrolet Malibu minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən mobil telefonu əlimdə saxlamaqla istifadə etmişəm. Mənim qeyd olunan tarixdə və yerdə əlimdə telefon saxlamaqla nəqliyyat vasitəsini idarə etməyim ilə bağlı göstərilənlər həqiqətə uyğun deyil. Protokolda göstərilən tarixdə və yerdə nəqliyyat vasitəsini idarə edərkən mən heç bir qayda pozmadığım halda, polis əməkdaşı məni saxladı və nəqliyyat vasitəsini idarə edərkən qaydalara əməl etmədiyimi bildirdi. Mən polisdən hansı qaydanı pozduğumu soruşduqda, mənim telefondan istifadə etdiyimi bildirdi. Lakin mnəim telefonumun avtomobilə “bluetooth” vasitəsilə qoşulu olduğunu və gələn zəngləri sükanda olan düymələr vasitəsilə idarə etdiyimi, hətta kamera görüntülərinə baxıldığı təqdirdə əlimdə telefon saxlamaqla danışmadığımı müəyyən olunacağını bildirsəm də, polis buna ehtiyac olmadığını dedi. Mən polisdən dəfələrlə kamera görüntüsünə baxılmasını tələb etsəm də, bunun bir nəticəsi olmamış, barəmdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mən də etiraz edib həmin protokolu və müvafiq qərarı tələb edib şikayət edəcəyimi bildirdim, bu zaman polisin mənim haqlı olduğumu görüb barəmdə heç bir qərar qəbul etməyəcəyini düşündüm. Lakin bir müddət sonra avtomobili idarə edərkən polis məni saxlayıb ödənilməmiş cəriməm olduğunu bildirdi. Sədrlik edənin sualına cavab: Bəli, telefonum maşında “bluetooth” tətbiqinə qoşuludur, əlimdə telefon olmayıb. Sədrlik edən izahat vermək üçün sözü qərarı qəbul etmiş qurumun nümayəndəsinə verir. Qərarı qəbul etmiş qurumun nümayəndəsinin izahatı: Ayxan Məmmədov tərəfindən verilmiş şikayət tam əsassızdır. Belə ki, o, Bakı şəhər X36 İdarəsinin yol patrul xidməti inspektoru Vasif Əlimuradov tərəfindən saxlanılarkən avtomobili idarə edən zaman əlində telefondan istifadə etdiyini şəxsən özü etiraf etmişdir. A.Məmmədov “bluetooth” tətbiqi ilə qoşulu olduğunu desə də, saxlanıldıqda telefonu əlində olmuşdur. Şikayətin rədd edilməsini xahiş edirəm. Sədrlik edənin sualına cavab: Ayxan Məmmədov idarə etdiyi avtomobillə yol patrul xidməti inspektoru V.Əlimuradov tərəfindən iki dəfə saxlanıldıqda əlində telefon olub. Bəli, növbəti məhkəmə iclasında bununla bağlı sübutları təqdim edə bilərəm. Sədrlik edən vəsatətlə bağlı şikayət verən şəxsin fikrini soruşur. Şikayət verən şəxs: Sübutun təqdim edilməsi üçün iclasın təxirə salınmasına etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Məhkəmə iclası xx.xx.2021-ci il tarixə, saat 11:05-ə təxirə salınsın. Məhkəmə iclası saat 15:15-də bağlı elan olunur. Protokol 03 noyabr 2021-ci il tarixdə tərtib olundu. Hakim Babək Pənahov Katib Emin İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar