Məhkəmə qərarları › İş №3(5-159)-89/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-89/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-89/2026 18.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şikayətçi: X2 iştirakı ilə İnzibati xəta haqqında qərar qəbul etmiş şəxs: X8 iştirakları ilə Şəmkir rayon Polis şöbəsinin X17 bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsinə və iş üzrə inzibati icraata xitam verilməsinə dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Polis şöbəsinin 24 sentyabr 2025-cı il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə mən X4 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməyi ilə bağlı qərar qəbul edilməsi üçün Şəmkir rayon X18 Bölməsinə inzibati tənbeh vermə barədə qərar qəbul edilməsi üçün göndərilmişdir. Şəmkir rayon X18 Bölməsi tərəfindən barəmdə AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməyi barədə 2025-ci 11 tarixdə qərar qəbul edilmişdir. Aşağıdakılar görə hesab edir ki, X17 Bölməsinin qərarında onun barəsində inzibati xətaya dair təqsirli bilinməsiylə bağlı Polis Bölməsinin gəldiyi nəticə əsassızdır. Beləki, Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında Şəmkir rayon Polis şöbəsi göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o idarə etdiyi VAZ-2107 markalı, 90-F.G-658 dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayon ərazisindən Çinarlı istiqamətində hərəkətdə olarkən qarşısında VAZ-21154 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkətdə olarkən onun ötmə əməliyyatı aparan zaman qəza törətmişdir. Lakin əslində hadisə həmin avtomobili idarə edən X9 hərəkətlərində Yol hərəkəti haqqında qanunun tələblərinin pozulması nəticəsində yaranmışdır. Beləki, o, qeyd olunan avtomobilin arxasınca hər ikisi yolun sağ tərəfi ilə hərəkətdə olan zaman həmin avtomobili idarə edən Elfaq Aslanov tormuzlama etmiş bu zaman həmin avtomobillə onun arasında məsafə olmuş, o, avtomobilin tormuzlama etməsini gördüyündən sola ötmə əməliyyatı aparmaq üçün sayrışan işığını yandırmaqla avtomobili ötərkən Elfaq Aslanov yolun sağ istiqamətindən yolun sol istiqamətinə yəni onun yoluna çıxaraq və heç bir sayrışan işıqdan istifadə etməməklə anidən sola dönmə aparan zaman onun avtomobilin onun sürücü tərəfindən olan hissəsi ilə toqquşmuşdur. Həmçinin qərarda göstərilir ki, guya avtomobildə Elfaq Aslanovun anasıda avtomobildə olmuş və xəsarət almışdır. Lakin avtomobildə sürücü Elfaq Aslanov tək olmuş və Elfaq Aslanovun anası avtomobilin döndüyü soğalnlıq adalan əkin sahəsindən qəza baş verən əraziyə yaxınlaşmışdır. Yol hərəkəti qaydalarını o deyil Elfaq Aslanov, dönmə, manyovur etmə qaydalarını və sayrışan istifamətdən istifadə etməyərək pozmuşdur. Bununla bağlı hadisə yerinin müayinəsi protokolu tam olaraq araşdırılmalıdır. Göstərdikləri ilə bağlı hadisə zamanı yanında olmuş şahid X6 dindirilərək ifadəsinin, tədqiq edilməsi və ona baxılması zəruridir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X5 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edərək, barəsində tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşı polis mayoru X13 izahatında bildirdi ki, hadisə zamanı sürücü yol şəraitini və hava şəraitini nəzərə alaraq arada məsafə saxlamalı idi. Ancaq sürücü X5 idarə etdiyi VAZ-2107 markalı, **-FG-*** nömrə nişanlı avtomobillə Şəmkir rayonu, Çinarlı qəsəbəsi istiqamətində hərəkətdə olarkən onunla eyni hərəkət istiqamətində və ön tərəfdə hərəkətdə olan sürücü X9 idarə etdiyi VAZ 21154 markalı, **-CX-*** nömrə nişanlı avtomobil sola dönərək sola dönmə əməliyyatını yerinə yetirən zaman onunla lazımi ara məsafəsi saxlamaması səbəbindən sol arxa tərəfindən vuraraq toqquşmuşdur. X11 şikayət verdiyi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat cərimə edilmiş və həmin cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 24 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rəd edilməsi haqqında qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarına əlavə edilən X3 görünür ki, X12 cəriməni ödəmişdir. Məhkəmə şikayətçinin qərarı tərtib etmiş şəxsin izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Həmçinin şikayətçi şikayət verdiyi qərarla bağlı cəriməni ödəmişdir. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ– nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə,Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, Səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu İlə nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar