Məhkəmə qərarları › İş №3(5-159)-93/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-93/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-93/2026 16.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Cəfərova Aygün Musa qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 327.1-ci və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Şəmkir-Kür qəsəbə yolunda çıxarkən yol nişanının tələbini pozub, Şəmkir-Kür qəsəbə yolunda hərəkətdə olan “BMW” markalı **-BS-*** nömrəli avtomaşınla toqquşub, hadisə zamanı “BMW” **-BS-*** nömrəli avtomaşının sürücüsü Zərərçəkmiş şəxs Bəşir oğlu yüngül bədən xəsarəti alıb. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək öz izahatında bildirdi ki, "xxxx" ASC-nin Gəncə Qərb RETSİ-də sürücü vəzifəsində işləyir. ZİL 130 80 markali, **- AE-*** dövlət nömrə nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi "xxxx" ASC-yə məxsusdur, həmin nəqliyyat vasitəsini "yük avtonəqliyyatı üçün yol vərəqi əsasında idarə edir. Həmçinin onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 28 oktyabr 2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi ZİL 130-80 markalı, **-AE-*** dövlət nömrə nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə Şəmkir rayonu Mahmudlu kəndi ərazisində olan zaman Şəmkir-Kür avtomobil yoluna çıxaraq Şəmkir şəhəri istiqamətinə getmək məqsədi ilə yol ayrıcında dayanmışdır. Həmin vaxt Şəmkir-Kür avtomobil yolunda Kür qəsəbəsi istiqamətində avtobus dayanacağında dayanmış avtobusun arxa tərəfindən yolun hərəkət hissəsinə baxaraq yolun sağ və sol tərəfindən heç bir nəqliyyat vasitəsinin gəlmədiyini gördükdən sonra Şəmkir-Kür avtomobil yoluna çıxıb Şəmkir şəhəri istiqamətinə doğru təxminən 2-3 metr məsafə qət etmişdir. Bu zaman Şəmkir-Kür avtomobil yolunda ondan arxada onunla eyni istiqamətdə yüksək sürətlə hərəkətdə olan BMW markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi ZİL 130 80 markalı, **-AE-*** dövlət nömrə nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsinin sağ arxa tərəfinə çırpılmışdır. Toqquşmadan sonra BMW markalı, 99- BS-950 dövlət nömrə nişanlı avtomobil toqquşma yerində qalmışdır. O, isə idarə etdiyi nəqliyyat vasitəsini toqquşma yerindən bir qədər qabağa hərəkət etdirərək yolun kənarında saxlamışdır. Yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi nəqliyyat vasitəsində sərnişin qismində heç kim olmamış və yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Həmçinin yol nəqliyyat hadisəsi zamanı BMW markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisədən əvvəl o, spirtli içki qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. Hazırda o, zərərçəkmişlə barışmış, onun heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şəmkir Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, İnzibati xəta haqqında protokola Şəmkir Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X1 məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, o, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi dair inzibati iş üzrə zərərçəkmiş şəxsdir. Ona dəymiş ziyan Şəxs tərəfindən təmamilə ödənilmişdir. Maşına dəyən ziyan isə sığorta tərəfindən ödəniləcəkdir. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Odur ki, inzibati xəta törətmiş şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibai xətanı törətmiş və onun əməli iş materiallarında olan sənədlərlə tam təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, inzibati xətanın izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, inzibati xətanın törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və hadisə yeri protokolda ətraflı təsvir edilməklə protokolda müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan təhqiqatçı tərəfindən tərtib edilmiş sxemdən görünür ki, Şəmkir-Kür qəsəbəsi yolunun baş verən hadisə zamanı nəqliyyat vasitələrinin hərəkət istiqaməti, toqquşma yeri sxemdə aydın şəkildə əks olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzən görünür ki, Şəxs müayinə zamanı onun sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1031 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlə dodağın kayma hissəsinin əzilmiş yarası, sağ əlin İİİ və İV barmaqlarının arxa səthinin sıyrıqları, küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 28 oktyabr 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 8/2805 nömrəli ekspertiza rəyindən görünür ki, ZİL 130 80 markali 50AE416 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş; BMW 3201 markalı 99BS950 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 28 oktyabr 2025-ci il tarixdə saat 16 radələrində Şəxs B1, B, C1, C kateqoriyalı, BC100693 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi ZİL 130 80 markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində olan ikinci dərəcəli torpaq yoldan hərəkət edib Şəmkir-Kür avtomobil yoluna çıxan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş tələbi pozaraq ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olması barədə tələbi pozaraq yolayrıcına daxil olmuş, eləcə də həmin vaxt baş yolda hərəkət edən digər sürücü Zərərçəkmiş şəxs B1, B, C1, C kateqoriyalı, BD600845 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi BMW 320i markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş tələbi pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etmiş, həmin səbəbdən avtomobillər toqquşmuşdur. Hadisə zamanı BMW 3201 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL xəsarət almışdır. Belə olan halda ZİL 130 80 markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş tələbi pozaraq yol nəqliyyat hadisəsi törətməsi nəticəsində BMW 320i markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL xəsarət alması səbəbindən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Bundan başqa qeyd olunan hadisə zamanı BMW 320i markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs "Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş tələbi pozduğundan əməlində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinin tərkibi yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 321.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətlədirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Bundan başqa məhkəmə qeyd edir, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar