Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-99/2026 02.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz оğlunun sədrliyi, Əmiraslanova Esmira Sarif qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs Şəmkir rayon PŞ-nin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir rayon PŞ-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 01 fevral 2026-cı il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə küçədə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir rayon PŞ-nin sahə rəisi X9 məhkəmə iclasında bildirdi ki, Şəxs barəsində inzibati xıta haqqında protokol raport əsasında tərtib edilmiş, hadisə vaxtı orada olmamış və hadisəni görməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə Qazax rayonundan yas mərasimindən gələrkən, Şəmkir rayon ərazisində yerləşən postda onları saxlamışlar, BDYPİ-i tərəfindən avtomobildə əlavə konstruksiyanın olmasını bildirmişlər. Onlar, avtomobildən düşərək, avotomobilə baxış keçirilməsinə icazə vermişlər. Avtomobili yoxlayan zaman heçnə tapmayıblar. Həmin vaxt o, heç bir nəlayiq ifadələr işlətməmiş, polislərə heç bir müqavimət göstərməmiş, onların tələbinin qanuni olduğunu düşünərək onlara tabe olmuşdur. Sonda Şəxs göstərilənlərə əsasən təqsiri olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 ifadəsində bildirdi ki, hüquqlarını müdafiyə etdiyim şəxs Qazaxdan uzun yol gələn zaman yol polisləri vətəndaşı saxlayaraq çox avazlı səs siqnalının olduğunu bildirirlər və Yol Patrul Xidməti geyimsiz, vəsiqəsiz, protokolsuz yoxlayır və vətəndaşa deyir ki, məni niyə çəkirsən vətəndaş da deyib ki mən səni çəkmirəm. Şəxs göstərilənlərə əsasən təqsiri olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şəmkir rayon PŞ-nn DYPX-nin əməkdaşı X4 ifadəsində bildirdi ki, vətəndaşı çəkilş apardığını gördük və o şəxsə xidmətə mane olduğunu, şəxsə çəkilişi niyə çəkdiyini demişdir. Vətəndaş söyüc söyməyə və nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar vətəndaşa polisin göstərişinə tabe olmağı tələb etmişlər, vətəndaş isə vəkilinin olduğunu və onun gəlməsini tələb etmişdir. Məhkəmə iclasında dindirilən şahid X3 və X7 məhkəmə iclasında şahid X1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Mercedes Benz G63 AMG markalı dövlət qeydiyyatı nişanlı 90 - DO-777 olan nəqliyyat vasitəsi nəzarət yoxlama qaydasında saxlanılıb sürücüyə özünü təqdim etdikdən sonra sənədlərinə baxış keçirilən zaman sərnişin qismində əyləşən sonradan adı onlara sonradan məlum olan Şəxs onların sürücü ilə ünsiyyətinə maneçilik törətmiş onu nizam intizama dəvət etmişlər həmin zaman əlindəki mobil telefonu ilə onları çəkməyə başlamış həmin şəxsi avtomobillərinə dəvət etmiş həmin şəxs yüksək səs tonu ilə nalayiq ifadələr işlətməyə başalamış, o bu qanunsuz əməllərini davam etdirdiyi üçün xitdəmti avtomobil ilə aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş inzibati tutma protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə 16:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin izahatından və şahidlərin izahatlarından məlum olur ki, Şəxs hadisə vaxtı o, heç bir nalayiq ifadələr işlətməmiş, polislərə heç bir müqavimət göstərməmiş, onların tələbinin qanuni olduğunu düşünərək onlara tabe olmuşdur. Eyni zamanda iş materiallarında Şəxs ictimai qaydanı pozması barədə hər hansı mötəbər sübut müəyyən edilmir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Digər tərəfdən polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən Şəxs polis əməkdaşının qanuni tələblərinə məhəl qoymaması ilə bağlı məhkəməyə hər hansı başqa sübut təqdim edilməmiş, həmçinin məhkəmə iclasında iştirak edən şahidlər Amin Heydərovun polisə tabe olmamasını, səs-küy salmasını təsdiq etməmişlər. Bu halda məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsdən bu hərəkətlərini etmədiyini sübut etməsini tələb etmək təqsirsizlik prezumpsiyasına ziddir. Bu baxımdan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın da tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallarla Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin mövcud olması sübuta yetirilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(5-159)-99/2026
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-99/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver