Məhkəmə qərarları › İş №3(5-160)-10/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-160)-10/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(5-160)-10/2026 12.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31805083 nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31805083 nömrəli elektron qərarı ilə 40 manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31805083 nömrəli elektron qərardan şikayət verərək qərarın ləğv edilməsi və əsassız yazılmış inzibati cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatət verərək şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə X2 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31805083 nömrəli elektron qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31805083 nömrəli elektron qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması vəsatəti təmin edilmədiyindən, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31805083 nömrəli elektron qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 130.2ci maddələrini rəhbər tutub, qərara aldı: X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31805083 nömrəli elektron qərarından verilmiş şikayət geri qaytarılsın. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar