Məhkəmə qərarları › İş №3(5-160)-14/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-14/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-14/2026 14.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynova Mədinə Ceyhun qızının katibliyi Protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti 4 saylı X2 aparıcı məsləhətçi-müfəttiş X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, ali təhsilli, subay, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə Azərbaycan Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, inzibati araşdırma zamanı öz etirazlarının bildirilməsi üçün 7 yanvar 2026-cı il tarixdə inzibati orqana dəvət edilmiş, lakin oraya getmiş olsa da ona məlum olmuşdur ki, məhkəmə orqanları tərəfindən yenidən araşdırılması üçün göndərilmiş materiallar və müvafiq protokol yenidən baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Buna etiraz etməsinə baxmayaraq onun fikirlərinə məhəl qoymamış və öz etirazlarını məhkəməyə bildirilməsi qeyd edilmişdir. Hazırda onun barəsində tərtib edilmiş protokoldan konkret olaraq məlumatı yoxdur. İşin faktiki hallarına gəldikdə isə onun iaşə obyekti olaraq işlətdiyi “Sahil” kafesi 2004-cü il tarixdə özəlləşdirilmişdir. Həmin obyekt 1964-cü ildən işləyir. Şanbo da elə həmin vaxtdan mövcuddur. Hətta o, şambonu yenidən bərpa etmişdir. Şanbodan su sızıntılarının olması, habelə protokolda qeyd edilmiş hallar barədə onun iştirakı olmadan akt və protokol tərtib edilmişdir ki, o, həmin protokol üzrə özünü təqsirli bilmir. Protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti 4 saylı X2 aparıcı məsləhətçi-müfəttiş X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, Şirvan şəhərində Kür çayının sahilində yerləşən “Sahil” kafesində formalaşan maye tullantılarının toplanması üçün kafenin yaxınlığında, yəni, mühafizə bəndi ilə çayın məcrası arasında qalan boş ərazidə maye tullantılarının toplanması üçün şambo inşa edilmişdir. Bu isə Su Məcəlləsinin 83-cü maddəsinin, eyni zamanda Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarının tələblərinə ziddir. Aşkar edilmiş xəta ilə bağlı Şəxs barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan şəhəri İ.Qayıbov istirahət və mədəniyyət parkı yaxınlığında Kür çayının sahilində fəaliyyət göstərən “ Sahil” kafesinin sahibi Şəxs tərəfindən Kür çayının məcrasında şambo inşa edilmiş, bununla da “Su Məcəlləsinin” 82-ci maddəsinin tələblərinin pozulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti 4 saylı X2 xx.xx.2025-ci il tarixli 000856 saylı aktdan görünür ki, 4 saylı X2 15 sentyabr 2025-ci il tarixli 28 nömrəli sərəncamına əsasən “Su Qanunvericiliyi” ni rəhbər tutaraq Şirvan şəhəri İ.Qayıbov istirahət və mədəniyyət parkı yaxınlığında Kür çayının sahilində fəaliyyət göstərən “ Sahil” kafesinin maye tullantılarının Kür çayına axıdılması ilə bağlı daxil olmuş müşahidə məlumatı araşdırılmış, araşdırma zamanı əraziyə baxış keçirilmişdir. Keçirilən baxış zaman sözügedən obyektin maye tullantılarının Kür çayının məcrasında inşa edilmiş şamboya axıdılması və həmin şambodan su sızıntısı olduğu müşahidə olunmuşdur. Sözügedən şambonun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı qərarına zidd inşa olunduğu müəyyən olundu. Müəyyən olunmuş halla bağlı “Sahil” kafesinin sahibi Şəxs izahat verərək şamboya obyektdə formalaşan tullantı sularını axıtdığını və şambounun standartlara uyğun olduğunu qeyd etdi. Bununla da şambonun Azərbaycan Respublikası “Su Məcəlləsinin” 82-ci maddəsinin və Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarının tələbləri pozulduğu müəyyən olundu. Akta ərazidən çəkilmiş fotoşəkillər və toplanmış məlumatlar əlavə olunmuşdur. Akt 4 saylı X2 aparıcı məsləhətçi-müfəttişi Zamin Səmədov və “Sahil” kafesinin sahibi Şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan şəhəri İ.Qayıbov istirahət və mədəniyyət parkı yaxınlığında Kür çayının sahilində fəaliyyət göstərən “ Sahil” kafesinin sahibi Şəxs tərəfindən Kür çayının məcrasında şambo inşa edilmiş, bununla da “Su Məcəlləsinin” 82-ci maddəsinin tələblərinin pozulmuşdur. Eyni zamanda NK-in xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarının 22-ci bəndinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin mövqeyində qeyd edilmişdir ki, inzibati xəta haqqında protokol natamamdır, işin materiallarına əlavə edilmiş sənədlərlə “şambodan su sızıntısı olması vurğulanır, inzibati xəta haqqında protokol isə Kür çayının məcrasında şanbo inşa edilməsi ilə bağlıdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən Su Məcəlləsinin 82-ci maddəsinin tələblərinin pozulması qeyd edilmiş olsa da, konkret olaraq qanunun həmin normasının hansı tələblərinin pozuntusununun baş verməsi göstərilməmişdir. Əlavə edilmiş sənədlərdən şambonun yerinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmənin mövqeyi: İş materiallarından, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin izahatlarından müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraat zamanı inzibati araşdırmanın aparılması qaydaları, şəxsin müdafiə və iştirak hüquqları, eləcə də protokolun məzmununa dair qanunvericilik tələbləri lazımi səviyyədə təmin edilməmişdir. İlk növbədə, məhkəmə hesab edir ki, inzibati icraatın başlanğıc mərhələsində şəxsin konstitusion hüquqları pozulmuşdur. İş üzrə müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən inzibati araşdırmanın aparılacağı müddət müəyyən edilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu araşdırmada real və effektiv iştirak etməsi təmin edilməmişdir. Şəxs inzibati orqana dəvət edildiyini bildirsə də, onun iştirakı olmadan tərtib edilmiş akt və protokolun nəticələrinin birbaşa məhkəməyə göndərilməsi inzibati icraatın iştirakçılıq prinsipinə ziddir. İnzibati orqana olan legitim etimada baxmayaraq, orqan şəxsin izahat vermək, sübut təqdim etmək və öz mövqeyini bildirmək hüququnu faktiki olaraq təmin etməmiş, bununla da Konstitusiyanın təmin etdiyi müdafiə mexanizmlərini formallığa çevirmişdir. Məhkəmə, eyni zamanda, inzibati xəta haqqında protokolun natamamlığı məsələsinə xüsusi diqqət yetirir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli mövqeyində açıq şəkildə göstərilmişdir ki: inzibati xəta haqqında protokolda göstərilən hal (Kür çayının məcrasında şambo inşa edilməsi) ilə, iş materiallarına əlavə edilmiş sənədlərdə vurğulanan hal (şambodan su sızıntısının olması) bir-birini tamamlamaq əvəzinə ziddiyyət təşkil edir; Su Məcəlləsinin 82-ci maddəsinin konkret hansı tələbinin pozulduğu protokolda göstərilməmişdir; əlavə edilmiş sənədlərdən şambonun dəqiq yerləşmə yeri müəyyən edilmir. Bu cür çatışmazlıqlar inzibati xəta haqqında protokolun hüquqi müəyyənlik tələbinə cavab vermədiyini göstərir. Bununla belə, məhkəmə müəyyən edir ki, inzibati orqan apellyasiya instansiyasının bu mövqeyini nəzərə alaraq tam və yeni inzibati icraat aparmaq əvəzinə, əvvəlki protokola yalnız əlavə qeydlər etməklə öz vəzifəsini icra edilmiş hesab etmişdir. Faktiki olaraq isə: yeni inzibati araşdırma aparılmamış, apellyasiya instansiyasının göstərdiyi xüsusatlar aradan qaldırılmamış, vətəndaşın iştirak hüququ yenidən təmin edilməmiş,əvvəlki protokolun mahiyyəti dəyişmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, bu yanaşma inzibati icraatın mahiyyətinə ziddir və geri qaytarılmış materialın formal şəkildə yenidən təqdim edilməsi ilə kifayətlənmək qanunvericiliyin tələblərinə uyğun icraat hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən: şəxsin təqsiri sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir; sübutetmə yükü inzibati orqanın üzərinə düşür; bütün şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə şərh edilməlidir. Mövcud iş üzrə isə: protokol natamamdır, hüquqi norma konkretləşdirilməmişdir, inzibati araşdırma zamanı şəxsin iştirakı təmin edilməmişdir, apellyasiya instansiyasının göstərişləri icra olunmamışdır. Bu halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati xətanı törətməsi etibarlı, mötəbər və qanuni sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə inzibati icraat üzrə işə xitam verilməlidir. 105.1-ci maddə isə bu hallarda hakimin icraata xitam vermək vəzifəsini birbaşa müəyyən edir. Yuxarıda göstərilənləri, iş üzrə toplanmış sübutları, Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1–8.3, 12.1, 53.2 və 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən qanunla nəzərdə tutulmuş prosedur tələbləri icra edilməmiş, bunun nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş vəzifəli şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına təqsirliliyi sübuta yetirilmədiyindən həmin məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar