Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-163/2026 23.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər X10 İdarəsinin polis X3nun xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə müəyyən etdi : X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər X10 İdarəsinin polis X3nun xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2026-ci il tarixdə 09:20 radələrində qeydə alıma yeri kənar dairəvi yolu qeyd olunmuşdur. Bakı şəhər Patandart maşın bazarının yanıdır. Bakı şəhər DYPİ Polis X3 ona məxsus olan avtomobili saxlatdırmış və demişdir ki, uzaq vuran işıqlarınız LED olduğu əsas gətirərək ondan bu məsələni yerində həll etmək üçün 100 manat pul tələb etçmiş və o da rüşvət verməkdən imtina etmişdir. Bundan sonra heç bir inzibati protokol və inizbati qərar tərtib edilmədən ona hər hansı rəsmi sənəd təqdim olunmadan avtomobili qanunsuz olaraq Bakı şəhər Yasamal rayon Yasamal qəbiristanlığı tərəfdə yerləşən cərimə meydançasına aparmışdır. Hazırda da avtomobili orada saxlalınır, lakin saxlanılmasını hüquqi əsasının təsdiq edən protokolu ona 2 gün sonra yazılıb. xx.xx.2026-cı ildə İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozmusuz deyib ve görüntü göstərmədən onun maşınını protokol açılmadan Yasamal rayon Yasamal qəbiristanlığı tərəfdə yerləşən cərimə meydançasında saxlanılır və 2 gün sonra xx.xx.2026-cı il tarixdə mobil telefonunda olan SMS RADAR tətbiqindən gələn bildirişdən ona məlum olmuşdur ki, yuxarıda qeyd inzibati xəta ilə bağlı barəsində İXM-nin 342.2.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı xx.xx.2026-ci il tarixdə saat 19:55:00-də (inzibati xəta törədildikdən 2 gün sonra) İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmaqla 100 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 tərəfindən şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Bakı şəhər X10 İdarəsi Yol Patrul Xidmətinə məhkəmə bildirişi göndərilmiş, lakin Bakı şəhər X10 İdarəsi Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərara əsasən X2 xx.xx.2026-cı il tarixdə saat 09:00-da xətanın yeri olan Kənar dairəvi yolda “Kia K5 minik” markalı ** EB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Belə ki, qeyd olunan məsələ ilə bağlı sübutların (elektron qərar, videgörüntü və digər əhəmiyyətli sübutlar) təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən Bakı şəhər X10 İdarəsi Yol Patrul Xidmətinə sorğu ünvanlayaraq qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə göndərilməsini tələb etsə də, səlahiyyətli orqan nə nümayəndənin iştirakını təmin etməmiş, nə də ki, sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, habelə onun təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraata başlamış səlahiyyətli orqanın (vəzifəli) şəxsin üzərinə düşdüyündən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, təqsirliliyi sübuta yetirilmədiyindən X1 şikayəti təmin olunmalı, barəsində Bakı şəhər X10 İdarəsinin polis X3nun xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhər X10 İdarəsinin polis X3nun xx.xx.2026-cı il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-163/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-163/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver