Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-194/2026 16.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs direktoru Nümayəndə iştiakı ilə, Şirvan şəhəri, M.Qədirov küçəsi ev 1, Şirvan-Salyan şossesinin 5-ci km qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə 04 fevral 2026-cı il tarixdə daxil olmuşdur. Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin istifadəsində olan “VAZ 2123L Chevrolet Niva” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2025-ci il tarixdə, saat 12:02-də Biləsuvar-Bəhramtəpə yolu 24.5 km-də Bəhrəmtəpə istiqamətində qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların verilməsi xahiş olunmuş, həmin məlumatlar müəyyən edilmiş müddət ərzində təqdim edilmədiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tədbir görülməsi üçün inzibati iş məhkəməyə göndərilmişdir. Protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta protokolda göstərilən xüsusatları qəbul etməyərək izahatında bildirdi ki, Şəxs MMC-nin zavodunun əsas vəsaitləri xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən olan “VAZ 2123L Chevrolet Niva” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Təmsilçisi olduğu müəssisəsinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilmişdir və həmin əmlak üzərində sonuncunun sahiblik, istifadə və sərəncam hüququ mövcud deyildir. Qeyd edilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “VAZ 2123L Chevrolet Niva” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı yük avtomobili Şəxs MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Yasamal Rayon Polis şöbəsinin Şəxs MMC-yə ünvanladığı bildirişdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin mülkiyyətində (istifadəsində) olan “VAZ 2123L Chevrolet Niva” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Biləsuvar-Bəhramtəpə yolu 24.5 km-də Bəhrəmtəpə istiqamətində qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürüçülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunur. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. “X3 Kompleksi” MMC-nin Şirvan şəhər Məhkəməsinə ünvanladığı 12 fevral 2026-cı il tarixli 13-5-1/2-90/1/2026 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan, “X3 Kompleksi” MMC-nin balansına verilmiş “VAZ 2123L Chevrolet Niva” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01 yanvar 2025-ci il tarixdən 01 mart 2026-cı il tarixədək yol vərəqəsi əsasında X1 tərəfindən idarə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən “VAZ 2123L Chevrolet Niva” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Həmçinin “X3 Kompleksi” MMC-nin Şirvan şəhər Məhkəməsinə ünvanladığı 12 fevral 2026-cı il tarixli 13-5-1/2-90/1/2026 nömrəli məktubda Şəxs MMC-nin mülkiyyətində olan “X3 Kompleksi” MMC-nin balansına verilmiş “VAZ 2123L Chevrolet Niva” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 01 yanvar 2025-ci il tarixdən 31 dekabr 2025ci il tarixədək yol vərəqəsi əsasında X1 tərəfindən idarə olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyət hüququna xitam verilmişdir və həmin əmlak üzrəində sonuncunun sahiblik, istifadə və sərəncam hüququ mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan, inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-194/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-194/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver