Məhkəmə qərarları › İş №3(5-160)-195/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-195/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-195/2026 16.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şikayət vermiş şəxs İbişov ilkin Əliağa oğlunun iştirsakı ilə, İbişov ilkin Əliağa oğlunun Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə müəyyən etdi : İbişov ilkin Əliağa oğlu şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol hərəkəti Qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibti tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli TP7802686 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəmdə 100 (bir yüz) manat məbləğində cərimə və 3 cərimə balı tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazir iyın n Baş Döv ət Yol Polis İdarəsinin “Yol hərəkəti Qaydaları, yol hərəkəti təhlükəsizliyin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaarn pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibti tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli TP7802686 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, onun istifadəsində olan “Mercedes Benz C 180” markalı, ** GO *** dövlət nömrə nişanlı avtomobili “SMS Radar” proqramında qeydiyyatdan keçirmişdir. xx.xx.2026-cı il tarixdə ona yol-hərəkəti qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə və 3 cərimə balı tətbiq edilməsi barədə sms-məlumat gəlmişdir. O, dərhal “SMS Radar” proqramına baxış keçirmiş və baxış zamanı xx.xx.2026-cı il tarixdə saat 13:45-də Bakı şəhəri Nizami rayonu Azər Manafov küçəsində yolayırıcını keçmə qaydalarını pozmağı ilə bağlı barəsində İXP7784157 nömrəli elektron protokol tərtib edilməsini müəyyən etmişdir. Lakin protokola foto və videoçəkiliş əlavə edilməmişdir. O, Şirvan şəhər Polis şöbəsinə mürciət edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci ci maddəsinə əsasən tərtib edilmiş protokolu, qərarı və inzibati xətanı təsdiq edən sübutlar (foto və videoçəkilişin) verilməsini xahiş etmişdir. Şirvan şəhər Polis şöbəsi tərəfindən ona Azərbaycan Respupbiikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin “Yol hərəkəti Qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibti tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli TP7802686 nömrəli qərarı təqdim edilmiş, foto və videoçəkilişin olmaması bildirilmişdir. X4 Məcəlləsinə əsasən inzibati xətanı təsdiq edən sübutlar barəmdə qəbul edilmiş inzibati tənbehvermə haqqında qərara əlavə edilməli idi. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədildiyi ərazi (küçə) qeyd olunsa da inzibati xətanı təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs İbişov ilkin Əliağa oğlu tərəfindən şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidmətinə məhkəmə bildirişi göndərilmiş, lakin Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərara əsasən İbişov ilkin Əliağa oğlu xx.xx.2026-cı il tarixdə saat 13:45-də xətanın yeri olan ünvan 1 ünvanında “Mercedes Benz C180 minik” markalı **-GO-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən yolayırıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Belə ki, qeyd olunan məsələ ilə bağlı sübutların (elektron qərar, videgörüntü və digər əhəmiyyətli sübutlar) təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidmətinə sorğu ünvanlayaraq qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə göndərilməsini tələb etsə də, səlahiyyətli orqan nə nümayəndənin iştirakını təmin etməmiş, nə də ki, sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbişov ilkin Əliağa oğlu öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, habelə onun təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraata başlamış səlahiyyətli orqanın (vəzifəli) şəxsin üzərinə düşdüyündən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, təqsirliliyi sübuta yetirilmədiyindən İbişov ilkin Əliağa oğlunun şikayəti təmin olunmalı, barəsində Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət təmin edilsin. İbişov ilkin Əliağa oğlu barəsində Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar