Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-237/2026 10.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şirvan şəhərində “Şirvan dayanacağı” adlanan yerdə Mirsəməd Əmirovla mübahisə edərək onu təhqir etmiş, polis əməkdaşları ona yaxınlaşan zaman öz əməllərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Şirvan şəhərində “Şirvan dayanacağı” adlanan yerdə taksi fəaliyyəti ilə məşğuldur, hər gün növbəli şəkildə müştəri qəbul edirlər. xx.xx.2026-cı il tarixdə Mirsəməd onun növbəsinə girmiş, ona görə də maşından düşüb Mirsəmədin yanına gedərək onu sinəsindən itələmiş, ona onun növbəsi olduğunu demişdir. Həmin vaxt əsəbi olduğundan ucadan səs-küy salaraq iradını bildirmişdir. Bundan sonra Mirsəməd ilə məsələnin aydınlaşdırılması üçün atasının yanına getmək istəyərkən bu vaxt polis əməkdaşları gəlmiş, onu şöbəyə dəvət etmiş, daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Hazırda əməlindən peşman olduğunu, yaşını, sağlamlıq vəziyyətini, müharibə veteranı olmasını məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 14:20-də CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Təbriz Adilzadə ilə xidmətdə olarkən Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən taksi duracağında iki taksi sürücüsünün arasında mübahisə olması və onların şəhərin F.Eynullayev küçəsində mübahisələrinin ardını davam etdirəcəkləri ilə bağlı məlumat aınmışdır. Ona görə də şəhərin F.Eynullayev küçəsində getmiş və həmin şəxslərin mübahisə etdiklərini görmüş, həmin şəxslərə yaxınlaşaraq özünü onlara təqdim edib, barəsində tədbir görmək və baş verə biləcək cinayət hadisəsinin qarşısının alınması məqsədilə Şirvan şəhər polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinin qarşısına gələn zaman adı onlara sonradan məlum olan Şəxs uca səslə ünvansız söyüşlər söyərkən onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz hərəkətini davam etdirmişdir. Polis şöbəsinin inzibati binasında olarkən müəyyən olundu ki, mübahisə edən şəxslər Şirvan şəhər sakini Şəxs və X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında izahatında bildirdi ki, Şirvan şəhərində “Şirvan dayanacağı” adlanan yerdə taksi fəaliyyəti ilə məşğuldur, hər gün növbəli şəkildə müştəri qəbul edirlər. xx.xx.2026-cı il tarixdə eyni qaydada növbəli şəkildə müştəri qəbul etmişlər, növbə ona çatdığı üçün avtomobili qabağa vermək istəyən zaman digər taksi sürücüsü İsmiran ona onun növbəsi olduğunu bildirmiş, İsmiranla arasında avtomobildə əl-qol hərəkətləri ilə mübahisə yaranmış, sonra isə İsmiran onun yanına gələrək onunla yenidən mübahisə edərək nalayiq ifadələr işlədərək təhqir etmiş, onu sinəsindən itələmişdir. Həmin vaxtı atası ilə telefonda danışdığı üçün mübahisəni atası eşitmiş, ona yanına gəlməsini, İsmiranla özü söhbət edəcəyini demişdir. Atasının yanına getmək istəyərkən binanın qarşısında İsmiranla aralarında sözlü mübahisə olmuş, bu vaxt polis əməkdaşları gəlmiş, İsmiranı nizam-intizama dəvət edərək onu polis şöbəsinə dəvət etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs xx.xx.2026-cı il tarixdə Şirvan şəhərində “Şirvan dayanacağı” adlanan yerdə Mirsəməd Əmirovla mübahisə edərək onu təhqir etmiş, polis əməkdaşları ona yaxınlaşan zaman öz əməllərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə 80 manat təqaüd alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şirvan şəhərində “Şirvan dayanacağı” adlanan yerdə Mirsəməd Əmirovla mübahisə edərək onu təhqir etmiş, polis əməkdaşları ona yaxınlaşan zaman öz əməllərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Əliyev X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peçmançılığını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(5-160)-237/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-237/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver