Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-247/2026 12.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 müavini X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokola baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC “Əmək və Məşğulluq” alt sistemindən əldə edilmiş xx.xx.2026-cı il tarixli məlumat əsasında məlum oldu ki, işçilərin əmək müqavilələrində əmək haqqı məbləğinə düzəliş edilməsi ilə bağlı DƏMX-in Şirvan-Salyan RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 115535/2025 saylı göstərişi icra edilməmişdir. Tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC Əmək Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbi pozularaq Şəxs MMC “Əmək və Məşğulluq” alt sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli məlumat əsasında məlum oldu ki, işçilərin əmək müqavilələrində əmək haqqı məbləğinə düzəliş edilməsi ilə bağlı DƏMX-in Şirvan-Salyan RŞ-nin göstərişi icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri və barədə xəbərdar edilmiş Şəxs MMC -nin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 tərəfindən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-115535/2025 saylı əmək münasibətləri ilə əlaqədar verilmiş sorğu icrasız qalmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, X5 Xidmətinin X1 tərəfindən Şəxs MMC -yə vətəndaş müraciəti ilə əlaqədar olaraq verilmiş əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirilməsi ilə bağlı sorğular cavablandırılmadan icrasız qalmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından görünür ki, Şəxs MMC-yə ünvanlanan icrası məcburi göstəriş qanuni əsaslarla təqdim olunmuş, lakin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının tələbi cəmiyyət tərəfindən icrasız qalmışdır. Həmin hal sorğuların təqdim edilməsini təsdiq edən çıxarışlar və xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla da sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.1-1-ci maddədə sadalanan hallar sırasında əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı, əmək şəraitinə dair göstərişlərin icrası, işçilərin hüquqları, əməkhaqqı və digər ödənişlərin həyata keçirilməsi, əməyin mühafizəsi normalarına riayət edilməsi və s. vardır. Məhkəmə müəyyən etmişdir ki, Şəxs MMC -yə ünvanlanan sorğular məhz bu hallarla bağlı olmuş və qanuni tələblərin yerinə yetirilməsi zərurəti yaranmışdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mövcud halda: obyektiv tərəf – əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsidir; subyektiv tərəf – sorğuların qanuni öhdəlik olduğu bilindiyi halda onların icrasının təmin edilməməsidir; obyekt – əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi; subyekt – hüquqi şəxs (Şəxs MMC). inzibati xəta tərkibinin bütün elementləri mövcuddur. İXM-in 9.1-ci maddəsinə görə tətbiq edilən tənbeh ədalətli olmalı, xətanın xarakterinə və təqsirli şəxsin şəxsiyyətinə uyğun seçilməlidir. Həmçinin 31.3-cü maddəsinə görə hüquqi şəxs barəsində cəza təyin edilərkən onun maliyyə-əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilməmiş, əksinə, qanuni sorğuların dəfələrlə icrasız qalması halı müəyyən edilmişdir kimi qiymətləndirilmişdir. İXM-in 76.1 və 84.1-ci maddələrinə əsasən, iş üzrə sübutlar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış, təqdim olunmuş sənədlər, protokol və izahatlar bir-biri ilə uyğunluq təşkil etmişdir. Toplanmış sübutlar Şəxs MMC-nin icrası məcburi olan göstərişin icra edilməməsini təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: ünvan 2 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-247/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-247/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver