Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-249/2026 24.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Məmmədova Pərvin Şaiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qanuni təmsilçisi X4 iştiakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən "xxxx" MMC-nin İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair 05 fevral 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Əmək və Məşğulluq” alt sistemindən əldə edilmiş xx.xx.2026-ci il tarixli məlumat əsasında məlum oldu ki, işçilərin Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-in Şirvan-Salyan RŞ-nin 3-17-5/2-117509/2025 saylı göstərişi Şəxs MMC tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 nümayəndəsi X11 protokolu müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” alt sisteminə baxış zamanı Şəxs MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu aşkara çıxarılmışdır. X9 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-117509/2025 nömrəli göstəriş məktubu ilə Cəmiyyətdən 10 (on) iş günü müddətində işçilərin qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə X9 Xidmətinin (bundan sonra-Xidmət) X3nə məlumat verməsi tələb olunumuşdur. Həmin göstəriş məktubu elektron sənəd qismində Nazirliyə məxsus “Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi” (ASİS) üzərindən Cəmiyyətin “ƏMAS”-dakı şəxsi kabinetinə göndərilmişdir Lakin bununla bağlı Cəmiyyət tərəfindən heç bir tədbir görülməmiş və Xidmətin X3nə müvafiq məlumat verilməmişdir. Bu səbəbdən də “CTS-AGRO" MMC barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmədən “CTS-AGRO" MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qanuni təmsilçisi X7 izahatında bildirdi ki, X9 Xidmətinin X3 tərəfindən göndərildiyi iddia olunan göstəriş barədə hər hansı məlumatı yoxdur, elektron sistem üzərindən onlara heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 rəis müavini X12 tərəfindən tərtib edilmiş 05 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, elektron əmək müqaviləsinə keçid etmək üçün "xxxx" MMC-yə 3-17-5/2-117509/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göstəriş xarakterli məktub göndərilmiş, lakin işəgötürən tərəfindən həmin göstəriş xarakterli məktubda tələb olunan elektron sənəd formasına keçirilmə halı təmin edilməmişdir. Belə ki, Əmək və məşğulluq altsisteminə baxış zamanı müəssisədə xx.xx.2025-ci il tarixinədək elektron əmək müqaviləsinə keçirilməyən işçilərin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 117509/2025 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 425 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı təırəflərindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin (X7, Babaşov Şahin Dədələr oğlu) olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin 10 iş günü müddətində təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3nə məlumat verilməsi tələb olunmuşdur. Bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbirlər icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərəflərindən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.1-1-ci maddədə sadalanan hallar sırasında əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı, əmək şəraitinə dair göstərişlərin icrası, işçilərin hüquqları, əməkhaqqı və digər ödənişlərin həyata keçirilməsi, əməyin mühafizəsi normalarına riayət edilməsi və s. vardır. Məhkəmə müəyyən etmişdir ki, Şəxs MMC-yə ünvanlanan sorğular məhz bu hallarla bağlı olmuş və qanuni tələblərin yerinə yetirilməsi zərurəti yaranmışdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mövcud halda: obyektiv tərəf – qanuni sorğular üzrə tələb olunan sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsidir; subyektiv tərəf – sorğuların qanuni öhdəlik olduğu bilindiyi halda onların icrasının təmin edilməməsidir; obyekt – əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi; subyekt – hüquqi şəxs (Şəxs MMC). inzibati xəta tərkibinin bütün elementləri mövcuddur. İXM-in 9.1-ci maddəsinə görə tətbiq edilən tənbeh ədalətli olmalı, xətanın xarakterinə və təqsirli şəxsin şəxsiyyətinə uyğun seçilməlidir. Həmçinin 31.3-cü maddəsinə görə hüquqi şəxs barəsində cəza təyin edilərkən onun maliyyə-əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilməmiş, əksinə, qanuni sorğuların dəfələrlə icrasız qalması halı müəyyən edilmişdir. kimi qiymətləndirilmişdir. İXM-in 76.1 və 84.1-ci maddələrinə əsasən, iş üzrə sübutlar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış, təqdim olunmuş sənədlər, protokol və izahatlar bir-biri ilə uyğunluq təşkil etmişdir. Toplanmış sübutlar Şəxs MMC-nin qanuni sorğular üzrə tələb olunan sənədləri təqdim etmədiyini tam təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(5-160)-249/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-249/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver