Məhkəmə qərarları › İş №3(5-160)-27/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-160)-27/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(5-160)-27/2026 15.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, X1 barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33152345 nömrəli, xx.xx.2026-cı il tarixli EQ 33175316 nömrəli, xx.xx.2026-cı il tarixli EQ 33182185 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan X3 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2026cı il tarixli EQ 33152345 nömrəli, xx.xx.2026-cı il tarixli EQ 33175316 nömrəli, xx.xx.2026-cı il tarixli EQ 33182185 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğöv edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin qanunvericiliyin tələblərinə əsasən işə baxılarkən hakim tərəfindən işin baxılması onun səlahiyyətinə aid olub-olmaması, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsi, işin icraatını rədd edən hallar mövcud olub-olmaması, şikayətin qanunvericilklə müəyyən edilmiş müddətdə verilib-verilməməsi halları araşdırılmalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi hazırkı inzibati iş üzrə şikayətçi X3 tərəfindən bir şikayət ərizəsində tərtib edilmiş olan 3 inzibati aktı mübahisələndirir. Qeyd edilən inzibati aktlar (3 inzibati qərar) üzrə işə isə bir icraatda baxılması və hər biri inzibati akt üzrə ayrıca hüquqi qiymət verilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında müxtəlif qərarlardan (hazırkı iş üzrə 3 qərardan) bir şikayət ərizəsində əks olunmaqla şikayət vermək imkanı nəzərdə tutulmadığından hazırkı iş üzrə inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılmalı və ona səlahiyyətli orqanın (vəzifəli şəxsin) qəbul etdiyi qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli EQ 33152345 nömrəli, xx.xx.2026-cı il tarixli EQ 33175316 nömrəli, xx.xx.2026-cı il tarixli EQ 33182185 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə dair verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar