Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-318/2026 26.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis İdarəsindən AR İXM-in 206-cı masddəsi ilə daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 26 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, kursdan evə gələn zaman qardaşı və xalası oğlu Camal Əliyev evdə idi. Bu zaman qapı döyülmüşdür. Qapını açan zaman polis əməkdaşları olduğunu görmüşdür. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Vətən müharibəsi iştirakçısıdır. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 məhkəmə iclasında xx.xx.2026-cı il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə, sata 20:07-də xidmətdə olarkən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeynəb” aslı restoranın yanında yerləşən binanın qarşısında 3 nəfər şəxsin uca səslə səs-küy salmağını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onları nizam-intizama dəvət etmişlər. Həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq yenidən səsküy salmağa başlayaraq daha da aqresiv şəkildə səs-küy saldılar. Müşahidə vaxtı həmin şəxslərin özlərində olmadığını, qeyri adekvat hərəkətlər etdiklərini, narkotik vasitə təsiri altında olması şübhəsi yarandığından tərəflərindən qanuni tədbirlər görülməsi üçün polis şöbəsinə gətirildilər. Polis şöbəsinin növbətçi hissəsində məlum oldu ki, həmin şəxslər Şirvan şəhər sakinləri X6, Şəxs və X1r. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli, 1/2185 saylı protokoldan görünür ki, sərxoşluq hallarının növlərinin təyini məqsədilə aparılan tibbi müayinə zamanı Şəxs götürülmüş sidik nümunəsində THS (+) aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahında marixuana – narkotik vasitə olaraq qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki Şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, vətən müharibəsi iştirakçısı olması, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(5-160)-318/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-318/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver