Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-335/2026 02.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə iştirakları ilə, xx.xx.1997-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-113/2025 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-113/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci təvəllüdlü X1 üçün əvvəli ərizə verildiyi gündən, yəni xx.xx.2025- ci ildən hesablanmaqla borclu Şəxs ərizəçi X4 xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətində 0,36 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Borclu Şəxs ilə tərəfindən telefon danışıqları olsada o, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlməmişdir. Tərəflərindən borclunun hər hansı bir əmlakının və gəlirinin olub-olmamasını yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular edilmiş, lakin, borclu Şəxs adına heç bir əmlak və gəlir aşkar edilməmişdir. Borclu Şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanına baxış keçirilmiş lakin, borclunu göstərilən ünvanda yaşamaması müəyyən edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2026-cı il tarixdə Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs izahat alınmış bu günə yaranmış 1296 manat aliment borcunun ödənilməsi tələb olunmuş, o, göstərilən borcu ödəyə bilmədiyini bildirmişdir. Beləliklə, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 16(032)-113/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci təvəllüdlü X1 üçün əvvəli ərizə verildiyi gündən, yəni xx.xx.2025- ci ildən hesablanmaqla ondan ərizəçi X4 xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətində 0,36 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Lakin o, aliment ödənişi barədə 2026-cı ilin yanvar ayında məlumat almışdır. O, dəfələrlə tam ödəniş olmasa da, müəyyən hissə barədə ödəniş etmək istəsə də tələbkar bundan imtina etmişdir. Hətta onun həyat yoldaşı ilə nikahın pozulması məhkəmə icraatındadır və barışıq üçün məhkəmə tərəfindən onlara üç ay müddət müəyyən edilmişdir. Məhkəmədən barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, hazırda maddi imkanı aşağı səviyyədədir və imkan daxilində ödəniş etmiş olacaqdır və məhkəmə iclasında da hazırda ödəmniş etmək istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 16(032)-113/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci təvəllüdlü X1 üçün əvvəli ərizə verildiyi gündən, yəni xx.xx.2025- ci ildən hesablanmaqla borclu Şəxs ərizəçi X4 xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətində 0,36 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 16(032)-113/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə Şəxs barəsində axtarşı elan edilmişdir. Şəxs borcundan 190 manat məbləği məhkəmə iclasında edilmiş fasilə zamanı ödəniş etmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozitiv şərtlərinə əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və iş üzrə toplanmış digər sübutları birlikdə qiymətləndirərək hesab edir ki, təqdim edilmiş inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs üç azyaşlı uşağın saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər uşağa münasibətdə minimum əmək haqqının 0,36 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir və həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədinin mövcudluğu və aliment öhdəliyi barədə yalnız 2026-cı ilin yanvar ayında məlumat aldığını bildirmiş, bu hal iş materialları və tərəflərin izahatları ilə də təkzib olunmamışdır. İş üzrə toplanmış sübutlardan da görünür ki, borclu qeydiyyatda olduğu ünvanda yaşamamış, həmin ünvanda aparılmış baxış zamanı onun faktiki olaraq həmin ünvanda olmadığı müəyyən edilmiş və sonradan barəsində axtarış elan edilmişdir. Bu isə icra sənədi və icra məmurunun tələbləri barədə məlumatın ona vaxtında çatdırılmamasını mümkün edən halların mövcudluğunu göstərir. Bundan başqa, icra sənədi üzrə aliment öhdəliyinin hesablanması xx.xx.2025-ci il tarixdən başlanmış, lakin inzibati məsuliyyət məsələsi faktiki olaraq qısa müddət sonra qaldırılmışdır. Belə ki, borclu icra sənədi barədə məlumat əldə etdiyi dövrdən qısa müddət sonra artıq inzibati məsuliyyət məsələsi gündəmə gətirilmişdir. Məhkəmə hesab edir ki, belə qısa müddət ərzində borclunun yaranmış borcu tam şəkildə ödəməsi və ya icra sənədinin faktiki icrasını təmin etməsi onun real maddi imkanları və sosial vəziyyəti nəzərə alınmaqla obyektiv olaraq çətinlik yarada bilən hal kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə nəzərə alır ki, borclunun adına hər hansı əmlak və ya rəsmi gəlir mənbəyi müəyyən edilməmiş, icra sənədinin icrası üçün aparılmış sorğular nəticəsində onun maddi imkanlarının məhdud olduğu müəyyən olunmuşdur. Bu hal da icra sənədinin dərhal və tam icra edilməsinin obyektiv çətinliklərlə müşayiət oluna biləcəyini göstərir. Bununla yanaşı, məhkəmə iclasında borclu tərəfindən aliment borcunun bir hissəsi – 190 manat məbləğində ödəniş edilmişdir ki, bu da onun icra sənədinin icrasından qəsdən yayınmaq niyyətinin olmadığını, əksinə imkan daxilində öhdəliyin yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atdığını göstərir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyətin tətbiqi üçün icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və borclunun icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi sübuta yetirilməlidir. Başqa sözlə, bu maddə üzrə məsuliyyət yalnız borclunun davranışında subyektiv tərəfin – yəni icra sənədinin icrasından bilərəkdən və qəsdən yayınma halının mövcudluğu müəyyən edildiyi halda yarana bilər. Lakin iş üzrə araşdırılmış hallardan görünür ki, borclunun icra sənədinin mövcudluğu barədə məlumatı gec əldə etməsi, aliment öhdəliyinin hesablanması ilə inzibati məsuliyyət məsələsinin qaldırılması arasındakı müddətin qısa olması, onun rəsmi gəlir və əmlakının müəyyən edilməməsi, eləcə də məhkəmə iclasında borcun bir hissəsinin ödənilməsi kimi hallar birlikdə qiymətləndirildikdə onun icra sənədinin icrasından qəsdən və bilərəkdən yayınması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, borclunun hərəkətlərində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlmiş qəsd və ya icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmək kimi subyektiv meyarlar müəyyən olunmur. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından, həmin Məcəllənin 53.1.2, 105.1 və 114.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(5-160)-335/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-335/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver