Məhkəmə qərarları › İş №3(5-160)-336/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-336/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-336/2026 10.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, X1 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli elektron qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİNnin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, taksi fəaliyyəti ilə məşğul olduğundan, sifarişə əsasən tərəfindən idarə etdiyi “KİA RİO” markalı ** DV *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında hər iki istiqamətdə olan torpaq yolunun sağ tərəfində dayandığı halda, barəsində inzibati xəta haqqında qərar vermiş DİN-nin X9 X4 məxsus müvafiq avtomobilin polis müvəttişi tərəfindən qeydə alınaraq Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə” təqsirli bilinərək 34105971 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati haqqında protokol barədə məlumat geriyə Şirvan şəhərinə qayıdarkən yolda sms olaraq mobil telefonuna göndərilmişdir. xx.xx.2026-cı il tarixdə Şirvan şəhər polis şöbəsinin X10 X4 yaxınlaşaraq sözügedən inzibati xəta haqqında qərardan və kamera görüntülərdən çıxarış etdirdi. Həmin vaxt müfəttişliyin polis müfəttişlərinə protokol barəsində öz etirazını bildirdikdə, müfəttişlər tərəfindən asfalt yolun olmadığı və həmin yolda hər hansı bir səkinin də görünməsi müəyyən edilmədiyindən, heç bir qayda pozuntularına yol vermədiyini bildirdilər. Həmin qərardan narazı qaldığı halda 10 gün ərzində məhkəməyə şikayət etməyini tövsiyə etdilər. Həmçinin, sözügedən inzibati xəta haqqında qərarla bağlı DİN-nin 102 Xidmətinə də şikayət edərək öz əsaslı etirazını bildirmişdir. Bu səbəbdən də inzibati xəta haqqında protokol mobil telefonuna mesaj formasında gəldiyinə tərəfindən xx.xx.2026-cı il tarixdə DİN-nin 102 qaynar xəttinə şikayət etdi, lakin, qeydiyyatına alınmasına baxmayaraq, bu günə kimi şikayətlə bağlı heç bir rəsmi məlumat verilməmişdir. xx.xx.2026-cı il tarixli, 34105971 nömrəli inzibati xəta haqqında protokolda 3 formada fotoşəkil çəkilmiş kamera görüntülərin nəzərdən keçirtdikdə aydın görmək olur ki, idarə etdiyi “KİA RİO” markalı **-DV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında hər iki istiqamətdə olan torpaq yolunun sağ tərəfində dayanmış və həmin yol asfalt yol olmadığı və torpaq yol olduğu, həmin yolda hər hansı bir səkki olmadığını açıqaşkar müşahidə etmək olur. DİN-nin X9 X3 dövlət yol polisi müfəttişinin formal mülahizə xarakterli tərtib etdiyi protokoldan savayı hər hansı bir görüntü olmadığından əsassız hesab edilməlidir. X2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli qərara əsasən X6 xx.xx.2026-cı il tarixdə Sabirabad rayonu, Vüqar Əhmədov küçəsi, 178 istiqamətində ** DV *** dövlət qeydiyyat nömrəli “Kia Rio” minik markalı avtomobili nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş şəkildən görünür ki, ** DV *** dövlət qeydiyyat nömrəli “Kia Rio” minik markalı avtomobil torpaq yolun sağ kənar hissəsində dayanmış vəziyyətdə park edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İV. Aşağıdakı yerlərdə: nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə dayanma qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Belə ki, iş materiallarından görünür ki, X6 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, o, idarə etdiyi “Kia Rio” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini səkidə saxladığına görə məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş sübutlar, xüsusilə inzibati qərara əlavə olunmuş fotoşəkillər tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi asfalt örtüklü yolun səkisində deyil, torpaq örtüklü yolun sağ kənar hissəsində dayanmış vəziyyətdədir. Şəkillərdən açıq-aydın görünür ki, göstərilən ərazidə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş və yolun hərəkət hissəsinə bitişik və ya ondan qazon vasitəsilə ayrılmış səki mövcud deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində – yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və ya durmasına icazə verilir. Həmin normadan göründüyü kimi, nəqliyyat vasitəsinin yolun sağ kənarında dayanması qanunla qadağan olunmamış, əksinə müəyyən şərtlərlə icazə verilən hərəkət kimi nəzərdə tutulmuşdur. Eyni zamanda qanunvericiliyə görə səki dedikdə yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissə başa düşülür. İş materiallarında olan fotoşəkillərdən isə belə bir konstruktiv elementin – yəni səkinin mövcudluğu müəyyən edilmir. Deməli, nəqliyyat vasitəsinin dayanması səki üzərində baş vermədiyindən İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi formalaşmamışdır. İnzibati Xətalar Məcəlləsinin 2 və 4-cü maddələrində nəzərdə tutulmuş qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinə görə şəxs yalnız onun əməlində inzibati xətanın bütün tərkib əlamətləri mövcud olduqda məsuliyyətə cəlb edilə bilər. Həmçinin həmin Məcəllənin 12-ci maddəsinə əsasən, inzibati məsuliyyət yalnız hüquqazidd və təqsirli əməl törədildiyi halda yaranır. Məhkəmə tərəfindən araşdırılmış sübutlar isə göstərir ki, şikayətçinin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Belə olan halda, inzibati məsuliyyətə cəlb etmə haqqında xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli elektron qərar faktiki hallara və qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, X5 şikayəti əsaslı olduğundan təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli elektron qərar ləğv edilməlidir. Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34105971 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar