Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-369/2026 04.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs , İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə , xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin 2(032)-1510/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən “Kamaz 6520” yük markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 860 manat , hüquqi yardım üçün 100 manat məbləğində pul və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulsa da, borclu icra vərəqəsində göstərilən tələbləri icra etməmiş və icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir . Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 04 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 04 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1510/2025 saylı, xx.xx.2015ci il tarixli icra sənədindən icrasından qərəzli yayınmır. Belə ki, işləmir, maddi imkanı yoxdur. Himayəsində bir azyaşlı övladı vardır, həyat yoldaşı vəfat etmişdir. O, borcu aylıq 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-1510/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən “Kamaz 6520” yük markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 860 manat , hüquqi yardım üçün 100 manat məbləğində pul və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə icra vərəqəsinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Xəbərdarlığa baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Beləliklə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda Şəxs icra vərəqəsi üzrə 990 manat 40 qəpik aliment borcu yaranmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu icra vərəqəsi üzrə heç bir ödəniş etməmişdir və onun borcu ödəmək fikri yoxdur. Hazırda icra sənədi üzrə 500-600 manat, qalıq pulu isə bir ay müddətinə ödəməsi ilə onunla razılaşa bilər. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)- 1510/2025 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs tərəfindən “Kamaz 6520” yük markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 860 manat , hüquqi yardım üçün 100 manat məbləğində pul və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1510/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2026-cı il tarixli bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1510/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin bildiriş Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs xx.xx.2026-cı il tarixli yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1510/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borcu işləmədiyindən ödəyə bilmir. İşlədiyi təqdirdə borcu hissəhissə ödəyə bilər. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir övladı vardır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir . Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin mövqeyini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, o cümlədən on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini, Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbsin tətbiqi mümkün olmadığından, inzibati cərimə növündə inzibati tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şirvan şəhəri H.Z. Tağıyev küçəsi ev 31 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-369/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-369/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver