Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-373/2026 12.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Məhkəmə iclas katibi Mahmudova Türkan Şahlar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2026-cı il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(074)- 905/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin və Şirvan Şəhər Məhkəməsinin 2(032)-569/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Şirvan Şəhər Məhkəməsinin 2(032)-569/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, tərəflərin birgə nikah dövründə əldə edilmiş Chevrolet Cruze markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satışından əldə olunmuş dəyərin yarısı, yəni 5000 manat pul cavabdeh Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədləri üzrə icraata başladıqdan sonra borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin, borclu işləyə bilmədiyi üçün borcu tam ödəyə bilməmişdir. Bu səbəblə borclu barəsində protokol tərtib olunmuşdur. Hazırda isə Şamaxı Rayon Məhkəməsinin 2(074)-905/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə yaranmış 500 manat məbləğində borc xx.xx.2026-cı il tarixdə borclu tərəfindən ödənilmişdir. Digər icra sənədi üzrə isə tələbkar və borclu borcun hissəhissə ödənilməsi barədə razılığa gəlmişlər. Tələbkar bununla bağlı şöbəyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra vərəqələri üzrə pulu işləmədiyindən və maddi imkanı olmadığından tələbkara vaxtında ödəyə bilməmişdir. xx.xx.2026-cı il tarixdə tələbkara olan 500 manat aliment borcunu tam ödəmişdir. Digər icra sənədi üzrə də ödənişlərin edilmə qaydası ilə bağlı tələbkarla razılığa gəlmişlər. Tələbkarla aralarında olan razılığa əsasən borcu vaxtı-vaxtında aylıq ödəyəcək. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs (tələbkar) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şamaxı rayon Məhkəməsinin 2(074)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, aliment tutularkən, müvəqqəti təminat tədbirinin görülməsinə dair Şamaxı Rayon Məhkəməsinin 16(074)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmalıdır. - “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü 10 gün müddətində könüllü icra olunması barədə borcluya xəbərdarlıq edilmişdir. - Şirvan Şəhər Məhkəməsinin 2(032)-569/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş Chevrolet Cruze markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satışından əldə olunmuş dəyərin yarısı, yəni 5000 manat pul cavabdeh Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. - “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-569/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü 10 gün müddətində könüllü icra olunması barədə borcluya xəbərdarlıq edilmişdir. - xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs hesabına 500 manat ödəniş edilmişdir. - Tələbkar Zərərçəkmiş şəxs tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-569/2025-035 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı tələbkar Zərərçəkmiş şəxs və borclu Şəxs borc məbləğinin hər ay 500 manat olmaqla hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi məsələsinin müəyyən edilməsindən ibarətdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki fundamental şərtin mövcudluğunu tələb edir: icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi, yaxud icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsi. Hər iki halda, əməlin hüquqi tərkibinin mövcudluğu üçün təqsir elementinin, xüsusilə də üzrsüz səbəbin olması zəruri şərtdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmiş, 2(074)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borc ödənilmiş, 2(032)-569/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə isə borclu ilə tələbkar arasında borcun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abbasova
Məhkəmə qərarları › İş №3(5-160)-373/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-373/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver