Məhkəmə qərarları › İş №3(5-160)-375/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-160)-375/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(5-160)-375/2026 04.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olan Şəxs Əhməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrinə əsasən Şirvan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Əhməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan Şəhər Məhkəməsinə 04 mart 2026-cı il tarixdə daxil olmuşdur . Məhkəməyə təqdim olunmuş 04 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin məcəllənin 100.5.3-cü maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları) göstərilir. Həmin məcəllənin 100.5.4-cü maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Göründüyü kimi protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokolda İXMnin 100.5-ci maddəsində nəzərdə tutulmuş məlumatları tam göstərməlidir. Lakin hazırki iş üzrə 04 mart 2026-cı il tarixli MN № ******* saylı protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar natamam olaraq göstərilmiş, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı və ya olduğu yerin ünvanı göstərilməmiş, inzibati xətanın törədildiyi tarix göstərilsə də lakin protokolda vaxt qeyd olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olan Şəxs Əhməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Hakim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar