Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(5-160)-385/2026 10.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şirvan Şəhər Məhkəməsinə 10 mart 2026-cı il tarixdə daxil olmuşdur. Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə Şirvan şəhər polis şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 10 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş 10 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, təqdim edilmiş materiallar natamamdır. Belə ki, iş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama ekspertizası keçirilməmiş, şəxsin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı tibbi xarakterli müayinə və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin və ya digər ixtisaslaşdırılmış tibb müəssisəsinin ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının rəyi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin məzmunundan aydın olur ki, narkotik vasitələrdən istifadə ilə bağlı inzibati xətalar üzrə dövlətin yanaşması yalnız cəza tətbiq etməkdən ibarət olmayıb, eyni zamanda narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müalicə olunması və onların normal həyat tərzinə qaytarılması məqsədini də daşıyır. Qanunverici bu məqsədlə müəyyən etmişdir ki, narkotik vasitələrdən istifadə ilə bağlı inzibati xəta törətmiş şəxslərə inzibati həbs tətbiq edilərkən, onların narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması tibbi yoxlama əsasında müəyyən edilməli və belə ehtiyac mövcud olduqda məhkəmə tərəfindən məcburi müalicə təyin edilməlidir. Bu baxımdan, şəxsin narkotik vasitələrdən istifadəsi faktının və onun narkomaniya xəstəliyinə düçar olub-olmamasının müəyyən edilməsi xüsusi tibbi bilik tələb edən məsələdir və bu hal yalnız müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinin ekspert rəyinə əsasən müəyyən edilə bilər. Belə rəy olmadan məhkəmənin şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olubolmaması barədə hüquqi nəticəyə gəlməsi mümkün deyildir. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 115.3-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. Bunun üçün isə tibbi yoxlama nəticələrinin və müvafiq ekspert rəyinin iş materiallarında mövcud olması zəruri şərtdir. Belə rəy olmadıqda məhkəmə tərəfindən həmin məsələni qiymətləndirmək və qanunun nəzərdə tutduğu qaydada qərar qəbul etmək mümkün olmur. Beləliklə, iş materiallarında şəxsin ambulator məcburi-narkoloji barədə ekspert rəyinin olmaması işin obyektiv və hərtərəfli araşdırılması imkanını məhdudlaşdırır və məhkəmənin qanunla üzərinə qoyulmuş vəzifələri tam şəkildə həyata keçirməsinə mane olur. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xəta haqqında işə baxılmağa hazırlanarkən təqdim olunmuş materiallar natamam olduqda və həmin çatışmazlıqları məhkəmə baxışı zamanı aradan qaldırmaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati materiallarda göstərilən çatışmazlıqlar – yəni şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilməsi və bu barədə ekspert rəyinin təqdim edilməməsi – işin mahiyyəti üzrə düzgün hüquqi qiymət verilməsinə imkan vermir və həmin çatışmazlıqlar məhkəmə iclası zamanı aradan qaldırıla bilən xarakter daşımır. Bu səbəbdən də inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialların qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün onu tərtib etmiş orqana geri qaytarılması zəruri hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər təqdim edilmiş materialların natamam olması əsası ilə Şirvan Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-385/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-160)-385/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver