Məhkəmə qərarları › İş №3(5-160)-388/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-388/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-388/2026 13.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, oğlunun katibliyi, Şirvan Şəhər Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evi şöbəsində mama vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə Şirvan Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Şirvan ŞMX PHŞ-nin "Doğum evi" şöbəsində mama vəzifəsində çalışan Şəxs Elsad qızı 02 fevral 2026-Cl il tarixdə, saat 10 radələrində Şirvan Şəhər Mərkəzi xəstəxanasının "Doğum evi" şöbəsində iş prosesi zamanı koridorda yüksək səslə bütün digər kollektivin vanında tibb bacısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr səsləndirmiş, Şirvan şəhərində müxtəlif kişi cinsli vətəndaşlarla görüşüb yüngül həyat tərzi yaşayan və fahişəliklə məşğul olan qadın olmasını bildirmiş, Xəstəxananın normal fəaliyyətini pozmuş, səs-küy salmiş, bununla da o, xırda xuliqanliq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin, Şirvan şəhər prokurorluğunun nümayəndəsinin izahatları və videogörüntünün əks olunduğu disklə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarla, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 02 fevral 2026-cı il tarixdə Şirvan şəhər Mərkəzi xəstəxanasında yerləşən Doğum evi şöbəsində çalışarkən, xəstəxananın baş həkimi şöbəyə gəlib ona yaxınlaşaraq nəyə görə "Facebook" sosial şəbəkəsində xəstəxananın işçisi barədə rəy yazdığını soruşduqda Ruhiyyə adlı xanımın mütəmadi olaraq işə gələn nizamlı işçiləri təhqir etdiyi üçün belə bir rəyi yazdığını demişdir. Baş həkim ona sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində nüfuzlu şəxslər həmçinin xəstəxananın fəaliyyəti ilə bağlı şərh yazmamalı olduğunu bildirdikdən sonra, həmin şərhini silmişdir. O heç kimi təhqir etməmişdir. Kəmalə ilə aralarında mübahisə olmuş, Kəmalə Ruhiyyənin istifadəsində olan mobil nömrəyə zəng edərək ona onun təhqir etdiyini bildirmişdir. O Ruhiyyə adlı şəxsi iş yerində və cəmiyyət arasinda təhqir etməmisdir. Dedikləri şər və böhtan xarakterlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs adlı şəxs onun iş yoldaşıdır, sonuncu ilə uzun müddətdir ki, aralarında səbəbini bilmədiyi mübahisə yaranmışdır. Mübahisələrə səbəb Mətanətin onun haqqında müxtəlif yerlərdə əsassız fikirlər səsləndirməsi olmuşdur. Mətanət "Facebook" sosial şəbəkə hesabında Çingiz Abdullayev adlı xalq yazıçısı barədə olan paylaşımın rəy bölməsində şər və böhtan xarakterli cümlələr yazmişdır və həm yazıçının nüfuzuna xələl gətirmiş, həm də ona böhtan atmışdır. Bu barədə rəhbərliyə, yəni Şirvan şəhər Mərkəzi xəstəxanasının direktoruna bildirmişdir. O işdə olmayanda, 02 fevral 2026-cı il tarixdə eşitmişdir ki, direktor Mətanətə yaxınlaşmış və nəyə görə sosial şəbəkədə mənfi rəy yazdığını soruşmuş, bundan sonra sonuncu koridorda yüksək səslə bütün digər kollektivin yanında ünvanına nalayiq ifadələr səsləndirmişdir. Belə ki, iş zamanı, bir sıra işçilərin yaninda Mətanət onun barədə guya fahişəliklə məşğul olduğunu, əxlaqsız və yüngül həyat tərzi yaşadığını bildirərək səs-küy salmışdır. Ona bu baş verənləri orada növbədə olan işçilər zəng edərək bildirmişdirlər. Məhkəmə iclasında Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X2 məhkəmə iclasında qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir . Məhkəmə iclasında şahid Şirvan ŞMX PHŞ-nin "Doğum evi" şöbəsində böyük mama vəzifəsində çalışan Şahid2 ifadə verərək bildirdi ki, Şəxs 02 fevral 2026-ci il tarixdə Şirvan şəhər Mərkəzi xəstəxanasının "Doğum evi" şöbəsində iş zamanı koridorda yüksək səslə bütün digər kollektivin yanında Zərərçəkmiş şəxs adli tibb bacısının ünvanına nalayiq ifadələr səsləndirmişdir. Belə ki, bir sıra işçilərin yanında Mətanət Ruhiyyə barədə qardaşı ilə intim xarakterli videolarının olmasıni, fahişəliklə məşğul olduğunu əxlaqsız və yüngül həyat tərzi yaşadığını, Şirvan şəhərində saysız hesabsız kişi cinsli vətəndaşlarla görüşdüyünü bildirərək asayişi pozmuş, səs-küy salmış və "Doğum evi"-nin normal fəaliyyətinə maneə olmuşdur. Məhkəmə iclasında şahid Şirvan ŞMX PHŞ-nin"Doğum evi" şöbəsində qeydiyyatçı vəzifəsində çalışan Şahid1 ifadə verərək bildirdi ki, Şəxs 02 fevral 2026-cı il tarixdə Şirvan şəhər Mərkəzi xəstəxanasının "Doğum evi" şöbəsində iş zamanı koridorda yüksək səslə bütün digər kollektivin yanında Zərərçəkmiş şəxs adlı tibb bacısının ünvanına nalayiq ifadələr səsləndirmişdir. Belə ki, bir sıra işçilərin yanında Mətanət Ruhiyyə barədə qardaşı ilə intim xarakterli videolarının olmasını, fahişəliklə məşğul olduğunu əxlagsız və yüngül həyat tərzi yaşadığını, Şirvan şəhərində saysız hesabsız kişi cinsli vətəndaşlarla görüşdüyünü bildirərək asayişi pozmuş, səs-küy salmış və "Doğum evi"-nin normal fəaliyyətinə maneə olmuşdur. Məhkəmə iclasında 17 fevral 2026-cı il tarixli, Şirvan şəhər Mərkəzi xəstəxanası PHŞ-dən daxil olmuş videogörüntünün əks olunduğu diskə baxış keçirildi. Videogörüntüdə audio-səs faylı olmadığından danışığın mətnini müəyyən etmək mümkün olmamış, Şəxs koridorda, giriş qapısının yaninda digər tibb işçilərini ətrafina toplayaraq əl jestlərindən istifadə edərək və işarələr edərək danışır, həmçinin baş tibb bacısı vəzifəsində çalışan Şahid2 ilə sözlü mübahisə edir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş : 17 fevral 2026-cı il tarixli Şirvan şəhər Mərkəzi xəstəxanası PHŞ-dən daxil olmuş videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunmuş kompakt disk standart ölçülərdədir, diskin üz hissəsi ağ rəngdə olmagla üzərində "Bingo" yazısı həkk olunmuşdur. Disk kompyuterə daxil edilmişdir. Diskin içərisində "01" ədəd video görüntü vardır, ölçüsü-376,67 kb-dir. Görüntü faylının adi "Doğum evi"-dir. Faylı açdiqda tarix xx.xx.2026-cı il, saat 10:40-dır. Xəstəxananın direktoru Pərviz Rüstəmbəyov və köməkçilərinin "Doğum evi" şöbəsinə gəlməsi və birinci mərtəbədə yerləşən otağa daxil olması müşahidə olunur. 3 dəqiqə sonra Şəxs çağırılır və direktorun daxil olduğu otağa yaxınlaşır, yaxınlaşan zaman əl-qol işarələri ilə danışır ve koridorda olan tibb bacısı əli ilə "sus" işarəsi verdikdən sonra Şəxs susur, direktorun olduğu otağa daxil olur. Saat 10:55-də direktor və digər işçilər otaqdan çıxaraq uzaqlaşır, yuxarı mərtəbəyə qalxır. Şəxs ise direktorun ardinca otaqdan çıxır, koridorda, giriş qapısının yaninda digər tibb işçilərini ətrafina toplayaraq saat 11:00-a qədər olan müddət ərzində əl jestlərindən istifadə edərək və işarələr edərək danışır, həmçinin baş tibb bacısı vəzifəsində çalışan Şahid2 ilə sözlü mübahisə edir. Videogörüntüdə audio-səs faylı olmadığından danışığın mətnini müəyyən etmək mümkün olmamışdir. 03 mart 2026-cı il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci fəslinə aid edilmiş İXMin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar əleyhinə olan xətadır. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakterini, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2026-cı il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin sanksiyasının həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan pellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar