Məhkəmə qərarları › İş №3(5-160)-50/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-50/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-50/2026 10.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş X13i İdarəsinin inzibati tənbeh vermə haqqında 27 dekabr 2025-ci il tarixli EQ/32930195 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi : Şikayət verən şəxs X3 Azərbaycan Respublikası DİN-nin Baş X13i İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair “inzibati tənbeh vermə haqqında” 27 dekabr 2025-ci il tarixli EQ/32930195 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYP tərəfindən elektron qaydada tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32930195 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:36-da Sabirabad rayonu, Kürkəndi kəndi Qaralar istiqamətində X12 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşma) qeyd olunan yol hərəkətinin qayda pozuntusunu törətmişdir və bununla bağlı mənə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYP tərəfindən elektron qaydada tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32930195 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarını əsassız və qanunsuz hesab edir. Belə ki, X12 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahiddur və notarial qaydada xx.xx.2024- cü il tarixdə həmin nəqliyyat vasitəsini ona etibarnamə üzrə idarə etmək hüququ vermişdir. Etibarnamə verildikdən sonra qeyd olunan nəqliyyat vasitəsini qısa müddətdə (3-4 dəfə) idarə etmiş və sonra mülkiyyətçiyə təhvil vermişdir. xx.xx.2025-ci il tarixdə X12 markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o idarə etməmişdir. X12 markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid həmin nəqliyyat vasitəsini idarə etmək üçün X4 xx.xx.2023-cü il tarixdə notarial qaydada etibarnamə vermişdir və nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid deməsinə görə xx.xx.2025-ci il tarixdə X12 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X5 idarə etmişdir. Nəqliyyat vasitəsinin yol hərəkətinin qayda pozuntusuna görə cərimələri etibarnamə ən son kimə verilibsə, onun hesabına yazılır. Sonuncu etibarnamə ona verildiyindən sözügedən inzibati xəta üzrə 400 manat məbləğində cərimə növündə tənbeh tətbiq hesabına yazılmışdır. xx.xx.2025-ci il tarixində Bakı şəhərində idarə etdiyi X10 Hibrid minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində 2 bal ilə cərimə edilmişdir. İl ərzində yol hərəkəti qaydalarını pozmaya görə 18 bal cəriməsi topladığından və sonuncu tətbiq olunan 2 bal cəriməsi il ərzində topladığı 18 bal cərimənin üzərinə gəldikdən sonra toplam 20 bal olduğu üçün nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə xx.xx.2026-cı il tarixinədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətdə göstərdiyi xüsusatları bir daha təsdiq etdi, şikayəti müdafiə edərək şikayətin əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid izahat verərək bildirdi ki, 18BH204 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun adınadır. Nəqliyyat vasitəsini idarə etmək üçün iki-üç adama etibarnamə vermişdir. Avtomobili həm özü, həm də etibarnamə verdiyi Orxan Səmədovda idarə etmişdir.Tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32930195 nömrəli inzibati tənbeh etmə haqqında elektron qərar onlar avtomobili idarə edərkən yazılmışdır. Şikayət vermiş şəxsi, şahidi dinləyib, habelə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X1 şikayəti qismən təmin edilməli, Baş X13i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32930195 nömrəli inzibati tənbeh etmə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün Baş X13i İdarəsinə göndərilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X13i İdarəsinin “inzibati tənbeh vermə haqqında” 27 dekabr 2025-ci il tarixli, EQ/32930195 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İşə əlavə edilmiş Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi Şahid X12 markalı 18BH204 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə idarə etmək X2 verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Belə ki, məhkəmə inzibati qərarı qəbul etmiş Bakı şəhər X13 İdarəsinə sorğu ünvanlayaraq qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə göndərilməsini tələb etsə də, səlahiyyətli orqan nə nümayəndənin iştirakını təmin etməmiş, nə də ki, sübutları məhkəməyə təqdim etməmiş, yanlız şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərarı məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİNnin Baş X13i İdarəsinin “inzibati tənbeh vermə haqqında” 27 dekabr 2025-ci il tarixli, EQ/32930195 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə hazırkı inzibati iş üzrə şikayətçi X3 400 manat məbləğində inzibati məsuliyyətə cəlb edilmişdir. Belə olan halda isə hesab edirəm ki, inzibati məsuliyyətə cəlb olunan şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində olan şübhələr onun xeyrinə həll edildiyindən,iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərradan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni zamanda məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət qismən təmin edilməli, X3 barəsində Baş X13i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32930195 nömrəli inzibati tənbeh etmə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Baş X13i İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Baş X13i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32930195 nömrəli inzibati tənbeh etmə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün Baş X13i İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar