Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(5-161)-10/2026 21.01.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ X9 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi, Zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı Mövlut Ali oğlunun iştirakı ilə, xx xxxxx 1995-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, subay, “Polatyol” şirkətində sürücü işləyən, Şuşa rayonu, Turşsu qəsəbəsində yaşayan Bakı Mövlut Ali oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şuşa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Şuşa rayonunun Turşsu kəndində müvəqqəti yaşayan Bakı Mövlut Ali oğlu idarə etdiyi “Mitsubishi L 200” markalı, Pikap tipli, **-PR-*** dövlət nömrə nişanlı avtomobillə Şuşa şəhəri, H.Əliyev küçəsi ilə üzü enişə doğru, yəni “Şuşa” oteli istiqamətində hərəkətdə olarkən idarəetməni itirib əks istiqamətli hərəkət zolağına çıxararq “Şuşa” otelinin qarşısında yerləşən bardyura dəyməklə dayanmışdır. Nəticədə həmin avtomobildə olan sərnişin, xx.xx.1980-ci il təvəllüdlü X3 YÜNGÜL dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şuşa Rayon Polis X12 Polis bölməsinin rəisi, polis leytenantı X8 tərəfindən Bakı Mövlut Ali oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 yanvar 2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı Mövlut Ali oğlu özünü təqsirli bilərək izahatında göstərmişdir ki, azərbaycan dilində tam sərbəst bilir, tərcüməçiyə və vəkilə ehtiyacı yoxdur. Türkiyyə Respublikası vətəndaşı olmaqla, xx.xx.2025-ci il tarixdən müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisində yaşamaqla, “Polatyol” şirkətində sürücü işləyir və “Mitsubishi L 200” markalı, Pikap tipli, **-PR-*** dövlət nömrə nişanlı avtomobil idarə edir. xx.xx.2025- ci il tarixdə saat təxminən 09 radələrində iş yoldaşı X7 ilə birlikdə, idarə etdiyi həmin avtomobillə Şuşa şəhəri, H.Əliyev küçəsi ilə hərəkətdə olarkən, yol buzlu olduğundan avtomobil sürüşməyə başlamış. Həmin vaxt səhvən əyləcdən istifadə etmiş və bu səbəbdən də avtomobil sürüşərək yolun əks istiqamətinə çıxmış, yol kənarında olan bordyura dəyib oranı yararsız vəziyyətə salmaqla dayanmışdır. Nəticədə avtomobildə olan X3 baş, sifət nayihəsi avtomobildə olan əl tutacağına dəymiş və o, xəsarət almışdır. Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları onlara yaxınlaşmış və X4 X15 Xəstəxanaya aparmışlar. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəməyə vererdiyi izahatında, azərbaycan dilində tam sərbəst bildiyini, tərcüməçiyə və vəkilə ehtiyacı olmamasını, Türkiyyə Respublikası vətəndaşı olmasına baxmayaraq 18..11.2025-ci il tarixdən Azərbaycan Respublikası ərazisində yaşamaqla, “Polatyol” şirkətində işlədiyini bildirmişdir. Bundan əlavə o göstərmişçdir ki, Bakı Mövlut Ali onun iş yoldaşıdır. xx.xx.2025- ci il tarixdə saat təxminən 09 radələrində B.Mövlutun idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobillə birlikdə işə gedərkən Şuşa şəhəri, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman, yol buzlu olduğundan B.Mövlut səhvən əyləcdən istifadə etmiş və bu səbəbdən də avtomobil sürüşərək yolun əks istiqamətinə çıxmış və yol kənarında olan bordyura dəyib oranı yararsız vəziyyətə salaraq dayanmışdır. Həmin vaxt onun baş və sifət nayihəsi avtomobildə olan əl tutacağına dəyərək xəsarət almışdır. Bu vaxt hadisə yerinə gəlmiş polis əməkdaşları onlara yaxınlaşmış və onu X15 Xəstəxanaya aparmışlar. Ona dəymiş ziyanın ödənildiyini, buna görə də Bakı Mövlut Ali oğlundan şikayət və tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınaraq, Bakı Mövlut Ali oğluna cəza təyin edilməməsini xahiş etmişdir. Şuşa Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə hesab edir ki, işə Şuşa Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan Şuşa RPŞ-nin təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, Bakı Mövlut Ali oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Şuşa RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X6 X13 748 saylı “canlı şəxsin məhkəmə tibbi ekspertizası” rəyindən görünür ki, X3 burun belinin əzilmiş yarası, alın nayihəsinin sıyrığı, başın təpə nayihəsinin şişkinliyi (üç ədəd) olmuşdur. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığla YÜNGÜL zərər vurmaya aid edilir. Təqdim olunmuş ekspert rəyi və digər iş materialları əsasında Bakı Mövlut Ali oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Bakı Mövlut Ali oğlunun səmimi peşmançılığını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, onun şikayət və tələbinin olmamasını, əməlində məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Bakı Mövlut Ali oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və törədilmiş inzibati xətanın zərərli nəticələrinin onun tərəfindən aradan qaldırılmasını iş üzrə məsuliyyəti yüngülləşdirəh hallar kimi nəzərə alaraq hesab edir ki, Bakı Mövlut Ali oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Mövlut Ali oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-161)-10/2026
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(5-161)-10/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver