Məhkəmə qərarları › İş №3(5-161)-34/2026

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(5-161)-34/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(5-161)-34/2026 11.03.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ X9 Bəşərəddin oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X2 xx.xx.2025-ci il tarixli, MN 00330286 nömrəli inzibati tənbeh vermə haqqında qərarından “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçi əmək müfəttişi X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə çıxarılmış xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarda müəyyən edilmiş 30 günlük müddətdə hüquqpozmanın aradan qaldırıldığını nəzərə alaraq, 700 manat məbləğində şərti tətbiq edilmiş inzibati cərimənin qüvvədən düşmüş hesab edilməsi və ya cavabdeh orqana həmin qərarın qəbul edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 22 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən MN № 00330286 saylı qərar qəbul edilmişdir. Qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində şərti tətbiq edilən inzibati cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin Qərarda və Qərarın əsaslandığı materiallarda (12 dekabr 2025-ci il tarixli ******* saylı protokol və digər materiallar) işçi X3 iş vaxtından artıq işlərə cəlb edilməsi və uçotunun aparılmaması, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulan qaydada ödənişin edilməməsi iddia edilmişdir. Halbuki, işçi ilə MMC arasında əmək münasibətləri xx.xx.2023-cü il tarixindən yaranmış, əmək müqaviləsinə əsasən işçi cəmlənmiş iş vaxtı uçotu ilə çalışmış, uçot dövrü illik müəyyən edilmiş və iş rejimi əvvəlcədən təsdiq edilmiş iş qrafikiəri əsasında təşkil olunmuşdur. Cəmlənmiş uçot tətbiq edildiyi hallarda iş vaxtı norması və bölgüsü uçot dövrü üzrə norma ilə tənzimlənir. Bu səbəbdən "iş vaxtından artıq iş" faktı uçot dövrü bitdikdən sonra norma ilə faktiki işlənmiş saatların müqayisəsi əsasında müəyyən edilə bilən İşçi ilə bağlı uçot MMC-də illik istehsalat teqvım üzrə norma əsasında aparılmış və normanın balanslaşdırılması qrafiklə təmin ediləcək şəkildə planlaşdırılmışdır. Lakin işçinin əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verildiyi üçün uçot ili tamamlanmamış, ilin qalan hissəsində saatların balanslaşdırılması obyektiv olaraq mümkün olmamış və xitam tarixinə yekun hesablamaya əsasən 52 saat artıq saat fərqi yaranmışdır. Həmin 52 saat üzrə işçiyə Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərinə uyğun olaraq saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində əmək haqqı ödənilmiş, yekun hesablaşma tam aparılmış və işçiyə 1563 (min beş yüz altmış üç) manat 48 qəpik ödənilmişdir. Bununla da işçi artıq saata görə ödənişdən məhrum edilməmiş, işəgötürənin kompensasiya öhdəliyi icra edilmişdir. Bundan əlavə, MN № ******* saylı qərarda göstərilən "hüquqpozmanın aradan qaldırılması" tələbinin icrası məqsədilə onun tərəfimdən müvafiq addımlar atılmış, pozuntunun aradan qaldırılması ilə bağlı hesab edilən tədbirlər görülmüş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə İXM-in 116.4-cü maddəsinə uyğun olaraq 30 dekabr 2025-ci il tarixində yazılı məlumat təqdim edilmişdir. Lakin İXM-in 116.4-cü maddəsinin tələbinə baxmayaraq (məlumat daxil olduqdan sonra 5 iş günü müddətində düzgünlüyün araşdırılması və nəticə barədə yazılı bildiriş göndərilməsi) cavabdeh orqan tərəfindən ona heç bir yazılı bildiriş göndərilməmişdir. Eyni zamanda, cərimə barədə məlumat ona məxsus “mygov” sistemində "aktiv" görünməkdə davam edir, bu da faktiki olaraq cərimənin qüvvədən düşməməsi təəssüratı yaradır. Beləliklə də Qərarda göstərilən tələblər faktiki icra olunmuş, lakin cavabdeh orqan tərəfindən 116.4-cü maddəyə uyğun olaraq müvafiq addımlar atılmamışdır. Hesab edir ki, DƏMX-nin Qarabağ RŞ-nin rəisi X4 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı qanunun normalarının pozulması ilə qəbul edildiyindən əsassız və qanunsuzdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, X1 və X7 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə X1nun və X7 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti və iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçi əmək müfəttişi X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X16” MMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada işçi X3 iş vaxtından artıq işlərə cəlb edilməsi və uçotunun aparılmaması, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulan qaydada ödənişin edilməməsinə görə, müəssisənin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X2 X7 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçi əmək müfəttişi X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla, X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində şərti tətbiq edilən inzibati cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. “X16” MMC-nin Baş meneceri Fərid Dibirovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi Akif Baxşaliyevə ünvanladığı məlumatdan görünür ki, o, X7 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilən nöqsanlarla razılaşmış və həmin tələblər icra edildiyi üçün, tələbin yerinə yetirilmiş hesab edilməsi barədə rəsmi mövqe bildirilməsi və şərti cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini, əks təqdirdə, pozuntu hələ də mövcud sayıldığı halda, icra edilə bilən konkret düzəldici tədbirin yazılı şəkildə göstərilməsi, işəgötürən tərəfindən real və mümkün tədbirləri həyata keçirə bilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin: 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin ... 192.4, ... maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, “X16” MMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi və uçotunun aparılmaması, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulan qaydada ödənişin edilməməsinə görə, müəssisənin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə AR ƏƏSMN yanında DƏMX-nin Qarabağ RŞ-nin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və şöbənin rəisi X2 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində şərti tətbiq edilmiş inzibati cərimə olunmuşdur. X1 məhkəməyə ünvanlandırdığı ərizəsini “Şikayət” adlandırsa da, ərizənin məzmunundan görünür ki, AR ƏƏSMN yanında DƏMX-nin Qarabağ regional şöbəsinin rəisi X2 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarında müəyyən edilmiş 30 günlük müddətdə hüquqpozmanın aradan qaldırıldığını bildirməklə həmin qərarın qanuniliyini mübahisələndirmədiyini, hüquqpozmanın aradan qaldırıldığına və bu barədə müvafiq qaydada səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, barəsində şərti tətbiq edilmiş inzibati cərimənin qüvvədən düşmüş hesab edilməməsindən narazı qaldığını göstərərək, qüvvədən düşmüş hesab edilməsi və ya cavabdeh orqana həmin qərarın qəbul edilməsi barədə göstəriş verilməsini səlahiyyətli orqanın üzərinə belə bir vəzifənin qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən şikayətçinin ərizəsində qeyd etdiyi növdə qərarın qəbul edilməsi nəzərdə tutulmamışdır. Qanunun tələblərinə görə, işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona inzibati xəta törətmiş şəxsin hüquqpozmanı aradan qaldırdığına dair məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırmalı və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərməlidir. Məhkəmə izah edir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində nəzərdə tutulan vəzifələrini müvafiq qaydada icra etmədiyi təqdirdə, şikayətçi səlahiyyətli orqanın hərəkətsizliyindən inzibati icraat qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət ərizəsi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X2 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar