Məhkəmə qərarları › İş №3(5-161)-37/2026

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(5-161)-37/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(5-161)-37/2026 26.02.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ X12 Bəşərəddin oğlunun sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şuşa şəhəri, Vəzirov küçəsi ev 9A, mənzil 1-də qeydiyyatda olmaqla, Şuşa şəh, Ə.Cavad küç. ev 2, mənzil 4-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddələri ilə Şuşa rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, Şəxs 26 yanvar 2026-cı il tarixdə saat 12 radələrində, Şuşa şəhəri X19 küçəsində, etibarnamə olmadan idarə etdiyi “Lifan” markalı, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən küçənin qarlı, buzlu, eyni zamanda enişli olduğundan sürüşərək, yolun sağ tərəfində dayanmış piyada X3 vurub ona müxtəlif dərəcəli bədən xəsarələri yetirərək, yol nəqliyyat hadisəsi törətmişdir. Şuşa Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin polis baş leytenantı X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X11 döyüş yoldaşı olmaqla, özünə məxsus Lifan LF 7132/2 320 markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini notarial qaydada ona etibar etmişdir. Həmin avtomaşını sürücülük hüququ olmaqla idarə etmişdir. 26 yanvar 2026-cı il tarixdə səhər saat 11 radələrində tək şəkildə idarə ediyi avtomaşınla “Cıdır Düzü” istiqamətində hərəkətdə olub şəhidlər xiyabanına gedirmiş. Yol enişli və qarlı imiş. Avtomaşını saxlamağa yer tapmadığından arxası enişə doğru dayanmışdır. Lakin tədbir yekunlaşdığından və avtomaşınlar çıxmaq ərəfəsində olduğundan avtomaşını arxaya doğru hərəkətə gətirmiş və yolun sağ tərəfində qarlı hissədə saxlayarkən, yer qarlı olduğundan avtomaşını saxlamaq qabiliyyətində olmamış və avtomaşın arxa təfər istiqamətində sürüşməyə başlamışdır. Avtomaşın sürüşdükdə ilk öncə yolun sağ tərəfində dayanıqlı vəziyyətə olan Şuşa RPŞ-nin xidməti avtomobili hesab olunan Lada Niva markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön bamperin sol tərəfi və sol qanad hissəsini vurub əzdikdən sonra bir qədər aşağıda yolun sol tərəfində dayanmış tanışı X3, daha sonra yolun sol tərəfində dayanıqlı vəziyyətdə olan Mersedec C class markalı **-RF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qabaq sol tərəfindən, “Opel” markalı **-ZL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini saq yan tərəfini, daha sonra “Kia Sportage” markalı **- XR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini arxa sağ tərəfini və sonda “Mitsubishi Pikap” markalı **-AJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin arxa sağ tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Dərhal sonra hadisə nəticəsində xəsarət almış Nurəddin Məhərrəmovu ərazidə xidmət aparan Şuşa RPŞ-nin Pikap markalı xidməti avtomaşını ilə Modul tipli xəstəxanaya aparmışlar. Ona ilkin tibbi yardım göstərildikdən sonra Xankəndi şəhər Mərkəzi xəstəxanasına aparılmış, orada da tibbi yardım göstərildikdən sonra evinə buraxılmışdır. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Şəxs tanıyır, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 26 yanvar 2026-cı il tarixdə səhər saat 11 radələrində şəhidlər xiyabanına getmək üçün, X18 küçəsində tanışını gözləyirmiş və arxası küçəyə tərəf durarkən, qəflətən Şəxs idarə etdiyi Lifan markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək ona dəymiş və o, yerə yıxılaraq bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Buna görə də Şəxs ona kömək edib Şuşa RPŞ-nin xidməti avtomobili ilə birlikdə əvvəl Şuşa Modul tipli, daha sonra Xankəndi şəhər Mərkəzi xəstəxanasına aparılmış və tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Həmçinin N.Məhərrəmov ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, buna görə də Şəxs şikayət və tələbinin olmadığını bildirmiş, ona yüngül cəza verilməsini xahiş etmişdir. Şuşa Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə hesab edir ki, işə Şuşa rayon polis şöbəsinin DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan Şuşa RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, soncunun İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Şuşa RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X8 X16 Bərdə rayon Şöbəsinin xx.xx.2026-cı il tarixli, 83 saylı rəyindən görünür ki, X1 və sol gözaltı nahiyyələrinin, boyunun ön səthinin qançırları, sağ və sol gözaltı nahiyyələrinin hematomaları, almın sağ yarısının, burun kökü nahiyyəsinin, alt çənənin sağ yarısının, sağ əlin V əl daraq nahiyyəsinin arxa səthinin sıyrıqları, sağ əlin İİ barmağının arxa səthinin əzilmiş yarası olmaqla xx.xx.2026-cı il tarixdə küt əşyanın dəyməsi təsirindən törənmiş və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olduğu üçün sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan BB 001867 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs adına verilmiş sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək qüvvədədir. AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1970-ci ildə Şuşa şəhərində doğulmuşdur. Şəxs adına verilmiş vəsiqənin surətindən görünür ki, o, “Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X13 Birliyi” tərəfindən 10 iyul 2006-cı il tarixdə verilmiş Ə № 005755 nömrəli “İİ qrup müharibə əlili” statusuna malikdir. İşdə olan ƏN-İ № 908844 nömrəli etibarnamədən görünür ki, Şəxs Lifan LF 7132/2 320 markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin “Yol Hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınmasına əsas olmadığına görə həmin nəqliyyat vasitəsinin idarə olunması hüququnu istisna edir. İşdə olan “Alcovizor-Jupiter X” avadanlığı ilə Şəxs barəsində keçirilmiş sərxoşluq müayinəsi sənədindən, sonuncunun hadisə zamanı sərxoş olmadığı müəyyən edilmişdir. Təqdim olunmuş ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Bu Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, “İİ qrup müharibə əlili” statusuna malik olmasını əməlində məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, “İİ qrup müharibə əlili” statusuna malik olmasını, törədilmiş inzibati xətanın zərərli nəticələrinin onun tərəfindən aradan qaldırılmasını iş üzrə məsuliyyəti yüngülləşdirəh hallar kimi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM 327.8-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar