Məhkəmə qərarları › İş №3(5-161)-40/2026

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №3(5-161)-40/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 3(5-161)-40/2026 17.02.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və material baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, elektron portaldan əldə olunmuş çıxarışın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ünvan 1i ünvanında qeydiyyatdadır. “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. 110.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizlik formasında həyata keçirildiyi üçün onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli yer hesab olunur. Bu baxımdan, hazırki inzibati xətanın törədildiyi yer fiziki şəxsin qeydiyyatda olduğu yer hesab olunur. Beləliklə, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxıldığını, xətanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qeydiyyatda olduğu Xocalı rayonu, Malıbəyli kəndi ərazisində törədildiyini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar