Məhkəmə qərarları › İş №3(5-162)-145/2026

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-145/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-145/2026 26.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X4 oğlunun katibliyi Tərtər rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Zərəçəkmiş şəxs (tələbkar) X2 Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Tərtər rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala 26 yanvar 2026-cı il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 8(061)-88/2025 saylı, xx.xx.2025ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxalanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-1045/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul şəklində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə 2019-cu ilin sentyabr ayına kimi ölkə üzrə müəyyən olunmuş 180 manat minimum əmək haqqının 0,55 misli həddində müəyyən edilməklə indeksasiya edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Borclu alimentin vaxtı-vaxtında ödənilməsi təmin etməmiş, nəticədə borclunun 1920 manat borcu yaranmışdır. Aliment borcun ödənilməsi təmin edilmədiyi üçün borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də hazırkı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmişdir. Məhkəmədən borclu Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədinin icrasından boyun qaçırmır. Maddi imkanı olmadığı üçün icra sənədini tam icra etməmiş, nəticədə 1920 manat borcu yaranmışdır. Cari ilin yanvar və fevral aylarında 350 manat, mart ayından isə 400 manatdan olmaqla ödənişi həyata keçirməklə borcun tam ödənilməsini təmin edəcəkdir. Bu barədə tələbkarla razılığa gəlmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 8(061)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxalanması üçün borclu Şəxs hər ay cəmi 440 manat aliment tutulmalıdır. Lakin borclu hər ay 200 manat aliment ödəyir. Nəticədə 1920 manat borcu yaranmışdır. İcra şöbəsində razılığa gələ bilməsələr də, məhkəmədə borclu ilə aralarında cari ilin yanvar və fevral aylarında 350 manat, mart ayından isə 400 manatdan olmaqla ödənişi həyata keçirməklə borcun tam ödənilməsini təmin edilməsi barədə razılığa gəlmişdir. Ona görə də borclunun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 8(061)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxalanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-1045/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul şəklində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə 2019-cu ilin sentyabr ayına kimi ölkə üzrə müəyyən olunmuş 180 manat minimum əmək haqqının 0,55 misli həddində müəyyən edilməklə indeksasiya edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 8(061)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 8(061)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsini icra etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan zərərçəkmiş şəxs (tələbkar) X6 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, borclu ilə aralarında cari ilin yanvar və fevral aylarında 350 manat, mart ayından isə 400 manatdan olmaqla ödənişi həyata keçirməklə borcun tam ödənilməsini təmin edilməsi barədə razılığa gəldiyini qeyd edərək borclunun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan borclu Şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, borclu ilə aralarında cari ilin yanvar və fevral aylarında 350 manat, mart ayından isə 400 manatdan olmaqla ödənişi həyata keçirməklə borcun tam ödənilməsini təmin edilməsi barədə razılığa gəldiyini qeyd edərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun, zərərçəkmiş şəxsin (tələbkarın) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin yuxarıda qeyd edilən digər materialları ilə müəyyən olundu ki, Tərtər Rayon Məhkəməsinin 8(061)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxalanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-1045/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul şəklində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə 2019-cu ilin sentyabr ayına kimi ölkə üzrə müəyyən olunmuş 180 manat minimum əmək haqqının 0,55 misli həddində müəyyən edilməklə indeksasiya edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Borclu alimentin vaxtı-vaxtında ödənilməsi təmin etməmiş, nəticədə borclunun 1920 manat borcu yaranmışdır. Aliment borcun ödənilməsi təmin edilmədiyi üçün borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs sözügedən icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırması müəyyən olunmamışdır. Əksinə məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər məhkəmədə öz aralarında cari ilin yanvar və fevral aylarında 350 manat, mart ayından isə 400 manatdan olmaqla ödənişi həyata keçirməklə borcun tam ödənilməsini təmin edilməsi barədə razılığa gəlmişlər. Ona görə də həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həm də zərərçəkmiş şəxs (tələbkar) borclunun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər məhkəmədə öz aralarında cari ilin yanvar və fevral aylarında 350 manat, mart ayından isə 400 manatdan olmaqla ödənişi həyata keçirməklə borcun tam ödənilməsini təmin edilməsi barədə razılığa gələrək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(5-162)-145/2026 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar